118
made a sense of the nation’s awareness and national slogan.The prominent figures of our
country,democratic thought put the nation today into a glorious past. He recalled the historic
glorious past to Turks– Muslums.Thereby creating a historical relationship with today. Thus
demonstrating the confidenceof the nation’s happy future. They create spiritual blindfold love for
the nation,endless love for the nations, devote their loyalty.The idea of the necessity of a national
ideology capable of bringing the nation to ahappy future was required.This ideology will bring the
spirit of uncompromising struggle against the nation.
РЕЗЮМЕ
Багир Бабаев
АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ МЫСЛЬ О СЛАВНОМ
ПРОШЛОМ И СЧАСТЛИВОМ БУДУЩЕМ НАШЕЙ НАЦИИ В ДВАДЦАТОМ ВЕКЕ
Демократы в двадцатом веке хотели спасти нашу нацию от колониального рабства
Российской империи и глубоко ее поверили. Демократическая мысль, которая оказала
большое влияние на жизнь завоеванных народов в двадцатом веке. В новом столетии
появилось чувство национального самосознания и национального лозунга. Известные
деятели нашей страны, демократическая мысль превратили сегодня народ в славное
прошлое. Они вспомнили историческое славное прошлое туркам- муслиманам. Создавая
исторические отношения с сегодняшним днем. Таким образом, демонстрируется уверенность
в счастливом будущем нации. Они создают духовную ослепительную любовь к народу,
бесконечную любовь к народам, посвящают свою лояльность. Идея о необходимости
национальной идеологии, способной привести страну к счастливому будущему, была
необходима. Эта идеология принесет дух бескомпромиссной борьбы нации с колониальным
игом.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
119
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
NOVRUZƏLİ RƏHİMOV
Naxçıvan Dövlət Universiteti
novruzrehimov62@mail.ru
UOT: 008.39
QLOBALLAŞMANIN MAHİYYƏTİ VƏ ONUN TƏHSİL PROSESİNƏ TƏSİRİ
Açar sözlər: Qloballaşma, informasiya texnologiyaları, təhsil, təhsilin idarə olunması,
sosial məsuliyyət
Keywords: Globalization, information technology, education, education management,
science and education, social responsibility
Ключевые слова: Глобализация, информационные технологии, образования,
управления образованием, наука и образование, социальные ответственности
İndiki dövrdə qloballaşma prosesi milli dövlətlərə güclü təsir edərək qitələrarası və
regionlararası münasibətlərdə qlobal qarşılıqlı asılılıq yaradır. Hər bir texnoloji dəyişiklik insanların
fərdi həyat tərzində dərin dəyişikliklərə səbəb olur. Qloballaşma müasir dünyanın siyasət,
iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və s. sahələrində yeni keyfiyyət dəyişiklikləri ilə
müşahidə olunan mürəkkəb proseslərdə
özünü göstərir. Hər bir milli-mədəniyyət, milli-mənəvi
dəyər
həm də qlobal mədəniyyətin, ümumbəşəri dəyərlərin bir hissəsi kimi çıxış edir.
Qloballaşma-sosial iqtisadi həyatın bütün sahələrini əhatə edən insanların, əmtəələrin,
telekom¬munukasiyanın, informasiyanın ölkə və kontinentlərarası sərhədsiz hərəkətini əks etdirən
inteqrasiya prosesləridir. Dünyada bütün insanların, ölkələrin indiyədək mövcud olmayan bir
sistemi yaranmaqdadır, yəni müxtəlif ölkələrin və xalqların vahid şəbəkədə birləşməsi prosesi
gedirQloballaşma prosesi demək olar ki, bütün dünya dövlətlərini mühüm dilemmalar, faktlar
qarşısında qoymuşdur. Bunlar qloballaşmanın diqqət mərkəzində dayanan nə qədər vacib bir
problem olduğunu göstərir.
Qloballaşmaya yanaşmalar çox müxtəlifdir. Onun əsas səbəbləri qloballaşma prosesinin
ictimai həyatın bütün sahələrini əhatə etməsi ilə yanaşı, cəmiyyətdə hələ də fərdiyyətçilik və eqoizm
hisslərinin güclü olmasıdır. Belə ki, güclü dövlətlər dünyada gedən qlobal proseslərdən daha çox
faydalanmağa və əsasən öz maraqlarının həyata keçirilməsinə çalışırlar. Nə qədər ki, insanlar yalnız
öz maraq və mənafelərindən çıxış edirlər, başqalarını düşünmürlər, deməli, hələ bu cəmiyyət yetkin
və mükəmməl cəmiyyət sayıla bilməz. Dünyada baş verən proseslərin mənzərəsi buna aydın misal
ola bilər.
Qloballaşma dünyada ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid
sistemdə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın dünyada asanlıqla dövriyəsinə, dünyanın
informasiya üçün açıq olmasına əsaslanır. Bəşəriyyətin inkişafı texniki tərəqqi, universal qanunlar
və dəyərlərlə təzədən müəyyənləşdirilir, daha böyük iqtisadi, siyasi qurumların yaradılması
istiqamətində hərəkət edir. Bu isə öz növbəsində inteqrasiya olunmuş qlobal məkana doğru
irəliləyişi şərtləndirir (2.).
Dünyada gedən texniki inkişafla əlaqədar olaraq dövlətlər arasında əlaqələr getdikcə artır,
müxtəlif xalqlar və ayrılıqda insanlar bir-birinin texniki nailiyyətlərindən, mədəniyyətlərindən
bəhrələnirlər. Bu baxlmdan qloballaşma təbii-tarixi proses kimi qiymətləndirilə bilər.
Cəmiyyətdə maddi maraqlar önə keçdikdə mənəvi dəyərlər ikinci plana keçir və inkişaf
etmiş ölkələr inkişaf etməkdə olan ölkələri istismar etməyə başlayırlar, onları özlərindən asılı
vəziyyətə salırlar. Şəxsi maraqlar, milli maraqlar bəşəri hissləri üstələyir. Məhz ona görə də müasir
dövrdə milli dəyərlərin, milli maraqların qorunması ideyası aktuallaşır. Bu da öz növbəsində
qloballaşmaya müxtəlif yanaşmaların yaranmasına, qloballaşmanın tərəfdarlarının və
antiqlobalistlərin formalaşmasına səbəb olur.