300
keçirilməsi nəticəsində əldə edilib. Artıq ilk yarısı başa çatmış olan 2017-ci ilin ötən dövrünə nəzər
saldıqda görürük ki, iqtisadi inkişaf göstəricilərinin sosial və humanitar sahəyə uğurla
transformasiya etdirilməsi nəticəsində muxtar respublikamız əvvəlki illərdə olduğu kimi, yenə də
regional inkişafda öz lider mövqeyini qoruyub saxlamaqdadır.
Muxtar respublikamızın müasir inkişafının özünəməxsus xüsusiyyətləri vardır. Bu gün
Naxçıvanın şöhrətini hər yerə yayan təbii sərvətlərin bu torpağın əsil sahiblərinə rifah gətirməsi,
onların milli sərvətimizə çevrilməsi məhz gərgin əməyin nəticəsində mümkün olub. Bu gün artıq
sübüt olunub ki, bu torpağın hər qarışının sərvətləri məhz uzaqgörən siyasətin bəhrəsi nəticəsində
yurdumuzun çiçəklənməsinə xidmət edir.
2017-ci il muxtar respublikamız üçün uğurla başladı. Cari ilin ilk yarım ilində ümumi
inkişafın əsas göstərici olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 208 milyon
manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstərisində 1,3% çoxdur. Geriyə dönüb
baxdıqda görürük ki, iqtisadi artımın müsbət dinamikada qorunub saxlanılması üçün görülən
tədbirlər öz bəhrəsini verməkdədir. Muxtar respublikada daxili imkanlar hesabına yeni istehsal
müəssisələrinin yaradılması region iqtisadiyyatı inkişafının uzunmüddətli bir dövr üçün
dayanıqlığına zəmanət verir.
Blokadanın yaratdığı çətinlikləri artıq çoxdan dəf etmiş Naxçıvanda ərzaq təhlükəsizliyinə
tam nail olunub. Cari ilin ilk altı ayında bu sahədə görülmüş işlər arasında bir il öncəyə nisbətən
3,1% çox, yəni 122 milyon 439 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal
olunduğunu görməkdəyik.
Torpaqda məşğul olan kəndliyə hər cür dəstəyin verilməsi, əl əməyinin yüngülləşdirilməsi
bu sahədə mütərəqqi yenilikliklərin tətbiqi diqqətə saxlanılıb. Etibarlı ərzaq təminatı yaradılması
Naxçıvanda daxili bazarın tam təmin olunması ilə yanaşı ərzaq məhsullarının ixracına da şərait
yaradıb. Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin
icrası istiqamətində 2017-ci ilin məhsulu üçün taxıl və kartof əkinlərinin genişləndirilməsi,
üzümçülüyün, tütünçülüyün daha da inkişaf etdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi öz
nəticələrini verməkdədir. Hazırda muxtar respublikamızda taxıl biçini kampaniyası uğurla davam
etdirilir. Heyvandarlıq sahəsində-ət və süd istehsalında əldə olunmuş naliyyətlər ötən ilin müvafiq
dövrü ilə müqayisədə uyğun olaraq 2,3 və 1,3% çoxdur.
Müqayisə predmeti
2017-ci ilin
yanvar-iyun
ayları
2016-2017-ci ilin
yanvar-iyun aylarına
nisbətən faizlə
Ümumi daxili məhsul
1208548,6
101,3
Hər bir nəfərə düşən
ümumi daxili məhsul,
manat
2686,3
104.6
Sənaye məhsulun ümumi həcmi
523693,4
101,2
Əsas kapitala yönəldilən investisiyalar
536605,4
101,3
Kənd təsərrüfatının
ümumi məhsulu
122439,8
103,1
Nəqliyyat sektorunda yük daşıması,min ton
7359,6
101,9
İnformasiya və rabitə xidmətlərinin həcmi
25144,0
102,0
O cümlədən mobil rabitə üzrə
20729,0
101,8
Pərakəndə əmtəə dövriyyəsi
674238,9
101,3
Əhaliyə göstərilən
pullu xidmətlər
93545,2
101,7
Xarici ticarət dövriyyəsi.min ABŞ dolları
203822,2
98,4
O cümlədən ixracın ümumi həcmi
190657,8
101,3
İdxalın
ümumi həcmi
13164,4
69,8
Əhalinin gəlirləri
819988,1
101,1
Hər
bir nəfərə düşən gəlirlər, manat
1822,6
100,1
Bir işçiyə hesablanmış orta aylıq əmək
haqqı, manat
414,1
102,5
301
Muxtar respublikada arıçılığın daha da inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu məqsədlə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə
“2017-2022-ci illərəd Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət
Proqramı”nın icrası istiqamətində mühüm addımlar atılır.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalın stimullaşdırılması
məqsədilə Naxçıvan şəhərində toxumluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur.
Azərbaycan Respublikası Höküməti ilə Çin xalq Respublikası Höküməti arasında imzalanmış
texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar
Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni kənd təsərrüfatı
texnikaları və toxumçuluq laborotoriyası avadanlıqları – 5 kombayn, 5 traktor, hər birinin tutumu
10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici avtobus, hidravlik ekskavator, yanacaq
tankeri, 80 tonluq elektron tərəzi eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Hazırda
Muxtar Respublikada 5 toxumluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2017-ci
ilin məhsulu üçün 31632 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30320 hektarı payızlıq, 1312
hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22268 hektarında buğda,9364 hektarında isə arpa
əkilmişdir. Bu il öncəyə nisbətən taxıl əkini sahəsi 53 hektar artmışdır. Hazırda taxıl zəmilərindən
məhsul tədarükü davam etdirilir.
ƏDƏBİYYAT
1. Alıyev.İ.H, İbadov. S.A, Azərbaycan iqtisadiyyatı Bakı, Ağrıdağ, 1998, səh 395
2. Nuriyev.Ə.X, “Regional idarəetmənin əsasları” Bakı, Elm, 2007, səh 428
3. Şərq qapısı 25 iyul 2017-ci il səh 2
4. Şərq qapısı 21 iyul 2017-ci il səh 1, 2
5. Kooperasiya 2016 №1 səh 73
6. Azərbaycan 02 noyabr 2016 səh 3
7. Bağırov.M.S, “Aqrar sahədə resurs potensialı onun istehsal və satış sisteminin
formalaşdırılmasında rolu” Naxçıvan Qeyrət 2013. Səh 130
8. www.statistika.nm.az
ABSTRACT
Nuriyya Ibrahimova
THE LUCKY DEVELOPMENT OF AGRARCULTURE
IN NAKHCHVAN AUTONOMOUS REPUBLIC
In this article the modern development of NAR, economic potensial and humans resurces at
the same time the using of the economy and the forming of the control mexanizm are commented.
In market economy the free owhersactivity makes an important role. Sothat the beginmig of
the 2017 knows as the realizing lucky project. Economic development depends on hot only the
human activity but also sewe to the forming of the human capital. The available social policy in
Nakchivan gains the lucky inall the fields. The gained luckies over the social and economic side in
NAR are saved in first 6 months of the year and realized some measures over the agriculture and the
forming of the economy. Measure for the needing of the food products of the people instead of
domestic products are realized in this article.