302
РЕЗЮМЕ
Нурия Ибрагимова
УСПЕШНОЕ РАЗВИТИЕ АГРАРНОЙ ОТРАСЛИ
НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
В статье обширно излогаются своеобразные особенности современного развития,
широкий производственно-экономический потенциал и людские ресурсы Нахчыванской
Автономной Республики, и в то же время формирование гибкого механизма управления для
эффективного использования всех имеющихся экономических ресурсов, диверсификации
экономики и развития необходимых отраслей.
В рыночной экономике одним из основных условий является деятельность
свободного предпринимательства. Так, в этом смысле, первая половина 2017-го года
запомнилась проведением в жизнь успешных проектов. Экономическое развитие зависит от
человеческого фактора, а его результаты служат формированию человеческого капитала.
Проводимая в автономной республике эффективная социальная политика, оказываемая
человеческому фактору высокая забота, дают свои положительные результаты в каждой
области. Сохранены достигнутые успехи в экономической и социальной отрасли
Автономной Республики, а в первые шесть месяцев текущего года, проведены в жизнь
важное мероприятия по формированию многоограрной экономики и развитию аграрной
отрасли. Осуществлены важное мероприятия в направлении удовлетварения спроса
населения в продовольствии зашёт местных продуктов, создано изобилие продуктов на
внутренным рынке.
В статье наряду с выражением теоретических взглядов особое внимание уделено
развитию событий в практической плоскости, а это доказывает системность проводимых
исследований по изучению проблемы.
В иследованиях было пременено изучение сформированных реальных условий и
возможностей по аграрной отрасли Нахчыванской Автономной Республики.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə
çapa tövsiyyə
olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
303
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
BƏHRİYYƏ ABBASOVA
Naxçıvan Dövlət Universiteti
bahriya.abasova@mail.ru
UOT: 334.72
İNNOVASİYALI SAHİBKARLIQ FƏALİYYƏTİNİN
İNKİŞAF PERSPEKTİVLƏRİ
Açar sözlər: sahibkarlıq, innovasiya, risk, sabitlik, konsepsiya, inkişaf
Key words: owner, innovation, risk stability, conception, development
Ключевые слова: предпринимательство, инновация, риск, стабильность,
концепция,
развитие.
Müasir dövrdə bazar iqtisadiyyatı ölkələrində sahibkarlığın ən geniş yayılmış formalarından
biri innovasiya sahibkarlığı. Təşkilatın modernləşdirilməsi, müasir və mütərəqqi texnologiyanın
tətbiqi nəticəsində bazarda rəqabətə davam gətirə bilər. Məhsulların istehsalı innovasiyalı
sahibkarlıq fəaliyyətindən çox asılıdır. Belə ki, inkişaf etmiş ölkələrdə elmi-texniki tərəqqinin
inkişafı innovasiyalı sahibkarlıqla bağlıdır.
İngilis iqtisadçısı Adam Smit sahibkarı mənfəət əldə etmək üçün iqtisadi risklə bağlı olan
hər hansı bir ideyanı həyata keçirən kapital sahibi kimi təqdim etmişdir. [9]
Deməli, sahibkar-qazanc əldə etmə məqsədilə başqalarının ehtiyacını ödəyə biləcək mallar
(iş və xidmətlər) istehsal etməyə çalışan və bu məqsədlə də istehsal amillərini bir araya gətirməyi
bacaran bir şəxsdir. Sahibkar öz şəxsi məqsədinə çatmaq üçün bir təşkilat quran və bu işdə son
məqsədinə çatmaq üçün riskə getməyə hazır olan şəxsdir. Sahibkarların başlıca funksiyası: a) riski
öz üzərinə almaq
b) mal və xidmət istehsal etmək məqsədilə istehsal amillərini bir araya gətirəcək insanların
ehtiyaclarını ödəməkdir. Bu ikili funksiya idarəetmə funksiyasıdır. Deməli, sahibkar həm də idarəedicidir.
Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri
olmaqla yanaşı, həmçinin ölkənin iqtisadi və sosial problemlərinin həllində cəmiyyətdə sabitliyin
möhkəmləndirilməsində mühüm amil hesab olunur. Hazırda innovasiyalı sahibkarlıq fəaliyyətinin
stimullaşdırılmasının digər istiqamətlərindən biri də sahibkarlığa kömək Milli Fondunun fəaliyyətidir.
Bu öz əksini fondun əsasnaməsinin təsdiqlənməsində tapmışdır. Bu fondun vəzifəsi ölkədə sahibkarlığın
inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini
təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımcı olmaqdır. Bu
istiqamətdə Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC və
digər vasitələrlə real sektora maliyyə dəstəyi göstərilmişdir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün qarşıda duran ən başlıca məqsəd
Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan, ölkənin inkişafının
hazırki mərhələsində əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması,
əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai
həyatın bütün istiqamətlərində yeni nəaliyyətlərin əldə olunmasıdır.
Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm rol
oynayır. Xatırladaq ki, bu konsepsiya sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində
Azərbaycanın gələcək inkişaf perspektivlərinin dərin elmi əsaslarla müəyyənləşdirilən konseptual
əhəmiyyətli sənəddir. [1]
Hazırda ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar
sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
son zamanlar imzalanan sənədlər, qəbul edilən qərarlar sahibkarlığın inkişafına verilən böyük
dəstəyin göstəricisidir. Ölkə prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün