Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   40   41   42   43   44   45   46   47   ...   122

- 90 - 
 
ƏDƏBIYYAT 
 
1.
 
Speight J.G. The Chemistry and Technology of Petroleum, fourth edition, London, 2006,p.1299. 
2.
 
Грудников И.Б. Производство нефтяных битумов, М: Химия, 1983,188с. 
3.
 
Allahverdiyev Ə.Ə., Səmədova F.İ.  Bitumlar, Bakı, Elm,2012, 204 s. 
4.
 
Аббасов  В.М.,  Самедова  Ф.И.,  Исмаилов  Т.А.,  Cафарова  Ш.З.  и  др.  Исследовании 
амидоаминов  и  нафтената  Са  в  качестве  присадок  к  дорожному  битуму  //  Мир 
нефтепродуктов,  2014, №10,  с. 20-23. 
5.
 
Аббасов  В.М.,  Керимова  Н.Г.,  Абдуллаев  Е.Ш.,  Гасанов  Э.К.,  и  др.  Синергетические 
эффекты нефтяных кислот и нитроалканов в качестве ингибиторов коррозии. // Процессы 
нефтехимии и нефте-переработки, 2007,  №2(29), с.3-6. 
 
ABSTRACT 
Sh.Z.Safarova 
TNT (FR.340-390
0
C) AND DETA AS AN  
ADDITIVE IN ROAD BITUMEN 
        
 Synthesis of amidoamines and imidazolines based on the interaction of technical petroleum 
acids with diethylenetriamine, in various molar ratios, were  added to road bitumen as an additive 
and the quality indicators of the resulting bitumen were studied. It has been established that with the 
addition  of  1%  additive,  the  temperature  of  road  bitumen  brittleness  decreases  from  minus  18  to 
minus 30 °C, and at 0.5% additive to minus 34 °C. 
 
РЕЗЮМЕ 
 
Ш.З.Сафарова 
ТНТ (ФР.280-340

С) И ДЭТА ВВЕДЕНИЕ ЕГО  
КАК ПРИСАДКИ В ДОРОЖНЫЙ  БИТУМ 
        
   
Синтезирование амидоаминов и имидозалинов на основе 
взаимодействия технической 
нефтяной кислоты с  диэтилентриамины, в различных мольных соотношениях, добавлены к 
дорожному  битуму  в  качестве  присадки  и  исследованы  показатели  качества  полученного 
битума.  Установлено,  что  при  добавке  1%  присадки  температура  хрупкости  дорожного 
битума уменшается от минус 18 до минус 30°С, а при 0,5%-ой добавки – до минус 34°С.
  
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa 
tövsiyyə   olunmuşdur. (protokol № 03).  
  Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor T.Əliyev
 
 
 


- 91 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
COĞRAFİYA 
ŞƏMSƏDDİN KAZIMOV  
VALİDƏ HACIYEVA  
SEVİNC NOVRUZOVA  
Naxçıvan Dövlət Universiteti 
UOT: 532 
NAXÇIVAN MR-IN RELYEFİNE UYĞUN  
HİDROENERJİ EHTİYATLARI 
 
 
Açar sözlər: Elektrik stansiyası, derivasiya, böyük güclü, su ehtiyatları 
 
Key words: Power, derevasiya, big strong and water resources 
 
Ключевые слова: Электростанция, деревасия, сильное, водные ресурсы 
 
Hələ qədim zamanlardan insanlar axar suların müəyyən qüvvəyə malik olduqlarını müşahidə 
etmiş  və  bundan  müxtəlif  məqsədlər  üçün  istifadə  etmişlər.  Onlar  sadə  qurğu  və  avadanlıqların 
köməyi  ilə  su  axınının  enerjisini  (basqısını)  mexaniki  enerjiyə  çevirirdilər.  Hidroenerji 
ehtiyatlarından  istifadə  etməklə  elektrik  enerjisi  istehsalı  problemləri  ilə  əlaqədar  olan  energetika 
sahəsi hidroenergetika adlanır. Su axını enerjisini elektrik enerjisinə çevirən qurğu və avadanlıqlar 
kompleksi  su elektrik stansiyaları  adlanır. SES-lər müəyyən miqdarda suyu toplayan, hidrotexniki 
qurğulardan  və  bu  basqı  sayəsində  hərəkət  edən  su  axını  enerjisini  mexaniki  enerjiyə  çevirən 
hidroturbinlərdən  və  mexaniki  fırlanma  enerjisini  elektrik  enerjisinə  çevirən  hidrogeneratorlardan 
ibarətdir. 
 
Çayın  verilmiş  sahəsində  suyun  səviyyəsini  qaldırmaq  üçün  tikilən  bənd  və  ya  derivasiya 
(dolandırma)  vasitəsilə  basqı  yaradılır.  Basqının  yaradılması  üsullarına  görə  SES-lərin  aşağıdakı 
növləri vardır:
 [3] 
1. Basqısı bənd hesabına yaradılan bəndli SES-lər. 
2. Derivasiya kanalları və tunellər vasitəsi ilə yaranan derivasiya SES-ləri. 
3. Basqısı bənd və derivasiya vasitəsi ilə yaradılan bəndli –derivasiya SES-ləri. 
Bəndli SES-lər özləri də məcra və bəndyanı SES-lərə ayrılır. SES-lərin gücü suyun aşağı və 
yuxarı səviyyələri arasındakı fərqdən asılıdır.Güclərinə görə bu SES-lərin aşağıdakı tipləri vardır: 
1. Böyük güclü (250 MVt-dan çox) 
2. Güclü (250MVt-a qədər) 
3. Orta güclü(25 MVt-a qədər) 
4. Kiçik güclü (5MVt-a qədər) 
 
Maksimum su təzyiqinə görə SES-lər yüksək basqılı, orta basqılı və alçaq basqılı olur. 
 
Su  ehtiyatlarının  toplanması  və  işlənməsi  sxemlərinə  görə  SES-lərin  hidroakummulyasiya 
elektrostansiyaları və qabarma su-elektrik stansiyaları kimi tipləri vardır.  
Su  elektrik  stansiyasini  tikilməsi  çayların  axdığı  topoqrafik  şəraitdən,sululuq  dərəcəsindən,su  sər-
findən və s. amillərdən asılılığı nəzərə alınmaqla tikilir. 
Verilən  məlumatlar  əsasında  Naxçıvan  Muxtar  Respublikasında  su  elektrik  stansiyasının 
tikilmə  tarixi,  ümumi  gücü,  buna  görə  tipləri  və  basqınların  növləri  aşağıdakı  cədvəl  vasitəsi  ilə 
verilmişdir
[1] 


- 92 - 
 
 
 
 
 
Hidroelektrik stansiyasında basqı və süni yolla yaradılır. Adətən düzənlik çaylarında çayın 
səviyyəsini  qaldırmaq  üçün  çayın  SES  tikilməsi  nəzərdə  tutulan  yerində  qarşısı  kəsilir  və  bənd 
salmaqla  su  anbarı  yaradılır.  Bu  da  suyu  toplamağa,  axımı  tənzim  etməyə,  basqı  yaratmağa,  bir 
sözlə, su axınının enerjisindən daha çox istifadə etməyə imkan verir. Muxtar Respublikada bu tip 
SES-lərə misal olaraq Araz, Vayxır və Arpaçay-2 SES-ləri misal göstərmək olar.  
 
Bu  tip  Su  elektrik  stansiyaları  baskısı  30-40  metrdən  200-300  metrə  qədər  və  daha  çox 
olduqda bəndyanı SES-lər tikilir. Bu SES-lərdə stansiya binası suyun təzyiqinə məruz qalmır.  
  
Dağ çaylarında basqı dolandırma-derivasiya suaparıcıları (kanallar,tunellər,boru kəmərləri) vasitəsilə 
yaradılır. Yəni çayın məcrasından su, suaparıcılarla dağın yamacı ilə dolandırılaraq SES-ə aparılır. Yüksək 
basqıya  nail  olmaq  üçün  derivasiya  suaparıcılarının  mailliyi  az  olan  sahələrdə  aparırlar.  SES-də  basqı 
derivasiya vasitəsilə yaradıldıqda belə SES derivasiya və ya derivasiya sxemli SES adlanır.
 [3] 
  
Derivasiya  SES-ləri  bəndli  SES-dən  fərqli  olaraq  daha  çox  müxtəlif  qurğulara  malikdir. 
Bənd,  sutullayıcı  qurğu,  sugötürücü,  çöktürücü  və  başqa  qurğular  SES-in  baş  qovşağını  təşkil 
edir.
 [3] Su  aparıcılarının  tipindən  asılı  olaraq  derivasiya  SES-ləri  basqılı  və  basqısız  derivasiya 
SES-lərinə ayrılar. Basqısız dervasiya SES-də su basqısız suaparıcıları vasitəsilə aparılır. 
 
Suyun  derivasiya  suaparıcısına  daxil  olmasını  təmin  etmək  üçün  çayın  məcrasında 
hündürlüyü  bir  o  qədər  də  yüksək  olmayan  bənd  salınır.  Daşqınlar  vaxtı  əmələ  gələn  artıq  suyu 
axıtmaq üçün bəndin sutullayıcı qurğusundan istifadə edirlər. 
  
Derivasiya  kanalı  çəkmək  üçün  sahil  yamacının  əlverişli  sahəsi  seçilir  və  kanal  yamacın 
horizontallarına  müvafiq  aparılır.  Kanalın  sonunda  isə  basqı  hovuzu  (gölü)  tikilir  və  buradan  su  boru 
kəmərləri ilə turbinlərə verilir. Turbinlərdən çıxan işlənmiş su bilavasitə və ya kanalla çaya qaytarılır.
 [6] 
  
Əgər yerin relyefi derivasiya kanalının çəkilməsinə imkan vermirsə və ya kanal çəkilişi baha 
başa gəlirsə, onda derivasiya basqılı tunel və ya boru kəməri vasitəsilə həyata keçirilir.
 [6] Belə tip 
SES-lər  basqılı  derivasiya  SES-ləri  adlanır.  Derivasiya  SES-lərində  bəndin  hündürlüyü  az 
olduğundan o  yalnız suyun derivasiya suaparıcılarına daxil olmasını təmin edir. Əlverişli şəraitdə 
basqılı  derivasiyada bəndin  hündürlüyünü nisbətən  yüksək götürməklə SES-də basqı  həm  bəndin, 
həm də derivasiya qurğularının hesabına yaradılır. Belə SES-lər bəndli-derivasiya SES-ləri adlanır. 
Bu tip SES-lər iqtisadi cəhətdən daha əlverişlidir.  
  
Derivasiya sxemli SES-lər basqı bir neçə metrdən 1700-2000m-ə qədər olduqda tətbiq edilə 
bilər. SES-lərin hansı prinsipal sxemə malik olmasından asılı olmayaraq, demək olar ki, onların iş 
prinsipi eynidir.
 [3] Belə ki, SES-də onun tipinə müvafiq üsulla yaradılan basqı hesabına, su axını 
enerjisi hidroturbinlərdə mexaniki enerjiyə - turbin valının fırlanma enerjisinə çevrilir. Hidroturbin 
valı  ilə  hidrogeneratorun  valı  eyni  olduğundan,  fırlanma  enerjisi  hidrogeneratorda  elektrik 
enerjisinə  çevrilir.  Bu  tip  su  elektrik  stansiyalarına  Biləv,  Arpaçay-1  və  Ordubad  su  elektrik 
stansiyaları aiddir.  
 
Naxçıvan  Muxtar  Respublikası  enerji  sisteminin  ölkənin  əsas  enerji  sistemi  ilə  əlaqəsinin 
olmadığını nəzərə alaraq orta, kiçik və mikro su elektrik stansiyalarının qurulması məqsədə uyğun 
sayılır.
[1] 
 
S.s  Elektrik stansiyaları  
Tikilmə ili 
Ümumi 
gücü,kVt 
Gücünə 
görə SES-
lərin tipi  
Basqının 
növləri 

Araz su elektrik stansiyası 
1970 
22000 
orta güc  
Bənd  

Vayxır su elektrik stansiyası 
2006 
4500 
kiçik güc 
Bənd 

Biləv su elektrik stansiyası 
2010 
22000 
orta güc  
Direvasiya 

Arpaçay-1 su elekterik stansiyası 
2014 
20500 
orta güc 
Direvasiya 

Arpa çay -2 su elektrik stansiyası 
2014 
1400 
kiçik güc 
Bənd 

Ordubad çay su elektrik stansiyası   2017  
36000 
orta güclü 
Direvasiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə