- 81 -
A = A
max
.K∙C
t
/1+K∙C
t
(7)
ilə kifayət qədər dəqiqliklə ifadə edilə bilməsinin mümkünlüyünü təsdiq edir.
Şəkil 1. Sorbsiya izotermləri.
İzotermlər qabarıq olmağına baxmayaraq Lenqmyür tənliyinə tabe olurlar (şəkil 1). Bunu
tənliyə daxil olan K-nın geniş qatılıq intervalında sabit qiymətlərlə xarakterizə olunması təsdiq edir.
lgA-lgC
t
asılılığından Freyndlix tənliyinə daxil olan parametrlər hesablanmış və uyğun tənliklər
təklif edilmişdir (şəkil 2) [10]. Amberlite İRP-64-Cu
2+
sistemi üçün bu tənlik A=223,87.C
t
0,28
,
Amberlite İRP-69-Cu
2+
sistemi üçün A=114.C
t
0,33
şəklindədir. Lakin qeyd edilməlidir ki, göstərilən
tənliklər izotermlərin ancaq orta hissəsini yazmaqda etibarlıdır. İzotermlərin başlanğıc və son
nöqtələri Freyndlix tənliyinə tabe olmurlar. İonitlərin sorbsiya tutumları öyrənilən element ionları
üçün də müxtəlifdir. Maksimal sorbsiya tutumu Amberlite İRP –64 kationiti ilə Cu
2+
ionunun
sorbsiyası zamanı alınmışdır: 6,52 mq-ekv/q. Ümumiyyətlə, Amberlite İRP-64 kationiti 10 mq-
ekv/q sorbsiya tutumu ilə xarakterizə olunduğundan, o digər kationitlərlə müqayisədə daha effektli
sayıla bilər. Freyndlix tənliyinə - x/m = a∙C
t
n
daxil olan a və n lg x/m-lg C
t
qrafik asılılığından
tapılmışdır [10]. Göstərilən qrafik asılılılıqda ordinat oxundan kəsilən parçanın uzunluğu a-nın, düz
xəttin absis oxu ilə əmələ gətirdiyi bucağın tangensi isə n-in qiymətini verir (şəkil 2).
Şəkil 2. Freyndlix tənliyi parametrlərinin qrafik müəyyənləşdirilməsi.
Bu isə onu göstərir ki, Freyndlix tənliyi isə izoterm əyrilərinin müvafiq hissələrini, təxmini
0,25-1,25 qMe/l intervalında ödəyə bilir. Yuxarıda göstərilən ardıcıllıqla izotermlərin Lenqmyür və
Freyndlix tənliklərinə uyğun formaları aşağıdakılardır:
AmberliteİRP-64 Cu
2+
: A=207,925∙(12,5±0,5) ∙C
t
/1+(12,5±0,5) ∙C
t
A=223,87∙C
t
0,28
Amberlite İRP-69 Cu
2+
: A=116∙(6,41±0,04) ∙C
t
/1+(6,41±0,04) ∙C
t
A=114 ∙C
t
0,33
İzotermlərin qabarıqlığı K-nın 1-dən böyük qiymətlərlə xarakterizə olunmasını təsdiq et-
məklə, ionitlərin Cu
2+
-ə qarşı seçici olduqlarını da göstərir. Kationitlərin Cu
2+
-yə qarşı seçicilikləri
proseslərin əvvəlində yüksək olsa da, udulmanın sonrakı mərhələlərində bərk fazada Cu
2+
-in mol
- 82 -
payının yüksəlməsilə xeyli azalır. Bu bir tərəfdən proseslərin əvvəlində Cu
2+
-in məhluldakı tarazlıq
qatılığının çox kiçik olması, digər tərəfdən isə ilə paralel şəkildə tutumun aşağı, tarazlıq qatılığının
isə yüksək qiymətlərlə artması ilə izah oluna bilər. Amberlite İRP-64 ilə maksimal sorbsiyanın
qiyməti 207 mq/q-a, Amberlit İRP- 69 ilə isə bu kəmiyyət 116 mq/q-a bərabərdir. Amberlit İRP-64-
ün dəyişmə tutumunun Amberlite İRP-69-la müqayisədə yüksək olması birincidə funksional
qrupların miqdarının ikincidən çox olmasını göstərir. İkincidə eyni zamanda 3 sulfoqrupun vahid
aktiv mərkəz kimi matrisaya birləşməsinə baxmayaraq, görünür ki, belə qrupların sayı kifayət qədər
çox deyil. d- və f- sırası metallarının ionlaşmış karboksil kationitləri ilə qarşılıqlı təsirinin təkcə ion
deyil, həm də koordinasion rabitə yaratmaqla gerçəkləşməsi ilə bağlı məlumatları həm
potensiometrik əyrilərin xarakteri, həm də ionlaşmış ionogen qrupların rəqslərinin tezliklərinin
sürüşməsi də təsdiq edir.
Şəkil 3. Amberlite –İRP-64
Şəkil 4. Amberlite İRP-64 Cu
2+
- 83 -
Şəkil 4. Amberlite İRP-69
Şəkil 5. Amberlite İRP-69-Cu
2+
Amberlite İRP-64 üçünsə karboksil qrupları olduğundan spektrlərdə bu qrupların
identifikasiyasına üstünlük veriləcəkdir. H
+
formalı karboksil kationitlərin xarakterik xüsusiyyəti
onların spektrində qüvvətli, aydın ifadə olunan karboksil qruplarının C=O udulma oblastına uyğun
1770-1660 sm
-1
-də zolaqlar müşahidə olunur. Maraqlıdır ki, Amberlit İRP-64-də bu zolağın
maksimumu 1696,96 sm
-1
-də müşahidə olunur. Amberlit İRP-64-ionitində 3436,24 sm
-1
, oblastında
müşahidə olunan udulma zolağı su molekullarının OH – qruplarının valent rəqslərini xarakterizə
edirlər. Karboksil kationitlər turşu formasından duz formasına keçirilərkən – COOH qruplarının
ionlaşması hesabına karbonil qruplarına məxsus 1770-1700 sm
-1
oblastındakı udulma zolaqları itir,
ionlaşmış – COO
-
qruplarının hesabına 1570-1550 və 1400 sm
-1
oblastında yeni udulma zolaqları
yaranır. Amberlite İRP-4 karboksil kationitlərin İQ–spektrlərindəki dəyişikliklər belə kationitlərlə
bir sıra keçid metal ionlarının koordinasion mexanizm üzrə sorbsiyasının mümkünlüyünü göstərir
(şəkil 3-4). Metal ionlarını sorbsiya etmiş karboksil kationitlərin elektron spektrləri də polimerin
ionogen qruplarının metalın daxili sferasına nüfuz etdiyini qəti şəkildə təsdiqləyir. Lakin bütün bu
qeyd edilənləri tərkiblərində sulfoqruplar saxlayan qüvvətli turşu xassəli kationitlər haqda demək
olmaz [4-5].
Amberlite İRP–69 kationiti üçün xarakterik rəqslər sulfoqruplar, - OH qrupları, diazo –
körpüsü və naftalin fraqmentləri üçün müşahidə olunmalıdır. Sulfoqruplu kationitlər üçün 3050 -
3020, 1800-1600, 837 və 775 sm
-1
-də aromatik matrisanın udulmasını xarakterizə edən zolaqlar və
1200-1127, 1034-1040 sm
-1
-də sulfoqrupların ifadəçisi zolaqlar müşahidə olunmalıdır.
Sulfoqrupları xarakterizə edən udulma zolaqları əhəmiyyətli intensivlikləri ilə fərqlənirlər.
Kationitin turşu formasının duz formasına keçidi zamanı spektrdəki dəyişikliklər məhz sulfoqrupun
Dostları ilə paylaş: |