Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   36   37   38   39   40   41   42   43   ...   122

- 81 - 
 
A = A
max
.K∙C
t
/1+K∙C
t                           
(7) 
ilə kifayət qədər dəqiqliklə ifadə edilə bilməsinin mümkünlüyünü təsdiq edir. 
 
Şəkil 1. Sorbsiya izotermləri. 
İzotermlər  qabarıq  olmağına  baxmayaraq  Lenqmyür  tənliyinə  tabe  olurlar  (şəkil  1).  Bunu 
tənliyə daxil olan K-nın geniş qatılıq intervalında sabit qiymətlərlə xarakterizə olunması təsdiq edir. 
lgA-lgC
t
  asılılığından  Freyndlix  tənliyinə  daxil  olan  parametrlər  hesablanmış  və  uyğun  tənliklər 
təklif  edilmişdir  (şəkil  2)  [10].  Amberlite  İRP-64-Cu
2+
  sistemi  üçün  bu  tənlik  A=223,87.C
t
0,28

Amberlite İRP-69-Cu
 2+
sistemi üçün A=114.C
t
0,33
 şəklindədir. Lakin qeyd edilməlidir ki, göstərilən 
tənliklər  izotermlərin  ancaq  orta  hissəsini  yazmaqda  etibarlıdır.  İzotermlərin  başlanğıc  və  son 
nöqtələri Freyndlix tənliyinə tabe olmurlar.  İonitlərin sorbsiya tutumları  öyrənilən element  ionları 
üçün  də  müxtəlifdir.  Maksimal  sorbsiya  tutumu  Amberlite  İRP  –64  kationiti  ilə  Cu
2+
  ionunun 
sorbsiyası  zamanı  alınmışdır:  6,52  mq-ekv/q.  Ümumiyyətlə,  Amberlite  İRP-64  kationiti  10  mq-
ekv/q sorbsiya tutumu ilə xarakterizə olunduğundan, o digər kationitlərlə müqayisədə daha effektli 
sayıla  bilər.  Freyndlix  tənliyinə  -  x/m  =  a∙C
t
n
  daxil  olan  a  və  n  lg  x/m-lg  C
t
  qrafik  asılılığından 
tapılmışdır [10]. Göstərilən qrafik asılılılıqda ordinat oxundan kəsilən parçanın uzunluğu a-nın, düz 
xəttin absis oxu ilə əmələ gətirdiyi bucağın tangensi isə n-in qiymətini verir (şəkil 2). 
 
Şəkil 2. Freyndlix tənliyi parametrlərinin qrafik müəyyənləşdirilməsi. 
Bu isə onu göstərir ki, Freyndlix tənliyi isə izoterm əyrilərinin müvafiq hissələrini, təxmini 
0,25-1,25 qMe/l intervalında ödəyə bilir. Yuxarıda göstərilən ardıcıllıqla izotermlərin Lenqmyür və 
Freyndlix tənliklərinə uyğun formaları aşağıdakılardır: 
AmberliteİRP-64 Cu
2+
: A=207,925∙(12,5±0,5) ∙C

/1+(12,5±0,5) ∙C
t   
  A=223,87∙C
t
0,28
  
Amberlite İRP-69 Cu
2+
: A=116∙(6,41±0,04) ∙C

/1+(6,41±0,04) ∙C
t   
   A=114 ∙C
t
0,33
 
 
İzotermlərin  qabarıqlığı  K-nın  1-dən  böyük  qiymətlərlə  xarakterizə  olunmasını  təsdiq  et-
məklə, ionitlərin Cu
2+
-ə qarşı seçici olduqlarını da göstərir. Kationitlərin Cu
2+
-yə qarşı seçicilikləri 
proseslərin  əvvəlində  yüksək  olsa  da,  udulmanın  sonrakı  mərhələlərində  bərk  fazada  Cu
2+
-in  mol 


- 82 - 
 
payının yüksəlməsilə xeyli azalır. Bu bir tərəfdən proseslərin əvvəlində Cu
2+
-in məhluldakı tarazlıq 
qatılığının çox kiçik olması, digər tərəfdən isə ilə paralel şəkildə tutumun aşağı, tarazlıq qatılığının 
isə  yüksək  qiymətlərlə  artması  ilə  izah  oluna  bilər.  Amberlite  İRP-64  ilə  maksimal  sorbsiyanın 
qiyməti 207 mq/q-a, Amberlit İRP- 69 ilə isə bu kəmiyyət 116 mq/q-a bərabərdir. Amberlit İRP-64-
ün  dəyişmə  tutumunun  Amberlite  İRP-69-la  müqayisədə  yüksək  olması  birincidə  funksional 
qrupların  miqdarının  ikincidən  çox  olmasını  göstərir.  İkincidə  eyni  zamanda  3  sulfoqrupun  vahid 
aktiv mərkəz kimi matrisaya birləşməsinə baxmayaraq, görünür ki, belə qrupların sayı kifayət qədər 
çox deyil. d- və f- sırası metallarının ionlaşmış karboksil kationitləri ilə qarşılıqlı təsirinin təkcə ion 
deyil,  həm  də  koordinasion  rabitə  yaratmaqla  gerçəkləşməsi  ilə  bağlı  məlumatları  həm 
potensiometrik  əyrilərin  xarakteri,  həm  də  ionlaşmış  ionogen  qrupların  rəqslərinin  tezliklərinin 
sürüşməsi də təsdiq edir.  
 
 
Şəkil 3. Amberlite –İRP-64 
 
Şəkil 4. Amberlite İRP-64 Cu
2+
 


- 83 - 
 
 
Şəkil 4. Amberlite İRP-69 
 
Şəkil 5. Amberlite İRP-69-Cu
2+
 
Amberlite  İRP-64  üçünsə  karboksil  qrupları  olduğundan  spektrlərdə  bu  qrupların 
identifikasiyasına  üstünlük  veriləcəkdir.  H

formalı  karboksil  kationitlərin  xarakterik  xüsusiyyəti 
onların spektrində qüvvətli, aydın ifadə olunan karboksil qruplarının C=O udulma oblastına uyğun 
1770-1660  sm
-1
-də  zolaqlar  müşahidə  olunur.  Maraqlıdır  ki,  Amberlit  İRP-64-də  bu  zolağın 
maksimumu 1696,96 sm
-1
-də müşahidə olunur. Amberlit İRP-64-ionitində 3436,24 sm
-1
, oblastında 
müşahidə  olunan  udulma  zolağı  su  molekullarının  OH  –  qruplarının  valent  rəqslərini  xarakterizə 
edirlər.  Karboksil  kationitlər  turşu  formasından  duz  formasına  keçirilərkən  –  COOH  qruplarının 
ionlaşması hesabına karbonil qruplarına məxsus 1770-1700 sm
-1
 oblastındakı udulma zolaqları itir, 
ionlaşmış – COO
-
  qruplarının  hesabına  1570-1550  və  1400  sm
-1
  oblastında  yeni  udulma  zolaqları 
yaranır.  Amberlite  İRP-4  karboksil  kationitlərin  İQ–spektrlərindəki  dəyişikliklər  belə  kationitlərlə 
bir sıra keçid metal  ionlarının koordinasion mexanizm  üzrə sorbsiyasının mümkünlüyünü  göstərir 
(şəkil  3-4).  Metal  ionlarını  sorbsiya  etmiş  karboksil  kationitlərin  elektron  spektrləri  də  polimerin 
ionogen qruplarının metalın daxili sferasına nüfuz etdiyini qəti şəkildə təsdiqləyir. Lakin bütün bu 
qeyd  edilənləri  tərkiblərində  sulfoqruplar  saxlayan  qüvvətli  turşu  xassəli  kationitlər  haqda  demək 
olmaz [4-5].  
Amberlite  İRP–69  kationiti  üçün  xarakterik  rəqslər  sulfoqruplar,  -  OH  qrupları,  diazo  – 
körpüsü  və  naftalin  fraqmentləri  üçün  müşahidə  olunmalıdır.  Sulfoqruplu  kationitlər  üçün  3050  -
3020, 1800-1600, 837 və 775 sm
-1
-də aromatik matrisanın udulmasını xarakterizə edən zolaqlar və 
1200-1127,  1034-1040  sm
-1
-də  sulfoqrupların  ifadəçisi  zolaqlar  müşahidə  olunmalıdır. 
Sulfoqrupları  xarakterizə  edən  udulma  zolaqları  əhəmiyyətli  intensivlikləri  ilə  fərqlənirlər. 
Kationitin turşu formasının duz formasına keçidi zamanı spektrdəki dəyişikliklər məhz sulfoqrupun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə