Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   32   33   34   35   36   37   38   39   ...   122

- 73 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
QORXMAZ HÜSEYNOV 
                                      AMEA Naxçıvan Bölməsi 
                                               E-mail: qorxmazhuseynli@rambler.ru 
 
UOT: 544.01:546.05 
MİS(I) TİOİNDATLARIN ALINMASI VƏ TERMODİNAMİK 
XASSƏLƏRİNİN TƏDQİQİ 
 
 
Açar  sözlər:  tioindat,  sulu  məhlul,  çöküntü,  nanohissəcik,  mikroşəkil,  termodinamik 
parametrlər 
 
Keywords:  tioindate,  agues  solution,  sediment,  nanoparticle,  microphoto,  thermodynamic 
parameters 
 
Ключевые 
слова: 
тиоиндат, 
водный 
раствор, 
осадок, 
наночастица, 
микрофотографии, термодинамические параметры 
Misin  tioindatları  yarımkeçirici  materiallar  olub,  yüksək  fotohəssaslığa  malikdirlər.  Ona 
görə  də  bu  birləşmələr  fotorezistorlarda,  fotoelementlərdə  və  elektron-süa  qurğularında 
yarımkeçirici materiallar kimi geniş istifadə edilir 

2-11

.  
Cu–İn–S  sistemində  daha  geniş  öyrənilən  CuİnS
2
  birləşməsidir.  Bu  birləşmə  elementar 
komponentlərin  vakuumlaşdırılmış  kvars  ampullarda  birgə  əridilməsi  yolu  ilə  sintez  edilmişdir. 
İstiqamətləndirilmiş kristallaşdırma (yod qazdaşıyıcısı vasitəsilə) metodu ilə CuİnS
2
  birləşməsinin 
monokristalları alınmış və kristalların böyümə morfologiyası öyrənilmişdir 

6

.  
Metal-üzvi birləşmələr 

 

CuCl(NCCH
3
)

n
 və 

İnCl(NCCH
3
)

n
 əsasında qaz fazadan CuİnS
2
 
birləşməsi sintez edilmişdir 

11

. Tiokarbamid komplekslərinin aerozol məhlulları əsasında CuİnS
2
 
birləşməsinin nazik təbəqləri də alınmışdır 

7


CuİnS
2
  birləşməsi  tetraqonal  (halkopirit  tipdə)  sinqoniyada  kristallaşır:  F.  qr.: 
d
2
4

a=0,552279  nm  və  c=1,13295  nm;  Z=4;  d=4,79  q/sm
3
.  Müəyyən  edilmişdir  ki,  5  QPa  təzyiqdə 
400
0
C-də  halkopirit  quruluş  yalançı  sink  quruluşa  çevrilir:  a=0,551  nm.  Bu  zaman  onun  sıxlığı 
dəyişmir 

6, 8

.  
CuİnS
2
  birləşməsi  p-tip  keçiriciliyə  malikdir.  Onun  xüsusi  elektrik  keçiriciliyi  50  Om
.
m, 
deşiklərin  yürüklülüyü  0,001  m
2
/V
.
san  -dir.  Mis  artıqlığında  30  saat  termiki  emal  etdikdə  n-tip 
keçiricilik yaranır. Kükürd yüksək təziqində 30 saat termiki emal apardıqda yenidən p-tip keçiricilik 
yaranır. Bu birləşmənin monokristallarını Cd və Zn ilə legirlədikdə elektromüqavimət kəskin azalır 
və  yürüklülük  isə  artır.  700
0
C-də  nümunələrin  aktivləşmə  enerjisi 

E
a
=0,004  eV,  800
0
C-də  isə 

E
a
=0  olur.  CuİnS
2
  birləşməsi  termo-  və  fotoelektrik  xassələrə  malikdir.  Onun  qadağan  olunmuş 
zolağının eni 1,55 eV-dur 

4, 6, 8

.  
Cu
2
S–İn
2
S
3
 sistemində CuİnS
2
 və Cuİn
5
S
8
 birləşmələri mövcuddur. CuİnS
2
 birləşməsinin üç 
modifikasiyası var: 

1
 halkopirit quruluşda kristallaşır, onun 

1

2
 faza keçidi 980
0
C, keçid istiliyi 
isə 16 kC/mol-dur. 

2
 fazası yalançı sink quruluşda kristallaşır, onun 

2

3
 faza keçid temperaturu 
1045
0
C, keçid istiliyi isə 8 kC/mol-dur. 

3
 fazasının quruluşu məlum deyil, onun ərimə temperaturu 
1090
0
C,  ərimə  istiliyi  isə  40  kC/mol-dur.  CuİnS
2
  birləşməsinin  əmələgəlmə  entalpiyası 

H
ə.g.
=-
221,7

13 kC/mol-dur 

1, 2

.  
Cuİn
5
S
8
 birləşməsi şpinel quruluşda kristallaşır: F. qr.: 
m
43 ; a=1,0698 nm. Sıxlığı d=4,8 
q/sm
3
-dir.  1085
0
C-də  əriyir,  ərimə  istiliyi  140  kC/mol-dur.  Mikrobərkliyi  2750

50  MPa,  qadağan 
olunmuş zonasının eni 1,34 eV-dur 

1, 6

.  


- 74 - 
 
Cu
2
S–İn
2
S
3
 sistemində iki evtektika mövcuddur: 990
0
C-də 15 mol% İn
2
S
3
 və 1065
0
C-də 80 
mol% İn
2
S
3
 koordinatlarda 

6, 7

.  
Cu
2
S–İn
2
S
3
  sistemində  1100
0
C-də  (10
-2
  Pa  təzyiqdə)  elementar  komponentlər  əsasında 
Cuİn
3
S
5
  tərkibli  birləşmə  də  sintez  edilmişdir.  Bu  birləşmə  heksaqonal  sinqoniyada  kristallaşır: 
a=1,563  nm  və  c=1,895  nm;  Z=21.  Sıxlığı  d=4,98  q/sm
3
,  mikrobərkliyi  1819  MPa-dır.  Cuİn
3
S
5
 
birləşməsi yarımkeçirici xassəyə malik olub, qadağan olunmuş zonasının eni 1,2 eV-dur 

2, 6, 8


 
Cu
2
S–İn
2
S
3
  sistemində  Cu
3
İn
5
S
9
  tərkibli,  yarımkeçirici  xassəyə  malik  daha  bir  birləşmə 
alınmışdır.  Bu  birləşmə  heksaqonal  sinqoniyada  kristallaşır.  İQ  spektrdə  80-400  sm
-1
  sahələrdə 
piklər  müşahidə  edilir.  Bu  piklər  Cu
3
İn
5
S
9
  birləşməsindəki  İn  və  S  atomlarının  rəqsi  hərəkətinə 
uyğundur 

8, 10

.  
 
Cu
2
S–İn
2
S
3
  sistemindəki  CuİnS  birləşməsi  tetraqonal  sinqoniyada  kristallaşır:  a=0,551  nm 
və c=1,107 nm. Mikrobərkliyi 2227-2472 MPa aralığında dəyişir 

4, 10, 11

.  
 
Mürəkkəb  sulfirlərin  sulu  məhluldan  hirotermal  və  hidrokimyəvi  metodla  alınması  və 
onların  xassələrinin  öyrənilməsi  ən  aktual  məsələlərdən  biridir.  Atətən,  sulu  məhluldan  alınan 
maddələr  nanoölçülü  hissəciklər  formasında  olur.  Məlumdur  ki,  nanohissəciklərin  bir  çox  fiziki-
kimyəvi xassələri sıx materialların xassələrindən fərqlənir 

1

.  
 
İşdə  məqsəd  CuCl,  İnCl
3
  və  Na
2
S
 
birləşmələrinin  sulu  məhlullarından  istifadə  etməklə 
CuİnS
2
  və  Cuİn
5
S
8
  birləşmələrinin  alınması  şəraitini  müəyyən  etmək,  mikromorfologiyasını 
öyrənmək və bu birləşmələrin termodinamik xassələrini tədqiq etmək olmuşdur.  
 
Məqalədə  rentgenfaza  (RFA),  differensial-termiki  (DTA),  skanedici  elektron  mikroskopik 
(SEM)  analiz  metodları  vasitəsilə  CuİnS
2
  və  Cuİn
5
S
8
  birləşmələrinin  sulu  məhluldan  alınması  və 
EHQ üsulu ilə termodinamik analizinin nəticələri verilmişdir.  
Təcrübi hissə və nəticələrin müzakirəsi 
 
CuİnS
2
 və Cuİn
5
S
8
 birləşmələrini almaq üçün ilkin komponent olaraq CuCl, İnCl
3
 və Na
2

birləşmələrindən  istifadə  edilmişdir.  Tərkibində  9,232  mq/ml  İn  olan  İnCl
3
  məhlulundan  10  ml 
həcmində iki nümunə götürülmüş, üzərinə 79,9 mq və 16,0 mq CuCl əlavə edilərək həll edilmişdir. 
İnCl
3
  məhlulunda  mühit  turş  (pH=2)  olduğu  üçün  CuCl  yaxşı  həll  olur.  Tam  homogen  məhlul 
alındıqdan sonra hər iki nümunənin üzərinə pH=5 olana kimi 0,1 M Na
2
S məhlulu əlavə edilmişdir. 
80
0
C-də  və  30  dəq.  müddətində  maqnitli  qarışdırıcıda  qarışdırdıqdan  sonra  çöküntülər  süzülmüş, 
əvvəlcə distillə suyu, sonra isə etanolla yuyulmuşdur. Hər iki çöküntü 80
0
C temperaturda vakuumda 
(

10
-1
 Pa) qurudulmuşdur. Təcrübələr təsirsiz mühitdə aşağıdakı qurğuda aparılmışdır (şək. 1).  
 
Baş verən reaksiya tənliklərini ümumi şəkildə aşağıdakı kimi yazmaq olar: 
CuCl+İnCl
3
+2Na
2
S

CuİnS
2
+4NaCl 
CuCl+5İnCl
3
+8Na
2
S

Cuİn
5
S
8
+16NaCl 
 
Sulfidləşdirici  reagent  kimi  istifadə  edilən  Na
2
S-in  artıq  miqdarı  mühitin  turşluğunun 
azalmasında istirak edir.  
 
 
Şəkil 1. CuİnS
2
 və Cuİn
5
S
8
 birləşmələrini almaq üçün istifadə edilən qurğunun sxemi: 1 – içərisində 
İnCl
3
 və CuCl qarışığı olan kolba; 2 – Na
2
S məhlulu doldurulmuş damcı qıfı; 3 – çöküntünü süzmək 
üçün qıf; 4 – yumaq üçün qıf.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə