Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   44   45   46   47   48   49   50   51   ...   122

- 99 - 
 
rayonun  yeganə  böyük  çayı  olan  Arpaçay  su  anbarının  sol  kanalı  göstərilən  kəndlərin  torpaq 
sahələrinin bir hissəsini su ilə təmin edir. 
Yarım rayonunda əsasən qəhvəyi, dağ-şabalıdı (qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), bozqır 
və bozqırlaşmış dağ-şabalıdı (qəhvəyi) və s. torpaqlar yayılmışdır. 
5.  Havuş-Qaraquş  təbii  torpaq-kadastr  yarım  rayonu.  Bu  yarımrayon  da  Şərur  inzibati 
rayonun  dağlıq  zonasını  əhatə  etməklə,  şimal  və  şimal-şərqdən  Ermənistan  Respublikası,  şərqdən 
Babək  inzibati  rayonuna  daxil  olan  Yuxarı  və  Aşağı  Buzqov  və  Lizbird  cökəkliyi  təbii-torpaq 
kadastr yarım rayonları, cənubdan Kəngərli inzibati rayonuna daxil olan Çalxanqala və Qarabağlar-
Xok  təbii-torpaq  kadastr  yarım  rayonları,  qərbdən  isə  Şahbulaq-Axura  və  Yeni  Havuş-Tənənəm 
təbii-torpaq kadastr yarım rayonları ilə sərhədlənir. 
Bu yarımrayonda isə yayı quraq və ən çox sərin keçən soyuq iqlim hakimdir. Bu iqlim tipi 
Dərələyəz  silsilələrinin  ətəklərini  əhatə  etməklə,  iqlim  tipinin  formalaşdığı  sahənin  mütləq 
hündürlüyü 2000 metrdən 3000 metrə qədərdir.  
Zonanın iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların 
cəmi  3000-2000
0
C,  5
0
C-dən  yuxarı  temperaturların  cəmi  2500-1500
0
C,  10
0
C-dən  yuxarı 
temperaturların cəmi 2000-1000
0
C,  orta  illik temperatur  2,2
0
C, orta illik mütləq maksimum 26
0
C, 
orta illik mütləq minumum 25
0
C müşahidə olunur. 
Termik  ehtiyatlardan  əlavə  rayonda  illik  yağıntının  miqdarı  500-600  mm,  vegetasiya 
dövründə nisbi nəmləmə 70-110 faiz, Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust 
aylarında 15-25 faizdən yuxarı qalxa bilmir. Ona görə də burada bəzi təsərrüfat sahələrində suvarma 
əkinçiliyinin tətbiq olunması  məsləhətdir.  İqlim  tipinin hakim olduğu  ərazilərin aşağı  hissələrində 
torpaqəmələgəlmə prosesinin normal getdiyi sahələrdə dəmyə əkinçiliyi, yuxarı hissələrdə dağların 
yamaclarında nazik torpaq qatı olan sahələr isə yay otlaqları kimi istifadə olunmalıdır.  
Yarım rayonunda əsasən bozqır dağ-çəmən, dağ-meşə, bozqır və bozqırlaşmış dağ-şabalıdı 
(qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi) və s. torpaqlar yayılmışdır. 
Şərur  inzibati  rayonun  ekocoğrafi  xüsusiyyətlərini  nəzərə  alaraq  Şərur  düzü  təbii  torpaq- 
kadastr  yarımrayonunda  düzənlik  zonasında  xüsusilə  yemçilik,  iri  buynuzlu  heyvandarlıq, 
üzümçülük,  taxılçılıq,  tərəvəzçilik,  dağtəyində  bağçılıq,  yemçilik,  xırda  buynuzlu  heyvandarlıq, 
Ardıc-Munhbala  oğlu  dağlarının  təbii  torpaq-kadastr  yarımrayonunda  isə  xırda  buynuzlu 
heyvandarlıq, dağ vadilərində dəmyə taxılçılıq, yemçilik, ovçuluq və turizm, Şahbulaq-Axura təbii 
torpaq-kadastr  yarımrayonunda  xırda  buynuzlu  heyvandarlıq,  dağ  vadilərində  dəmyə  taxılçılıq  və 
yemçilik,  meyvəçilik,  ovçuluq  və  turizm,  Yeni  Havuş-Tənənəm  təbii  torpaq-kadastr 
yarımrayonunda  xırda  buynuzlu  heyvandarlıq,  dəmyə  taxılçılıq  və  yemçilik,  Havuş-Qaraquş  təbii 
torpaq-kadastr  yarım  rayonunda  isə  xırda  buynuzlu  heyvandarlıq,  dəmyə  taxılçılıq  və  yemçilik, 
ovçuluq və turizm təsərrüfat sahələri üzrə ixtisaslaşdırmaq lazımdır. 
 
ƏDƏBİYYAT 
 
1. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm, 1999, 226 s. 
2. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti. Bakı, MBM, 2009, 
108 s. 
3.  Hacıyev  S.Ə.  Naxçıvan  Muxtar  Respublikasında  torpaqların  aqroekologiyası.  Metodik  vəsait. 
Bakı: Elm, 2000, 40 s. 
4. Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı. Bakı,  Elm, 2002, 411s. 
5. Şəfibəyov Ə.B. Torpaq və bitkilərin analiz üsulları. Bakı, Azərnəşr, 1964, 204 s.  
6. Алиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку, Азернешр, 1998, 235 с.  
7.  Мамедов  Р.Г.Опыт  группировки  почвы  Нахичеванской  АССР  по  агрофизическим 
свойствам // ДАН Аз. ССР, 1968, с.43-48 
 
 
 


- 100 - 
 
ABSTRACT 
Сахиб Гаджиев 
Лейла Ибрагимова 
ПРИРОДНЫЕ ПОЧВЕННО-КАДАСТРОВЫЕ РАЙОНЫ И ПОДРАЙОНЫ  
ШАРУРСКОГО АДМИНИСТРАТИВНОГО РАЙОНА 
 
В  статье  приводятся  природные  почвенно-кадастровые  районы  и  подрайоны 
Шарурского административного района. По направлению специализации хозяйств в регионе 
с  целью  установления  природных  почвенно-кадастровых  районов  и  подрайонов  изучаются 
физико-географические  условия  (рельеф,  климат,  гидрография  и  гидрогеология, 
растительный  и  животный  мир,  антропогенные  воздействие  и  др.),  деградационные 
процессы (засолония, эродированности, заболачивание, каменистость, зарослевые участки и 
др.),  морфологические,  физические,  химические  свойства  и  структуры  почвенного  покрова 
территории.  Одновременно  проводятся  оценка  почв  под  културными-естественными 
растениями  самый  высокий  получили  горные-каштановые  (коричневые)  100,  каштановые 
(коричневые) 96, самый меньший песчанисто-заболоченно луговые 32, каменисто-шебенисто 
пойменные 18 и каменистые пойменные почвы 10 баллов. 
В  заключении  учитывая  физико-географические  особенности  и  показатели 
плодородия почв Шарурского административного района нами предложено выделить 5-под 
природного  почвенно-кадастрового  подрайона.  В  пределах  Садарак-Гиланчайского 
природного  почвенно-кадастровые  района  Шарурской  равнины  и  Гуннит-Парагачайского 
почвенно-кадастрового района Ардыж-Мунгбала, Шагбулаг-Ахура, Новый Гавуш-Тананам и 
Гавуш-Гарагушской подрайон. 
 
РЕЗЮМЕ 
Sahib Hajiyev 
Leyla Ibrahimova 
THE NATURAL SOIL-CADASTRE REGION AND HALE OF REGIONS IN 
 SHARUR ADMINISTRATIVE REGION 
The  article  informs  about  natural  soil-cadastre  region  and  half  of  regions  in  Sharur 
administrative  region.  For  the  specialalization  of  agriculture  in  the  region  for  define  soil  cadastre 
region  and  half  of  regions  in  the  area  the  position  of  eco-geographical  spreading  land-cover  of 
structure  (relief,  climate,  hydrological  and  hydro-geological,  plants  and  animals,  anthropogenic 
influence  and  etc.)  the  process  of  degradation  (saline,  erosion,  morass,stony  place,densely 
overgrown  fields  and  etc)  chemical,  morphological  and  physical  features  are  learned.  Here  at  the 
same time, the soil under the evolution of cultural and natural plants, also the highest brown (dark-
brown)  100,  light-brown  (dark-brown)  96  points  but  the  lowest  sands  morass-meadow  32,  stony-
gravelly river fields 18 but stony river fields have been given 10 points. 
As  a  result  given  the  features  of  physical  and  geographical  soils  and  fertility  factors  in 
Sharur  administrative  region,  in  5  autonomous  republic  Sadarac-Gilanchay  natural  soil-cadastre 
within  the  region  Sharers  plain  half  of  region  but  in  Gunnut-Paragachay  natural  soil-cadastre  has 
been  advised  to  separate  into  Ardig-Munqbala,  Shahbulaq-Axura,  New  Havush-Tenenem  in 
Havush-Qaraqush valley natural-soil cadastre of half region. 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent N.Babayev
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə