Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   46   47   48   49   50   51   52   53   ...   122

- 103 - 
 
torpaqlar  üzərində  triqanoid  və  dağ-çöl  bitkilərinin  bitməsi,  buranın  suvarılan  yerlərində 
üzümçülük, meyvəçilik, maldarlıq və qismən dəmyə taxılçılığın inkişafı və s. məsələlər vurğulanır. 
S.Y.Babayevin “Naxçıvan MSSR-in əsas landşaft tipləri” adlı məqaləsi bu ərazidəki landşaft 
tiplərinin  spesifikliyini  təsdiq  edir.  Üçüncü  landşaft  tipi  (dağ  və  kserofit  çəmən-kolluq  landşaftı) 
dörd  lanşaft  növü,  dağ-meşə  qəhvəyi,  karbonatlı  dağ  qəhvəyi,  karbonatlı  meşə  torpaqları  üzərində 
çəmən, çəmən-kolluq kserofit bitkiləri ilə xarakterikdir və bu ərazidə maldarlıq əsas yer tutur. 
S.Y.Babayev  öz  tədqiqatlarında  göstərir ki, dördüncü  landşaft  tipi  (dağ-çəmən  və  çəmən-çöl 
landşaftı) dağ  yamaclarında çəmən-bozqır, çəmən-çimli və çəmən torpaqları üzərində çəmənliklər, 
taxılkimilər, gəvən, topalotu, kəklikotu və qismən bataqlıq bitkiləri kompleksi ilə fərqlənir. Həmin 
landşaft tipində dəmyə əkinçilik, maldarlıq və arıçılıq inkişaf etmişdir. Beşinci landşaft tipi ( meşə 
landşaftı)  yayı  quraq  keçən  soyuq  iqlimə  malik  olması  ilə  səciyyəvidir.  Altıncı  landşaft  tipi  isə 
(qayalıq, daşlıq landşaft) maldarlıq üçün az yararlı olmağı ilə diqqəti cəlb edir.  
Ümumiyyətlə, S.Y.Babayevin elmi irsində landşaft mövzusu əsas mövzulardan biridir. 
1970-ci  ildə  S.Y.Babayevin  “Qədim  Diyarın  təbiəti”  adlı  kitabı  çap  olunur.  Kitab  211 
səhifədən ibarətdir. Kitabın əvvəlində “Tarixi vərəqlərkən” başlığı altında yazılanlar giriş xarakteri 
daşıyır. Həmin hissədə nəinki Azərbaycan və Qafqazın, həmçinin dünyanın ən qədim şəhərlərindən 
biri  olan  Naxçıvanın  tarixi,  coğrafiyası,  iqtisadiyyatı,  mədəni-maarif  istiqamətində  vəziyyəti  və  s. 
haqda məlumat verilir. Naxçıvan məktəblərində təhsil almış 400-dən artıq alimin xalq təsərrüfatının 
müxtəlif sahələrində çalışması qeyd edilir.  
Kitabda  “Naxçıvan  MSSR-in  coğrafi  mövqeyi,  sərhədləri  və  ərazisi”  başlığı  altında  maraqlı 
məlumatlar verilmişdir. Həmin hisssədə respublikanın sərhəd xəttinin ümumi uzunluğu, sərhədlərin 
harada  başlayıb  harada  qurtarması,  ölkənin  ərazisi  və  s.  haqqında  danışılır.  Əsərdən  öyrənirik  ki, 
“Muxtar  Respublikanın  qərbdə  ən  ucqar  nöqtəsi  İliç  (Şərur)  rayonunun  Sədərək  kəndindən  7 
kilometr  qərbdə  yerləşən  Urmiyə  kəndi,  şərqdə  isə  ən  ucqar  nöqtəsi  Zəngəzur  dağlarının  cənub 
qollarından  olan  Zerəni  dağının  zirvəsidir”  (1,  13).  Kitabdakı  tarixi  məlumatlardan  aydın  olur  ki, 
əvvəllər (1920-ci ildən sonra) Naxçıvanda üç uzeyd və 12 dairə təşkil olunmuş, sonra uzeydlər ləğv 
edilmiş  və  1925-ci  ildə  dairələrin  sayı  ona  çatdırılmışdır.  Respublikanın  ərazisində  inzibati  bölgü 
cəhətdən dəyişikliklər bununla qurtarmamış, sonrakı dövrlərdə də davam etmişdir. Məsələn, 1926-cı 
ildə  muxtar  respublika  8  dairəyə  -  Baş  Noraşen,  Qıvraq,  Tumbul,  Nərimanov,  Əbrəqunus,  Culfa, 
Parağa  və  Ordubad  dairələrinə  bölünmüşdür.  Daha  sonrakı  illərdə  rayonlar  iriləşdirilmiş  və  Şərur, 
Naxçıvan,  Culfa  və  Ordubad  rayonları  təşkil  edilmişdir.  1930-cu  ildə  bu  rayonların  sayı  altıya 
çatmışdır  (əvvəlki  rayonlara  Şahbuz  və  Əbrəqunus  rayonları  əlavə  edilmişdir).  “1948-ci  ildə 
Əbrəqunus  rayonu  culfa  rayonu  ulə  birləşdirildikdən  sonra  Naxçıvan  MSSR  inzibati  cəhətdən  beş 
rayona bölünmüşdür” (1, 13). Müəllif təəssüflə qeyd edir ki, muxtar respublikanın ərazisindən keçən 
bəzi tədqiqatçı və səyyahlar orada tədqiqat işi aparmağı qarşılarına əsas məqsəd kimi qoymamışlar 
və Naxçıvan ərazisindəki fiziki-coğrafi amillər uzun müddət ayrıca öyrənilməmişdir.  
Respublikanın yeraltı sərvətlərinin aşkara çıxarılıb istifadə edilməsi əvvəllər yalnız varlanmaq 
məqsədi  zəminində  baş  vermişdir.  Tədqiqatçılar  içərisində  elmin  inkişafı  naminə  axtarışa  səy 
göstərənlər olsa da, həmin dövrdəki tədqiqat işləri ümumi xarakter daşımış və toplanmış materiallar 
təsadüfi  şəkildə  olmuşdur.  O  dövrün  tədqiqat  işlərində  başlıca  yeri  faydalı  qazıntıların,  səth 
quruluşunun, bitki, qismən də heyvanlar aləminin öyrənilməsi və təsviri olmuşdur” (1, 15). 
Tədqiqatçının  əldə  etdiyimateriallardan  məlum  olur  ki,  Naxçıvanın  fiziki  coğrafiyasının 
öyrənilməsi işinə 1828-ci ildən sonra başlanılmışdır. Müəllif Naxçıvanın təbii xüsusiyyətlərinin ətraflı 
öyrənilməsinin  aktuallığını  göstərir:  “Naxçıvan  MSSR-in  təbii  xüsusiyyətlərinin  ətraflı  öyrənilməsi 
muxtar respublikada xalq təsərrüfatının inkişafı üçün son dərəcə ciddi əhəmiyyətə malikdir” (1, 17). 
S.Y.Babayevin  “Qədim  Diyarın  təbiəti”  kitabı  əsas  mövzu  ilə  bağlı  on  beş  məqalədən 
ibarətdir.  Onlardan  biri  respublikanın  təbii  şəraiti  (oroqrafiyası)  ilə  bağlıdır.  Həmin  məqalədə 
Naxçıvan  MSSR-in  fiziki  xəritəsi  verilmiş,  N.İ.  Şelepnevin  hesablamasına  əsasən,  respublikanın 
səthi yüksəkliyinə görə  bölünmüş və bu bölgü qrafik şəklində göstərilmişdir. Əsərin bu hissəsində 
əhəmiyyətli zonalar xüsusilə qeyd olunmuşdur: “Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq 
tirəsinədək  uzanan  Şərur  düzənliyi  Muxtar  Respublika  ərazisinin  geniş  bir  hissəsini  tutur.  Sıx 


- 104 - 
 
əhaliyə, münbit torpağa malik olan bu düzənlik Naxçıvan MSSR-in kənd təsərrüfatında mühüm rol 
oynayır” (1, 20). 
Əsərdə  müəllif  Şərur  düzündən  şərqdə  Qarabağlar  -  Xok-Tazıuçan  yüksəkliyi  ilə  Duzdağ 
tirəsi  arasında  yerləşən  Böyükdüzün  təbii  şoranlaşmaya  məruz  qalmasını,  su  mənbələrindən 
məhrum  olmasını  iqlim  və  hidrogeoloji  şəraitin  təsiri  ilə  əlaqələndirir.  Maraqlı  fikirlərdən  biri 
belədir:  “Arazboyu  düzənliyin  ən  geniş  yerini  Şərqi  Arpaçayın  mənsəb  hissəsində  yerləşməsi  bir 
tərəfdən  burada  tektonik  çökmə,  digər  tərəfdən  isə  fəal  eroziya  prosesinin  getməsi  ilə  izah  edilə 
bilər. 
Ərazinin  relyefinin  ikinci  əsas  hissəsini  dağlıq  sahə,  çox  az  bir  hissəsini  isə  dağlararası 
çökəkliklər təşkil edir. Bu sahə okean səviyyəsindən 1000 metrdən 3900 metrə qədər ucalır (1, 20). 
Alçaq dağlıq sahədə sinklinal yastanlar, antiklinal tirələr və kuestlərin onları parçalamış çay 
dərələrinin  yaratdığı  dar  düzənlik  zolaqları  ilə  əvəz  olunması,  oroqrafik  cəhətdən  bir-birindən 
kəskin  fərqlənən  Zəngəzur  və  Dərələyəz  dağ  silsilələrinin  başlıca  olaraq  denudasion-tektonik, 
qolların  isə  erozion-denudasion  mənşəli  olduğu  göstərilir.  “Zəngəzur  silsiləsi  şimal-qərb  hissədə 
(Naxçıvan  MSSR  daxilində)  neogen  dövrünün  effuziv  süxurlarından,  mərkəz  hissədə  paleogen 
dövrünün  vulkanik  mənşəli  süxurlarından,  cənub-şərq  hissədə  isə  yuxarı  oliqosen-miosenə  qədər 
əmələ gəlmiş intruziv süxurlardan təşkil olunmuşdur” (1, 22). 
Müəllif  Zəngəzur  silsiləsinin  mütləq  yüksəkliyinin  dəyişməsinə  və  parçalanmasına  görə  üç 
yerə bölür: 
1. Ağdaban dağı ilə Gədik aşırımı arasında olan Salvartı dağı. 
2. Dəmirli dağla Soyuq dağ arasındakı sahəni əhatə edən Qapıcıq dağı. 
3. 2000-3000 metr mütləq yüksəklik arasında tərəddüd edən Soyuq dağ. 
Sonra  həmin  sahələrin  xüsusiyyətləri  izah  olunur,  muxtar  respublikanın  şimal-qərb  qurtara-
cağının  mürəkkəb  oroqrafik  şəraitə  malik  olması,  ən  iri  dağarası  çökəklik-Paradaş  şökəkliyinin 
sahəsi, yüksəkliyi və s. xasusiyyətlərindən danışılır.  
Kitabda göstərilir ki, Naxçıvan vilayətinin ərazisi birinci dərəcəli üç qırışıqlı strukturanı əhatə 
edir: 1) Şərur-culfa antiklinorisi, 2) Ordubad sinklinorisi, 3) Zəngəzur antiklinorisi. “Bu strukturalar 
ümumqafqaz istiqamətlidir. Şərur-Culfa antiklinorisində tabaşirə qədər, Ordubad sinklinorisində isə 
oliqosendən  sonrakı  və  miosendən  əvvəlki  xətti  qırışıqlıqla  əlaqədar  əmələ  gəlmişdir”  (1,  26). 
Beləliklə,  “Qədim  diyarın  təbiəti”  kitabında  Naxçıvanın  geoloji  quruluşu  haqqında  geniş 
məlumatlar verilmişdiir. 
Deməli, S.Babayevin coğrafi araşdırmaları müxtəlif istiqamətləri əhatə etmişdir. Naxçıvanda 
coğrafiya elminin inkişafında onun sonrakı elmi fəaliyyəti də faydalı olmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1. S.Y.Babayev, Qədim diyarın təbiəti, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1970, səh13 
2. S.Y.Babayev Naxçıvan MSSR-in landşaft qurşaqları və onların əhəmiyyətinə dair Gənc alimlərin 
V elmi konfransının materialları, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1966, 
s. 23-24) 
3.  S.Y.Babayev,  Naxçıvan  MSSR-in  su  təsərrüfatı  beşillikdə,  Kənd  həyatı,  Bakı,  Birləşmiş 
Nəşriyyat Mətbəəsi, 1966, №4, səh 14. 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə