Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   45   46   47   48   49   50   51   52   ...   122

- 101 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
ŞƏFƏQ ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:913 
SƏFƏRƏLI BABAYEV VƏ NAXÇIVAN COĞRAFİYASI 
 
Açar sözlər: coğrafiya, alim, elm, landşaft, tədqiqat  
Key wordsgeography, scientist, science, landscape, research 
Ключевые словагеография, учёный, наука, ландшафт, исследование 
Görkəmli  coğrafiyaçı  alim  Səfərəli  Yaqub  oğlu  Babayev  zəngin  elmi  yaradıcılığı  ilə 
Azərbaycan elmi ictimaiyyətinə çoxdan tanış olan, digər ölkələrdəki dərgilərdə peşəkar coğrafiyaçı 
kimi  çıxış  edən  tədqiqatçılardan  biri  olmuşdur.  Yarım  əsr  ərzində  coğrafiya  elmini  tədris  edən, 
Naxçıvanda  Coğrafiya  Cəmiyyətinin  ilk  yaradıcısı  və  sədri  kimi  fəaliyyət  göstərən  S.Y.Babayev 
həm də müxtəlif və yüksək vəzifələrdə çalışmışdır.  
S.Y.Babayev  müəllimlik  fəaliyyətinə  başladığı  zamandan  həmişə  elmi  araşdırmaları  və 
mülahizələri  ilə  diqqəti  cəlb  etmiş  və  coğrafiya  elminə  bir  sıra  yeniliklər  gətirmişdir.  Bunu  onun 
coğrafiya elminin müxtəlif sahələrinə aid yazılmış elmi məqalələri və əsərləri bir daha sübut edir.  
1966-cı ildə “Kənd həyatı” jurnalının 4-cü nömrəsində S.Y.Babayev Naxçıvan MSSR Nazir-
lər  Soveti  sədrinin  müavini  kimi  “Naxçıvan  MSSR-in  su  təsərrüfatı  beşillikdə”  adlı  məqaləsi  ilə 
çıxış  etmişdir.  Bu  mövzudan  görünür  ki,  o,  məsul  vəzifələrdə  işləyəndə  də  coğrafiya  elmindən 
ayrılmamış və bu sahədə tədqiqatlarını davam etdirmişdir. 
Həmin  əsərdə  torpaq  və  suların  milliləşdirilməsi  nəticəsində  süni  suvarma  işlərinin  surətli 
inkişafından,  səksənə  yaxın  kəhrizin  bərpası,  on  kəndi  suvarma  suyu  ilə  təmin  edən  Fərhadarxın 
çəkilib  istifadəyə  verilməsi,  Arazboyu  düzənliyin  bir  sıra  sahələrini  suvarmaq  üçün  Saraclı, 
Qorçulu, Diyadin, Qaraçuq və Böyükdüz kəndlərində su nasoslarının işə salınması, bir sıra göllərin 
tikilib  istifadəyə  verilməsi  və.  s  məsələlərdən  bəhs  edilir:  “Qaraçuq  gölü,  Qahab  gölü,  Qanlı  göl 
əsaslı sürətdə təmir edildi və onların ümumi su tutumu 1,2 milyon kubmetrdən 3,9 milyon kibmetrə 
qaldırıldı. Batabat yaylağındakı üç göl bərpa edilib genişləndirildi” (3, 14). 
S.Y.Babayevin  “Naxçıvan  MSSR-in  su  təsərrüfatı  beşillikdə”  məqaləsi  hesabat  xarakteri 
daşıyır.  Həmin  məqalədən  Naxçıvanın  o  zamankı  su  təsərrüfatı  haqqında  mükəmməl  məlumat 
almaq olar. Əsərdə son yeddi ildə (1966-cı ildən əvvəlki  yeddi ildən söhbət gedir) su tikintilərinin 
həcminin genişləndirilməsi və həmin tikintilərin respublika iqtisadiyyatının inkişafında mühüm rolu 
göstərilir və bu məqsədlə faktlara müraciət edilir. Məsələn, məqalədən məlum olur ki, 1960-cı ildə 
9  milyon  kubmetr  su  tutan  Uzunoba  su  anbarı  tikilib  istifadəyə  verilmiş,  1963-cü  ildə  Ordubad 
meyvəçilik sovxozunun Gilan çayından suvarılması işi başa çatdırılmış: 1964cü ildə 1 və 2 nömrəli 
Sədərək nasos stansiyaları və Culfa nasos stansiyası, 1965-ci ildə 6 milyon kubmetr su tutan Yeni 
Nehrəm  su  anbarı,  Qaraçuq  nasos  stansiyasının  birinci  növləri  “Yaycı  və  Dəstə  (Ordubad)  nasos 
stansiyaları istifadəyə verilmişdir. 
S.Y.Babayev  əsərdə  görülən  tədbirlər  nəticəsində  Arazboyu  düzənlikdə  17  min  hektardan 
artıq əkin sahəsinin suvarılması işinin yaxşılaşması, 3.200 hektara qədər yeni torpaq sahəsinin su ilə 
təmin edilməsi, pambıq, tütün, taxıl və başqa bitkilərin məhsuldarlığının xeyli artırılmasını göstərir. 
Bundan  başqa  muxtar  respublikada  yeni  torpaq  sahələrini  suvarmaq  hesabına  əkin  yerlərini 
artırmağın,  bunun  nəticəsində  isə  iqtisadiyyatı  əsaslı  sürətdə  möhkəmləndirməyin  perspektiv 
imkanlarından da bəhs edilir.  
Həmin əsərdə nəzərdə tutulan tikintilərdən də danışılır. Bu baxımdan, Naxçıvançay suvarma 
sisteminin  yenidən  qurulması  haqqında  məlumatlar  diqqəti  cəlb  edir.  Magistral  kanalları,  bir  çox 
nasos  stansiyalarını,  su  anbarlarını,  su  qəbuledici  və  paylayıcı  qurğuları  özündə  birləşdirən 


- 102 - 
 
mürəkkəb  bir  sistem  olan  Naxçıvançay  suvarma  sisteminin  əhəmiyyəti  geniş  şəkildə  qeyd  olunur. 
İşin  birinci  növbəsinin  başa  çatdırılması  nəticəsində  6.343  hektar  torpağın  suvarılmasının 
yaxşılaşacağı, ikinci növbəsinin başa çatdırılması nəticəsində isə 2.775 yeni torpaq sahəsinin su ilə 
təmin ediləcəyi göstərilir. 
Nəzərdə tutulan tikintilərdən biri kimi Türyan arxın da  yenidən qurulacağı və onun üzərində 
Alagöz Məzrə  yaxınlığında (indiki Məzrə) 12 milyon kubmetr su tutan Türyan su anbarının, Sirab 
kəndi  yaxınlığında  12  mln  m
3
  tutumu  olan  Sirab  su  anbarının  tikiləcəyi  haqqındakı  məlumatlar 
məqalədə  öz  əksini  tapır:  “Naxçıvançay  suvarma  sisteminin  yenidən  qurulması  planına  ikinci 
Uzunoba su anbarının tikintisi də daxildir. Tutumu 12 milyon kubmetr olacaq su anbarının tikilməsi 
1.800  hektar  sahədə  suvarılmanı  yaxşılaşdırmağa  və  200  hektar  yeni  torpaq  sahəsini  əkinə 
yararlaşdırmağa imkan verəcəkdir” (3, 15). 
S.Y.Babayevin “Naxçıvan MSSR-in su təsərrüfatı beşillikdə” məqaləsini  yazarkən Naxçıvan 
şəhərini içməli su ilə təmin etmək üçün ikinci su kəmərinin tikilişi başa çatdırılmaqda idi. Bundan 
başqa, həmin dövrdə Batabatın suyunu Naxçıvana gətirməkdən ötrü üçüncü su kəmərinin çəkilməsi 
planlaşdırılmışdır. 
S.Y.Babayev  1966-cı  ildə  Gənc  alimlərin  V  elmi  konfransında  “  Naxçıvan  MSSR-in  landşaft 
qurşaqları və onların əhəmiyyətinə dair” mövzusunda çıxış etmişdir. Konfransın materialları həmin il 
Azərbaycan  SSR  Elmlər  Akademiyası  Nəşriyyatı  tərəfindən  çap  olunmuşdur.  Həmin  məqalədə  adı 
çəkilən ərazinin relyef və iqliminin təsiri nəticəsində yarımsəhra, çöl, subalp və alp çəmənlikləri və 
qayalıq qurşaqlarının mövcudluğundan danışılır. Əsərdə yarımsəhra qurşağı, çöllük qurşaq, subalp və 
alp  çəmənlikləri  qurşağı  və  qayalıq  zona  tədqiqata  cəlb  edilmişdir.  Qeyd  olunan  sahələrin  iqlimi, 
tərkibi,  bitkiləri,  əhatə  dairəsi,  torpaq  tipləri,  təsərrüfat  əhəmiyyəti  maraqlı  faktlarla  təhlil  edilir. 
Əsərdə respubllikanın perspektiv tədbirlərindən də bəhs olunur: “Son illərdə yarımsəhra zonasından 
daha səmərəli istifadə etmək məqsədilə bir çox suvarma tədbirləri həyata keçirilmiş və daha bir neçə 
iri  su  tikintilərinin  aparılması  planlaşdırılmışdır.  Bu  tədbirlər  nəticəsində  46  min  hektar  sahənin 
suvarılması yaxşılaşdırılacaq, 25 min hektar yeni torpaq sahəsi su ilə təmin ediləcəkdir” (2, 23-24). 
1967-ci  ildə  S.Y.Babayev  digər  bir  elmi  konfransda  −  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının Coğrafiya  İnstitutunda Gənc alimlərin VI  elmi konfransında “Naxçıvan MSSR-in 
əsas  landşaft  tipləri”  mövzusu  ilə  çıxış  etmişdir. Konfransın  materialları  1967-ci  ildə  Azərbaycan 
SSR  Elmlər  Akademiyası  Redaksiya  Nəşriyyat  Şurasının  qərarı  ilə  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Nəşriyyatı  tərəfindən  çap  olunmuşdur.  Əsərdə  iri  miqyaslı  landşaft  xəritəsində 
Naxçıvan MSSR-in ərazisi üçün xarakterik olan altı landşaft tipi və onların xüsusiyyətləri tədqiqata 
cəlb olunur. Bu landşaft tipləri aşağıdakılardır: 
1. Yarımsəhra landşaftı (əsasən, maili düzənlik, alçaq dağlıq və çökəkliklərdə yaranmışdır). 
2. Dağüstü kserofit landşaft (orta dağlıq ərazidə və çökəkliklərdə inkişaf etmişdir) 
3. Dağ və kserofit çəmən –kolluq landşaftı (şiddətli parçalanmış orta dağlıqda inkişaf etmişdir). 
4. Dağ-çəmən və çəmən-çöl landşaftı (intensiv parçalanmış orta, yüksək dağ yamaclarında və zəif 
parçalanmış düzəlmə səthlərində yayı quraq keçən soyuq iqlimdə yayılmışdır). 
5.  Meşə  landşaftı  (intensiv  parçalanmış  dağ  yamaclarının  çox  az  bir  hissəsini,  Naxçıvan  çayı, 
qismən də Əlincə çayı hövzəsinin yuxarı axınlarını əhatə edir). 
6.  Qayalıq-dağlıq  landşaft  (intensiv  parçalanmış  yüksək  dağ  yamaclarında  və  suairıcında  inkişaf 
etmişdir). 
Məqalədən  öyrənirik  ki,  “Yuxarıda  göstərilən  əsas  landşaft  tiplərindən  başqa,  allüvial 
torpaqlar  üzərində  çəmən-bataqlıq  tuqay  landşaft  tipləri  də  vardır.  Bunlar  Araz  çayı  boyu  az  bir 
sahədə çaybasar və alçaq terraslar üzərində yayılmışdır” (2, 30). 
Əsərdə  landşaft  tiplərinin  sahəsi,  növləri,  bitki  qrupları,  təsərrüfatı  və  s.  haqqında  məlumat 
verilir.  Məsələn,  birinci  landşaft  tipinin  (yarımsəhra  landşaftı)  on  yeddi  növə  ayrılması,  bitki 
qruplarının  üstünlük  təşkil  etməsi,  bu  tip  daxilində  suvarma  əkinçiliyinin-pambıq,  taxıl,  bağçılıq, 
üzümçülük, maldarlıq və tütünçülüyün əsas yer tutması göstərilir. 
Məqalədə  hər  bir  landşaft  tipinin  özünəməxsus  xüsusiyyətləri  təhlil  edilir.  İkinci  landşaft 
tipinin səkkiz növü, burada açıq-şabalıdı və bozqır, dağ torpaqları üzərində gəvən, çəmənlik-kolluq, 
yovşan-triqanoid,  dağ  kserofit  çöl  landşaftının  yaranması,  çökəkliklərdə  şabalıdı,  açıq-şabalıdı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə