Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə49/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

- 101 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
QADİR ƏLİYEV  
Naxçıvan  Dövlət Universiteti 
kadiraliyev@ yahoo. kom. tr 
UOT:72 
ORDUBAD  RAYONU KÖHNƏ  KOTAM  KƏNDİNİN  
MEMARLIQNÜMUNƏLƏRİNİN TƏDQİQİ 
 
Açar sözlər: palçıq divar gil, kərpic, süs, nisbət sistemi, həndəsi naxış  
Key  words:  mud  wall  clay,  brick,  ornament,  proportion  system,  geometrical  pattern 
 
Ключевые  слова:  глины  стены  грязи,  кирпич,  орнамент,  система  пропорций, 
геометрический узор 
Naxçıvan  Muxtar  Respublikasının  ərazisi  xarabalıqları  müasir  dövrə  qədər  gəlib  çatan 
qədim  yaşayış  məskənləri  ilə  zəngindir.  Belə  yaşayış  məskənlərindən  biri  də  Ordubad  rayonu 
ərazisində yerləşən Köhnə Kotam yaşayış məskənidir.   
Tarixi orta əsrlərə aid olan Köhnə Kotam kəndinin xarabalıqları Ordubad rayonunun şimali-
şərqində Kotam çayı boyunca dağın yamacında yerləşir (şəkil 1). 
 
                    
 
 
Şəkil 1. Ordubad rayonu, Köhnə Kotam kəndi. Yaşayış yerinin xarabalıqları 
 Dağılmış  memarlıq  formalarının  inşaat  materialları  möhrə,  çiy  kərpic  və  təbii  daş 
materiallarından  ibarətdir  (şəkil  1;  2;  3).  Bir-birinə  yaxın  olan  evlərin  xarabalıqları  burada  orta 
əsrlərə  aid  iri  bir  yaşayış  məskəninin  olmasından  xəbər  verir.  Yaşayış  yerininin  memarlıq 
formalarını inşaat materiallarına görə aşağıdakı kimi quruplaşdırmaq olar: 
1.
 
Möhrədən olan divar qalıqları 
Bu  divarların  inşaat  materialı  gildən  ibarətdir.  Məlumdur  ki,  Azərbaycan  inşaat  matrerialları 
içərisində gil və ondan hazırlanmış materiallar geniş yer tutur. “Gildən döyməgil tikintilər üçün öz təbii 
şəklində, ya da qabaqcadan hazırlanan və qurudulan iri piltələr, yaxud da xırda hissələr şəklində istifadə 
olunur” [1.s .12]. Köhnə Kotam kəndində gildən hazırlanan divarların qalınlığı 1m.-dən artıq olan iri 
bloklardan ibarətdir. Bəzi hallarda möhrə hörgüsü ilə daş hörgülər birlikdə inşa  edilmişdir (şəkil 2). 
 


- 102 - 
                   
 
 
Şəkil 2. Ordubad rayonu, Köhnə Kotam kəndi. Yaşayış yerinin möhrə divarının qalıqları 
2.
 
Təbii daş materiallarından ibarət olan divar qalıqları. 
Daş Azərbaycanda geniş yayılan tikinti materiallarından biridir. Daş hörgüsünün  işlənməsi 
və  inkişafı  müxtəlif  mərhələlər  keçirmişdir.  “Daşa  yastı  forma  vermək  üçün  parçalanırdı.  Tikinti 
prosesində  bu  yastı  tərəflər  bir-birinə  sıx  birləşdirilir  və  uçulmaq  qorxusu  olmadan  hündür 
divarların hörülməsinə imkan verirdi” [1. s. 15].  
Köhnə  Kotam  kəndinin  xarabalığında  daş  hörgülər  üçün  yapışdırıcı  maddə  olaraq  gil 
məhlulundan  istifadə  edilmişdir.  Daş  hörgülərində  ayrı-ayrı  daşlardan  ibarət  olan  iri  plitələr 
(meqalitik)  işlənmişdir.  Hörgünün  üfüqi  sıralarının  hündürlüyü  eyni  deyil.  Burada  daş  hörgülər  
həm də divarın nisbətən yük daşıyan konstruktiv hissələrində istifadə olunmuşdur (şəkil 3). 
Ümumiyyətlə, “Daş hörgülərində tətbiq olunan  daş növlərinin və onların işlədilməsininn, hörgü 
texnikasının,  daşların  düzülməsinin”,  ayrı-ayrı  blokların  bərkidilmə  izlərinin  öyrənilməsi  tədqiqatçıya 
tikinti dövrünü bəzən çox böyük dəqiqliklə təyin etmək üçün bir sıra qiymətli dəlillər verirdi” [3. S. 21]. 
Bu baxımdan Köhnə Kotam yaşayış məskəninin tarixini XV-XIX əsrlərə aid etmək olar. 
 
                       
 
 
Şəkil 3. Ordubad rayonu, Köhnə Kotam kəndi. Yaşayış yerinin daş divarının qalıqları 
3.
 
Çiy kərpicdən ibarət olan divar qalıqları. 
  
Məlumdur ki, çiy kərpicin hazırlanmasında əsasən gildən, qumdan, samandan və sudan istifadə 
olunur Çiy kərpicdən tikilmiş evlər ekoloji cəhətdən tamamilə əlverişlidir. Kərpicin istilikkeçirmə 
qabliyyəti  aşağı  olduğu  üçün,  ilin  bütün  fəsillərində  otaqda  normal-komfort  temperator  olur.  Belə 
evlərin  tikintisi ucuz başa gəlsə də böyük zəhmət tələb edir. Köhnə Kotam kəndi coğrafi cəhətdən 
ucqar  dağ  kəndi  olduğu  üçün  kərpic  bir  tikinti  materialı  kimi  bu  cəhətdən  əlverişlidir.  Divarların 
qalınlığı 1m–dən artıqdır.  
 


- 103 - 
                         
 
 
Şəkil  4.  Ordubad  rayonu,  Köhnə  Kotam  kəndi.  Yaşayış  yerinin  çiy  kərpicdən  olan 
divarlarının qalıqları 
4.
 
Köhnə Kotam məscidi
Köhnə Kotam kəndində yeganə salamat qalmış bina olan Köhnə Kotam məscididir (şəkil 5).  
Planda dördkünc formalı böyük salondan ibarətdir [şəkil 6]. Salon iki sıra ağac dirəklərlə üç hissəyə 
bölünmüşdür.  Məscidin  mehrabı  cənub  tərəfdə  yerləşən  tağşəkilli  tağçadan  ibarətdir  (şəkil  7). 
Məscidin  girişi  Şərqdəndir  və  ön  tərəfdə  şəbəkələrlə  naxışlanmış  dörd  pəncərə  var.  “Məscidin 
içərisində mərmər lövhə üzərində bir kitabə aşkar olumuşdur. Kitabənin  mətnindən aydın  olur ki, 
Naxçıvan xanı Hacı  Kəlbəli xanın oğlu  İbrahim xan hicri  1260 (m. 1844) ildə Kotam  kəndindəki 
torpaq sahibliyi mənsəbini Tükəzban xanıma  bəxşiş etmişdir. Kalbalı xanın oğlu İbrahim xanın adı  
elmə  bu  kitabə  vasitəsi  ilə  bəlli  olmuşdur.    Daşdan  və  kvadrat  formalı  çiy  kərpicdən  inşa  olunan 
bina bir neçə dəfə bərpa olunmuşdur. Məscidin inşa tarixi XVII-XVIII əsrə aid edilir  [2. s.228 ].  
Məscidin mehrabı isə çatma tağ şəklimdə olan tağçadan ibarətdir (şək. 7). 
 
                        
 
 
Şəkil 5. Ordubad rayonu, Köhnə Kotam kəndi.  Məscidin ümumi görünüşü 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə