- 97 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
SƏNƏTŞÜNASLIQ
İSMAYIL ZEYNALOV
Naxçıvan Dövlət Universiteti
UOT:39
XX ƏSRİN BİRİNCİ YARISINDA NAXÇIVAN BÖLMƏSİNDƏ
BƏZİ ƏNƏNƏVİ SƏNƏT VƏ PEŞƏ NÖVLƏRİ HAQQINDA
ETNOQRAFİK ARAŞDIRMALAR
Açar sözlər: sənətkarlıq, dulusçuluq, papaqçılıq, çəkməçilik, xalçaçılıq, qalayçı
Key Words: craftsmanship, pottery, hat making, shoe-maging, carpet weaving, tinker
Ключевые
слова:
Профессионализм,
гончарное
дело,
шапочное
дело,
сапожничество,
ковроткачество, мастерская
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində qədim
zamanlaradan əhalinin məşğuliyyət sahələrindən biri də sənətkarlıq olmuşdur və zaman-zaman
inkişaf edərək nəsildən-nəsilə ötürülmüşdür.
Naxçıvan bölgəsində sənətkarlığın inkişafı əvvəllərdə olduğu kimi, XX əsrin birinci
yarısında da onun ayrı-ayrı sahələrinin həm istehsal etdiyi mallara olan tələbatı, həm də ölkə daxili,
ticarət əlaqələrinin səviyyəsi ilə şərtlənmişdir. Ona görə də sənətkarlıq və onun ayrı-ayrı sahələri,
bir tərəfdən cəmiyyətin iqtisadi inkişaf səviyyəsinin, digər tərəfdən, ölkənin xarici iqtisadi
əlaqələrinin göstəricisi kimi çıxış edirdi.
Qeyd etmək lazımdır ki, sənətkarlıq nə qədər önəmli sahə olsa da Naxçıvan bölgəsinin əsas
sahələrindən olan istər Naxçıvan, istərsə də Ordubad şəhərlərində XX əsrin birinci rübbübdə o
qədər də yüksək səviyyədə olmamışdır.
Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, sənətkarlığı Naxçıvan bölgəsində təkcə
şəhərlərə aid etmək düz olmaz, çünki kənd yerlərində ilkin tələbatı, kənd sənətkarları, xüsusiilə
əkinçilik təsərrüfatının əmək alətləri ilə təmin edilməsində dəmirçilər, minik atlarının və ulaxların
nallanmasında xidməti olan nalbəndlər, gön-dəri ləvazimatlarını hazırlayan dabançılar, saxsı qabla
əhalini məişətinin təmin olunmasında rolu olan duluzçular və sairə kimi sənətkarların rolu getdikcə
artırdı və onlara ehtiyac hiss olunurdu.
Kənd yerlərində sənətkrlığın inkişafında aztorpaqlı kəndlilərin rolu da böyük idi.Çünki az
olan məhsulu yığandan və əllərində olan kiçik pay torpaq sahələrinin əkdikdən sonra vaxtları boş
keçməsin deyə istər-istəməz xüsusən qış dövründə ev şəraitində kəndlilər sənətkarlarla o cümlədən
müxtəlif sənət sahələri ilə məşğul olurdular. Naxçıvanda qışın sərt keçməsi ilə əlaqədar olaraq bu iş
daha qabarıq şəkildə özünü göstərirdi.
Çox sahəli təsərrüfatla məşğul olan kəndlilər ilk növbədə öz ailələrini öz təsərrüfatlarının
ehtiyatlarını nəzərə alaraq çörək bişirir, yun darıyır, əyirir, rəngləyir, geyim paltarları tikir,
dəridənsə rezidən tələbatı ödəmək üçün çarıq tikir, xalça toxumaqla məşğul olur əl kirkirəsində
yarma çəkir, un üyüdür, yaşayış evi inşa edir dülgərlik edir və sairə kimi sənətlə məşğul olurdular.
Bütün bu yuxarıda sadalananlar kəndlinin öz təlabatının ödənilməsi və həm də başqalarına iş
görməklə o özü də olsa əmək haqqı almasına imkan yaradırdı.Qeyd etmək lazımdır ki, Naxçıvan
bölgə elə bir kəndi yox idi ki, orada sənətkarlıqla məşğul olmayan olsun. Lakin
kəndlərdəsənətkarlıq müəyyən qədər inkişaf etsə də, sənətkarlıq əsasən şəhərlərdə, o cümlədən
Naxçıvan, Noraşen (Şərur), Ordubad, Şahbuz və Culfa şəhərlərində mərkəzləşdirilmişdir.
XX əsrin birinci yarısında Naxçıvan bölgəsində bir çox sənət və peşə növü var idi ki,
onlardan Naxçıvan və Ordubad şəhərlərində daha geniş yayılan dərziçilik, papaqçı, zərgərlik,