- 91 -
Kimyəvi zəhərlənmə ocaqlarında adamlar mümkün qədər tez çıxmalıdırlar. Onların hansı
istiqamətdə getmələrini mülki müdafiə və ya polis postu işçiləri göstərirlər. Onlar olmadıqda
adamlar zəhərlənmə zonasından küləyin səmtinə perpendikuliyar istiqamətində çıxmalıdırlar.
Bundan sonra adamlar sanitariya təmizlənməsindən keçməlidirlər. Bakterioloji yoluxma oçağından
əhalinin öz başına çıxmasına yol verilmir. Çünki belə sahələrdə karantin və ya observasiya rejimi
qoyulacaq, adamları sonrakı davranış qaydaları müəyyən ediləcək. Qeyd etdiyimiz kimi kəndlərdə
daldalanmaq üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi
təmin olunmalıdır. İçəridə ailənin rahatcılığı üçün hər çür şərait yaradılmalı, radio və televiziya
qurğularının işlədilməsi təmin edilməlidir. Çünki hadisələrin gedişi habelə kimyəvi və ya
bakterioloji zəhərlənmə təhlükəsini sovuşması barədə məlumat və ya ondan sonrakı davranış
qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.
“Kimya təhlükəsi” siqnal verilərkən malqaranın da qayğısına qalmaq vacibdir. Ərzaq və
yem ehtiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq tədbirlər görülməlidir.
“Radiasiya təhlükəsi” siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar
olunduqda və ya belə zəhərlənmə ən kecid bir saat ərzində gözlənildikdə verilir. “Hava həyacanı”
və “Kimya həyəcanı”siqnallar zamanı olduğu kimi “radioasiya təhlükəsi gözlənildikdə də öncə
“hamının diqqətinə! “siqnal, sonra isə “Radiasiya təhlükəsi” məlumat verilir. Bu zanan bütün rabitə
və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu səs və işıq siqnalları ilə təkrar edilir.
Sonra belə qərar verir:
“Diqqət!
Danışır Mülki müdafiə qərərgahı! Vətəndaşlar
! Radioasiya
təhlükəsi
!”
Radioasiya təhlükəsi!”. Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə
əhalinin davranış qaydaları haqqında mülki müdafiə qərərgahının tövsiyyələri
və göstərişləri əhaliyə
çatdırılır.
Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça maska pambıqlı tənzif sarğı,
əgər bunlar yoxsa əleyhqaz geyib sığınacağa və ya radiasiya daldanacağına getməlidirlər. Sonrakı
davranış qaydaları əsasən “Hava həyəcanı” və “Kimya həyəcanı” zamanı olduğu kimidir vəhər bir
konkret halda mülki müdafiə qərargahı tərəfindən dəqiqləşdirilib əhaliyə çatdırılır.
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranışı rejimləri
radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur.
Məqsəd adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmasının qarşısını almaqdır.
Radiasiya mühafizə rejimi-zəhərli sahələrdə adamların ardıcıl olaraq əvvəlcə radiasiya
daldanacağından, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətini
təyin edir.
Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə
vasitələri işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2 aptekcəkisindən) içməli və
təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələri çıxarmaq, açıq əllə
ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və ya iş vaxtı toz qaldırmaq,
açıq yerlərdə xörək yemək, su içmək, papiros çəkmək, paltarı, ayaqqabıları, çöldə təmizləmədə
yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz.
Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları belədir: mülki müdafiə qərərgahının
xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq:sığınacağın kipliyi pozula və ya radasiya
daldanacaqlarda qalan hallarda fərdi aptekçidən antidot dərman edəndən sonra əlehiqaz geymək,
dərini qoruyan paltar geyinmək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə
qurğusunu tərk etmək; açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əlehiqaz geymək,
qoruyucu paltarları geyinmək və zəhərlənmə ocağından çıxmaq; xüsusi qoruyucu paltarlar
olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şavların içinə salmaq, şavların balaqlarını
topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb bərkitmək, əllərə əlcək, ayaqlara rezin
ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək, üstdən sintetik
və ya rezin parçadan olan
(boloniya tipli) plaş geymək, yaxalığı qaldırıb
üstdən şarf bağlamaq, kimyəvi zəhərlənmə ocağından
çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara
zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlulda və ya
naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır; zəhərli sahələrdə çıxandan sonra tibbi
müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.
- 92 -
Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət etməyə
borcludur.
Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı
kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq
lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmamalıdır. İstifadə
etməzdən əvvəl ərzaq məsulların qaynatmamaq və ya qorumaq vacibdir; çörəyi xırda tikələrə
doğrayaraq alovun üzərində (pecdə, duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya
üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qaçaq
təmiz yuyulandan sonra qaynadılmalıdır.Yeməkdən əvvəl adamlarla təmasda olduqdan sonra əlləri
hökmən sabunla yumaq, paltar, ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt
paltarlarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi ümumi istifadə yerlərinin çirkli
olmasına yol verməmək lazımdır.Hər bir şəxsin ayrıca qab qacaqdan, məişət və tualet əşyalarından
istifadə etməsi məsləhət görülür. Yolxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin
yüksəlməsi, başağrısı, iştahsızlıq, urək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb
məntəqəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli,
şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qab-qacağı, mebeli və mənzili dezinfeksiyadan
keçirmək lazımdır.
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir.
ABSTRACT
Oktay Rzayev
Narmina Hasanova
DECLARATION TO THE PEOPLE
DURING AN IMMEDIATE TIME
The artıclı is expected to warn population in time abut acidents that uill occur and to
determine its scale and propagation speed.
To attract public attention saınd signals are given using sirens and horn of transportation in
emergencis. Full imagination abaıt kerning signals is needed that the people should beready for it.
РЕЗЮМЕ
Oктай Рзаев
Нармина Гасанова
ОРОВЕЩЕНИЯ НАСЕЛЕНИЯ ПРИ
ЧРЕЗВЫЧАЙНОМ ПОЛОЖЕНИИ
В статье расматриваются случаи о намечающихся или произошедших катастрофах
при которых вовремя предупреждается население.
Для вовлечения внимание население в экстренных случаях используются сирены и
сигналы автомовилей.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 06).
Məqaləni çapa təqdim etdi: Pedaqogika
üzrə fəlsəfə doktoru, dosent V.Rzayev