Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə43/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

- 89 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
OKTAY RZAYEV 
NƏRMİNƏ HƏSƏNOVA 
Naxçıvan Dövlət Universiteti 
oktay-rzayev@ mail.ru 
UOT:355.13 
FÖVQƏLADƏ VƏZİYYƏT ZAMANI ƏHALİNİN 
XƏBƏRDAR EDİLMƏSİ 
 
Açar  sözlər:  Fövqəladə  vəziyyət,  xəbərdarlıq  siqnalları,  hamının  diqqətinə,  diqqət,  hava 
həyacanı qurtardı, radiasiya təhlükəsi, kimya həyacanı, yoluxucu xəstəliklər və kimyəvi zəhərlənmə 
ocağı 
Key  vords:  Emerqency,  Warninq  siqnals,  Attention,  for  all,  Attention,  Air  strike  stopped, 
Radiation  hazard,  Chemistry  excitement,  infections  diseases,  Chemical  poisoninq  furnace, 
Population awareness 
Ключевые  слова:  Чрезвычайные  положение,  предупредительные  сигналы, 
внимание!,  воздущная  тревога,  радиоционная  опасность,  химическая  тревога, 
инфекционные волезни, очаг химического зарожение 
Gözlənilən,  yaxud  baş  verən  fəlakət  barədə  əhalini  vaxtında  xəbərdar  etmək  mülki 
müdafiənin ən əsas vəzifələrindən biridir. Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və 
yayılma  sürəti  nəzərə  alınmaqla  müəyyən  edilir.  Lakin  bütün  hallarda  təhlükə  haqqında 
xəbərdarlığın  əsas  vasitəsi  radio  və  televiziya  şəbəkəsidir.  Adamların  diqqətini  tez  cəlb  etmək, 
həmçinin  onların  dərhal  radio  və  televizorların  ətrafına  toplaşmasına  nail  olmaq  üçün  fövqəladə 
hallarda  sirenlərdən,  nəqliyyat  vasitələrinin  fit  səslərindən  istifadə  etməklə  səs  siqnalları  verilir. 
Belə siqnal “hamının diqqətinə” siqnalı adlanır. 
Bu  həyəcan  siqnallarını  eşidən  kimi  hamı  dərhal  radio  və  televizorlar  qoşaraq  hökümət 
orqanlarının,  mülki  müdafiə    qərargahının  fövqəladə  hadisə  barədə  verdiyi  xəbər  və  məlumatları 
diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və 
aydın  məsləhətlər, göstərişlər də verilir. 
Xəbərdarlıq  siqnalları  barədə  qabaqcadan  tam  təsəvvür  yaradılmalıdır.  Hamı  bilməlidir  ki, 
xəbərdarlıq  siqnalları  sülh  və  müharibə  dövründəki  fəlakətlər  zamanı  verilir.  Ancaq  bunların  biri 
digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir. 
Öncə  qeyd  edek  ki,  bir  sıra  təbii  fəlakətlər  barədə  qabaqcadan  xəbər  vermək  mümkündür. 
Məsələn  yaz  daşqınlarının  ehtimalı  bir  ay  qabaqcadan  bəlli  olur  və  bu  barədə  müvafiq  tədbirlər 
görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bəzən 1-2 saat qabaq xəbər çatdırmaq olar. Bu 
zaman yerli mülki müdafiə qərargahı belə bir məlumat verə bilər: 
“Diqqət!  Danışır  rayon  mülki  müdafiə  qərargahı.  Vətəndaşlar!  Çayda  suyun  səviyyəsinin 
qalxması  müşahidə  olunur.  Çayın  sağ  sahilindəki  məhəllələri  su  basacağı  gözlənilir.  Həmin 
məhəllələrdə  yaşayanlar  ən  vacib  və  zəruri  şeyləri  götürüb  mərkəzi  meydana  tələssinlər.  Evdən 
çıxarkən sobanı, qazı, işığı söndürməyi unutmayın. Bu barədə qonşularınıza da xəbər verin. Radio 
şəbəkəsi ilə verilən xəbərləri diqqətlə dinləyin, göstərişlərə dəqiq riayət edin”.  
Belə  bir  vacib  cəhəti  də  qeyd  edək  ki,  müharibə  zamanı  adamlar  hər  cür  ekstremal  hallara 
qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət edilər. 
Başqa sözlə, mülki müdafiə qərargahının göstərişlərini yerinə yetirməyə müəyyən dərəcədə 
hazır olular. Halbuki təbii fəlakətlər zamanı əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az 
əhəmiyyətli  deyil.  Bir  sıra  hallarda,  tutalım,  güclü  qəzalar  zamanı  itirilən  hər  dəqiqə  fəlakətin 
miqyasını  genişləndirə  bilər.  Buna  görə  də  mülki  müdafiə  orqanları  ehtimal  olunan  belə  qəzalara 
qarşı adamlar arasında qabaqcadan geniş izahat işləri aparılmalı, təhlükəli ərazilərdə işləyənləri və 


- 90 - 
yaşayanları  buna  hazırlamalıdır.  Həmin  ərazinin  hər  bir  sakini  bilməlidir  ki,  həyəcan  siqnalı 
verildikdə necə hərəkət etməlidir. 
Bilmək  lazımdir  ki,  təbii  fəlakətlərin,  habelə  qəzaların  növündən  və  bu  zaman  yaranan 
konkret vəziyyətindən asılı olaraq “hamının diqqətinə!” siqnalından sonra mülki müdafiə qərargahı 
tərəfindən  elan edilən məlumat  və  göstərişlərin  məzmunu  müxtəlif ola bilər. Buna  görə də  hər bir 
adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır. 
Müharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət 
orqanları  verirlər.  Bu  xəbər  radio  və  televiziya,  mətbuat  orqanları  vasitəsilə  əhaliyə  çatdırılır. 
Düşmən hücumu təhlükəsi yaranan dövürdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur. 
Müharibə  zamanı  düşmənin  nüvə,  kimyəvi,  bakterioloji  silahlar  və  başqa  silahlar  işlətmək 
qorxusu  yarandıqda dərhal  mülki  müdafiənin  xəbərdarlıq siqnalları verilir, bu məqsədlə radiodan, 
televiziyyadan, bütün rabitə vasitələrindən, səs və işıq  siqnallarından istifadə olunur. Belə hallarda 
“hamının  diqqətinə!”  siqnaldan  sonra  yaranmış  vəziyyətdən  aslı  olaraq  mülki  müdafiənin  “Hava 
həyəcanı”,  “Hava  həyəcanı  qurtardı”.  “Radiasiya  təhlükəsi”,  “Kimya  həyəcanı”  siqnalları  verilə 
bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Bu tələfatı xeyli 
azalda bilər. 
Bu  siqnalların  hər  birisini  konkret  şəraitdə  nəzərdən  keçirək:  -  “Hava  həyacanı”  siqnalı 
xəbərdarlıq  edir  ki,  düşmənin  hava  basqını  gözlənilir.  Öncə  sirenlər  bunu  “Hamının  diqqətinə” 
çatdırır.Sonra isə radio-televiziya ilə belə bir elan verilir.” Diqqət! Diqqət! Diqqət! Danişir Mülki 
Müdafiə Qərargahı ! Vətəndaşlar, hava həyəcanıdır! Hava həyəcanı! “ bu elan bir neçə dəfə təkrar 
olunur. Əhalinin daldalanması barədə göstəriş verilir. 
Bu  zaman  evlərdə  olanlara  yubanmadan  pəncərələri  örtməli,  qızdırıcı  cihazları,  işığı 
söndürməli  və  əvvəlcədən  tədarük  etdikləri  ərzağı,  suyu,  mühafizə  və  təbii  yardım  vasitələrini 
götürüb  ən  yaxındakı  sığınacağa  getməlidirlər.  İstehsalatda  olan  bütün  aqreqatları  dayandırmalı, 
cərəyanı  kəsməli  və  qabaqcadan  müəyyən  edilmiş  qaydada  hər  bir  birqada  və  növbə  onlar  üçün 
nəzərdə  tutulmuş  sığınacağa  gətirməlidir. Əgər istehsalat rejiminə  görə  hər hansı  aqreqatı,  turbini, 
peçi,  texnoloji  xətti  dayandırmaq  mümkün  deyilsə,  onlar  nisbətən  təhlükəsiz  iş  rejiminə  keçirilir, 
əvvəlcədən  təyin  edilmiş  müəyyən  adamların  nəzarəti  altında    saxlanılır    və  həmin  adamların 
qorunması ücün müvafiq yerlər düzəldirlər. 
“Hava  həyacanı”  zamanı  bütün  tədris  müəssisələrində  məşğələlər  dayandırılır,  hamı 
mühafizə  qurğularına  gedir.  İctimai  yerlərdə  (kinoteatrlarda,  bazarda,  mağazada  və  s.),  nəqliyyat 
vasitələrindən  olanlar  yaxındakı  daldanacağa  getməlidirlər.  Əgər  belə  sığınacaq  yerləri  yoxdursa 
daldalanmaq üçün yeraltı keçidlərindən, tunellərdən və s. istifadə etmək lazımdır. 
“Hava  həyacanı”  zamanı  kəndlərdə  əhali  ailə  daldanacaqlarına  yığılmalıdır.  Malqaranı 
tövlə şəraitində saxlamaq məsləhətdir.  Hava həyacanı vaxtı örüşlərdə olan naxır və sürüləri yaxşı 
olar  ki, meşələrə sürsünlər. Çöl şəraitində maiqaranın qorumaq üçün  yarğanlardan, xəndəklərdən, 
mağaralardan və s.istifadə etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, malqara düzdə, 
açıq sahələrdə qalmasın.  Bütün hallarda yalnız “hava həyəcanı qurtardı” siqnalı verildikdən sonra 
daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səs ucaldan qurğular vasitəsi ilə 
elan  edilir:  “Diqqət!  Danışır  Mülki  Müdafiə  Qərargahı!  Havadan  basqın  təhlükəsi  sovuşdu.  Hava 
həyəcanı qurtardı!” 
Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı  yaranan yerlərdə “Hava həyəcanı qurtardı!” 
siqnal  verilir.  Belə  hallarda  sığınacaqlarda  qorunanlara  vəziyyətlə  əlaqədar  olaraq  məlumat  və 
davranış qaydaları barədə tövsiyyələr verilir. Xatırladaq ki, bu zaman yerli mülki müdafiə orqanını 
göstərişləri  dəqiq  yerinə  yetirmək  son  dərəcədə  zəruridir.  Əks  təqdirdə  adamlar  radioaktiv  və  ya 
kimyəvi zəhərlənməyə məruz qalırlar. 
“Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud 
belə  zəhərlənmələr  bilavasitə  aşkar  edildikdə  verilir.  “Hammının  diqqətinə!”  xəbərdarlıq 
siqnallarından sonra yerli mülki müdafiə qərərgahının belə bir məlumatı əhaliyə çatdırılır: Diqqət! 
Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar ! Kimya həyəcanı! Bu, yerlərdə səs və işıq siqnalları 
vasitəsilə    təkrar  olunur.  Ardınca  aşkar  olunmuş  zəhərləyici  maddənin  və  ya  yoluxucu  xəstəlik 
törədicisinin növü nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhətlər verilir. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə