- 122 -
Bəhruz bəy Kəngərli yaradıcılığından bəhrələnən Şamil Qazıyev sanki öz əsərlərində
müəlliminin arzularını həyata keçirmişdir. Həyatının çiçəkləndiyi bir dövrdə dünyadan köçən
Bəhruz bəy Kəngərlinin yarımçıq qalan arzularını məhz Şamil Qazıyev işıqlandırmışdır.
Qədim Naxçıvanın tarixi abidələri, köhnə məhəllələri, karvansaraylar, məscidlər, hamamlar,
qapalı bazar və digər yerlərin rəsmi onun yaradıcılığında geniş yer alır. Bu isə gələcəkdə şəhərin
qədimliyinin bərpa olunmasında böyük rol oynayır.
Məsələn, “Köhnə Qala” əsərində bu daha çox diqqəti cəlb edir. Isti rənglərdən istifadə
edən rəssam burada köhnə qalanı, qala bürclərini və İmamzadə kompleksini çox gözəl təsvir
etmişdir. Əsərə baxdıqda Naxçıvanın qədim bir diyar olduğunun bir daha şahidi oluruq. Rəssam
əsərdə dəvə karvanı verməklə İpək yolunun məhz buradan keçməsini göstərmiş, İmamzadə
memarlıq kompleksinin təsvirini verməklə isə Naxçıvan memarlıq məktəbinin mükəmməl
olmasını bir daha sübut etmişdir. Əsərdə seyidlər qəbirsanlığını və yolun kənarında Naxçıvanın
florasına xas olan nalbənd ağaçının təsvirini çəkməklə o, doğma diyarı tamaşaçılara sevdirməyi
bacarmışdir.
Sevindirici haldır ki, 30-cu illərdə Zaqafqaziyada səyyar sərgilər göstərən məşhur Tretyekov
qalereyasının əməkdaşları Bakıda keçirilən respublika rəssamlarının sərgisində Şamil Qazıyevin
nümayiş etdirilən 12 əsərindən biri olan “Çoban” adlı əsərini bəyənərək qəbul etmişlər. Bu gənc
rəssamın ilk müvəffəqiyyəti idi.
Onun yaradıcılığında sadə insanların həyat tərzi, məişəti folkloru, adət-ənənəsi,
ümumiyyətlə etnoqrafiya baxımından yüksək səviyyədə işlənmiş əsərlər və təbiət mənzərələri geniş
yer tutur. Bu əsərlərin hər biri milli koloritinə görə bir birindən fərqlənir.
“Lavaş yapanlar” əsərində rəssam Azərbaycan xalqına məxsus olan təndir damı (təndir əsər)
və onun ətrafında bir ierarxiya təşkil edən milli geyimdə çörək bişirən qadınları təsvir etmişdir.
Kompozisiya baxımından buradakı ardıcıllıq diqqəti cəlb edir. Belə ki, sağ tərəfdə əyləşmiş qadın
xəmirdən kündələr tutur, yanındakı qadına verir, həmin qadın kündəni yayaraq təndir başında
əyləşmiş qadına ötürür və nəhayət, bişmiş hazır çörək dördüncü qadın tərəfindən aparılır. Beləliklə,
əsərdə rəssam zəhmətkeş qadınların əməyini milli motivdə real göstərməyə çalışmışdır.
“Qalayçılar” əsərində yığcam bir emalatxanada iki usta və şagirdin təsviri verilmişdir.
Bildiyimiz kimi həmin dövrdə məişətdə mis qablardan daha çox istifadə olunurdu. Qazan, sərninc,
kasa, kəfkir, səhəng, məcməi, sərpuş, nimçə, satıl, aftafa-ləyən və digər əşyalar xalqımızın
məişətində geniş yer tutmuş və bunlar köhnəldikcə yenidən istifadəsi üçün qalayçılara verilmişdir.
Adətən Novruz bayramı ərəfəsində həyata keçirilən bu adət bir ənənə halını almışdır. Baharın gəlişi
ilə əlaqədar hər yerdə təmizlik işləri aparılmaqla yanaşı köhnəlmiş, qalayı getmiş qabların da
yenilənməsi vacib sayılırdı.
“Qapalı bazar” əsəri rəssamın memarlıq baxımından işlədiyi ən maraqlı tablolardan biridir.
İstambulun qapalı çarşısını xatırladan bu əsərdə bazarın giriş qapısı milli memarlıq üslubnunda
təsvir edilmişdir. Kompozisiya cəhətdən yanaşdıqda perspektivdə görsənən bazarın digər
qapısından və bacalardan düşən işıqların köməyilə milli geyimdə olan alıcıların
hərəkətdə verilməsi,
hambalların yük daşıması və piştaxta arxasında meyvə satan tacirin təsvirinin verilməsi bazarda
alış-veriş mədəniyyətindən xəbər verir. Əsərə baxdıqda bazarın şərq üslubunda tikilməsi diqqəti
cəlb edir.
Onun “Qaçqınlar” əsərində öz vətənindən didərgin düşən səfil, acınacaqlı bir vəziyyətdə
Naxçıvana pənah gətirən insanlar təsvir edilmişdir. Rəssam bu əsərində dədə-baba yurdundan,
tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən qovulan xalğımızın faciəsini əks
etdirmişdir. Tabloda yaşlı qadın, kişi və uşaqlar bədbin vəziyyətdə göstərilmişdir. Rəssam öz
mənəvi dünyasına qapılmış, qəmli-kədərli, düşüncəli obrazların tale yolunu tamaşaçıya çatdırmağa
çalışmışdır. İsti və soyuq rənglərdən istifadə etməklə insanların psixoloji məqamlarını, daxili
iztirablarını əks etdirmişdir.
XX əsrin 70-ci illərində rəssamın işlədiyi tabloların əksəriyyəti yəqin ki, onun gənc
yaşlarında çəkdiyi eskizlər əsasında ərsəyə gəlmişdir. Onun “Çörək satan” (1976), “Çarıqçılar”
(“Çarıq tikənlər”, 1976), “Oküzlərin nallanması” (1976), “İnqilabaqədərki Naxçıvan” (1976),
“Qaçqınlar” (1977), “Molla məktəbi” (1977), “Xırmanda” (1977), “Taxılbiçənlər” (1977), “Gəc
- 123 -
dəyirmanı” (1977), “Dəyirman” (1977), “Naxçıvan hamamı” (1977) və digər əsərləri buna bariz
nümunədir.
1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin təşkil olunan fərdi sərgisi haqqında o
dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın
keçmiş
tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”.
Şamil Qazıyevin əsərlərinə baxdıqda onun Naxçıvanı necə ürəkdən sevməsini, bu torpağa
bağlılığını, sadə, zəhmətkeş insanlarla sıx təmasda olmasını hiss edirik. Bütün bunlar onun boya-
başa çatdığı doğma yurduna olan məhəbbətindən irəli gəlir.
Beləliklə, demək olar ki, rəssamın yaradıcılığı geniş və rəngarəngdir.Onun əsərləri fərdi
xüsusiyyətlərinə görə tanınır. Şamil Qazıyevin yaradıcılığında Vətənə, xalqa, doğma torpağa
bağlılıq qabarıq şəkildə özünü göstərir.
ƏDƏBİYYAT
1.
Şamil Qazıyev “Albom kataloq”, Naxçıvan, 2010
2.
“Azərbaycan qadını” jurnalı № 5, Bakı ,1980
3.
Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan şəhəri, 1 fevral 2018-ci
il. “Şərq qapısı”qəz., 2018, 3 mart
ABSTRACT
Mahir Khalilov
NATIONAL MOTIVES IN CREATION OF SAMIL GAZIYEV
National motives in Shamil Gaziyev creativity of honoured art figure of the Nakhchivan
Autonomous Republic, painter Shamil Gaziyev and national motives given in his works. At the
same time detailed information about his life in Nakhchivan and flourishing years of his creativity
is given.
PEЗЮME
Maхир Халилов
НАЦИОНАЛЬНЫЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ ШАМИЛЯ ГАЗИЕВА
В статье говорится о творчестве заслуженного деятеля искусства, художника Шамиля
Газиева, на картинах которого особое место занимают национальные мотивы. В ней также
представлены подробные сведения о годах жизни в Нахчыване, на которые приходится
расцвет его творчества.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).