- 128 -
“Bayıl daşları” içərisində heyvan təsvirli qabartmalar xüsusilə maraqlıdır. Belə
qabartmalara, ilk növbədə, at başı təsvirini aid edə bilərik. Çox həyati və ekspressiv səpkidə
oyulmuş bu daş hissəsi onu yaradan sənətkarın dərin müşahidəsi və qabil sənətkar olmasını göstərir.
Son illərdə alimlərimiz “Bayıl daşları”arasında bu və ya başqa bir atın ayrı-ayrı hissələrini (ayağı,
yüyənli ağzı, üstündə olan qalxanının bir hissəsi və s.) təsvir edən yeni baralyeflər aşkar etmişlər.
Beləliklə, axtarışlar nəticəsində natural həcmdə olan bu pannoları, nəhayət, bərpa etmək mümkün
olmuşdur. Atların hərəkətləri, yüyənlərinin dartılmış vəziyyətdə verilməsi, döş tərəfdəki qalxanın
rəsmi və s.
amillər göstərir ki, onların üstündə süvarilər də varmış.
Bu pannoların həcmcə böyüklüyü və məzmunu onların vaxtilə qalanın ən mərkəzi hissəsində
olduğunu göstərir. Belə yerdə, çox güman ki, qalanın giriş hissəsi olmuşdur.
“Bayıl daşları” arasında bu əsrlərdə, başqa sənət növlərində olduğu kimi, real məxluq
təsvirləri ilə yanaşı, əfsanəvi-mifik obrazlara təsadüf edirik. Bunlara sfinks (aslan-bədənli,
qadınbaşlı, qanadlı məxluq), qrifon (qartalbaşlı, aslangövdəli məxluq) və Vaq-vaq adlı təsvirlər
(gövdəsi bitki, budaqlarından canlıların baş hissəsi asılmış təsvir) aid etmək olar. “Bayıl daşları”nda
təsadüf edilən əfsanəvi mifikobrazlar içərisində ən orjinalı sfinksdir. Sfinks ərəb əlifbası ilə
yazılmış daş lövhənin üstündə yerləşdirilmişdir. O elə bil ki, yazılar üzərində ehtirasla sağa tərəf
addımlayır. Fiqurun bədəni yanakı işlənmiş, başı isə qeyri-adi halda tamaşaçıya tərəf
döndərilmişdir. Sifinksin üzü
çox sadə icra olunub, saçları hörülməmiş qadın üzünə bənzəyir.
Memarlıq abidələri üzərində canlıların rəsmini həkk etməyə bu əsrlərdə təkcə Bakıda yox,
Azərbaycanın başqa yerlərində tikilmiş abidələrdə də rast gəlinir.
Bütün bunlar qabartma şəklində deyil, xeyli səthi, daha çox cızma üsulunda icra edilirdi.
Belə bəzəkli abidələrə Ağdam rayonunun Xaçun türbətli kəndində və Laçın rayonunun Cicimli
kəndi yaxınlığındakı Məlikəjdər türbələrinin rəsmlərini aid etmək olar.
Daş üzərini oyma üsulu ilə bəzəmə xüsusiyyətlərindən biri də onların üzərinin naxış və
rəsimlə deyil, bədii yazı ilə də həkk etdirilməsidir. Bu yazılar, əsas etibarı ilə əvvəllər ideoloji,
sonralar isə get-gedə daha çox dekorativ rolunu oynayaraq hər hansı bir səthin üzərindəki
kompozisiyanı naxışla əlaqələndirir.
Daş üzərindəki təsvirli oymaların sıradan çıxmasına təkcə bədii üslubun dəyişməsi yox,
memarlıq abidələrimizdə bu əsrdən başlayaraq kaşıların da geniş istifadə edilməsi təsir göstərir.
Ümumiyyətlə, Azərbaycanın dekorativ tətbiqi sənət nümunələrindən olan daş üzərində oyma
sənəti öz estetik gözəlliyi, əzəməti ilə yanaşı, qədim dövrdən başlayaraq bəhs etdiyimiz dövrədək
xalqımızın tarixini, mədəniyyətini, inanclarını, onların əsas məşğuliyyətini, adət-ənənələrini
özündə əks etdirir.
ƏDƏBİYYAT
1. Əfəndiyev R. Azərbaycanın madii-mədəni nümunələri. Bakı, Azərnəşr, 1960, 22s
2. Əliyev V. Gəmiqaya abidələri Naxçıvanın qədim tarixi mənbələridir.
AMEA Naxçıvan
bölməsi, Xəbərlər, Naxçıvan, 2005, №1, səh-63-81
3. Kərimov K. C., Əfəndiyev R.C., və başqaları Azərbaycan incəsənəti. Bakı, İşıq, 1992, 406 s
4. Rasim Əfəndi. Daşlar danışır. Bakı, 1980
5. Rasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı, Şərq-Qərb, 2007, 272s
6. Rzayev Nəsir. Əsrlərin səsi.Bakı, Azərnəşr, 1974, 79 s
7. Rzayev N. İ.Möcüzəli qərinələr. Bakı, 1984, 120 s.
ABSTRACT
Габиба Аллахвердиева
Gulbani Aliyeva
CARVEING ON THE STONE ART IN VII-XIII
CENTURCES IN AZERBAIJAN
Made in different shapes and decorated monuments are enconntering in Azerbaijan in the
frist middle centuries. Stone human figures were found in Gazakh, Aghdam, Barda, Shamakhi,
Astara towns, stone with decorate in Mingachevir in the V-VI centuries, monuments with
- 129 -
composition are part of the valnable examples of Azerbayjian middle centuries decorative
application of art.
Belonging to the XIII century “Bail stones” exhibited at the palace of Shirvan Shahs, which
is very interesting.
Carveing on the stone art part of the examples of Azerbaycans decorative art, of XII-XIII
century that are found in the monuments of architecture (In Nakhichevan Gulistan tomb, Momina
khatun tomb)
Generally, carveing on the stone art part of the examples of Azerbaycans decorative art,
reflects the history, culture, belief, works and traditions of our people with beanty and ancientness.
PEЗЮME
Габиба Аллахвердиева
Гулбани Алиева
В АЗЕРБАЙДЖАНE ИСКУССТВО РЕЗЬБЫ
НА КАМНЕ В VII-XIII ВЕКАХ
В ранние средневековья в Азербайджане были найдены разработанные и украшенные
в различные формы каменные памятники. Найденные каменные человеческие фигуры в
Газахе, Агдаме, Барде, Шамахе, Астаре, принадлежащие V-VI векам в Мингачевире,
украшенные каменные памятники доказывает ценные образцы декоративно-прикладного
искусство в Азербайджане в период средневековья.
Во дворце Ширваншахов представленные, oтносится к XIII веку “Баиловские камни”
очень интересно.
Декоративно-прикладное искусство
(искусство резьбы на камне) в Азербайджане
впоследствии, то есть XII-XIII века архитектурных памятниках (В Нахчыване Мавзолей
гюлистан, Мавзолей Момине-Хатун)
В целом, декоративно-прикладное искусство в Азербайджане отражает красоту и
древность истории нашего народа, его культуру, его людей, его род, занятий и традиций.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).