- 130 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
BƏSİRƏT ZEYNALOV
Naxçıvan Dövlət Universiteti
UOT:39
XX-ƏSRİN BİRİNCİ YARISINDA TAXILÇILIQ TƏSƏRRÜFATINDA BİÇİM,
DÖYÜM VƏ TAXILIN SAXLANMASI QAYDALARI
Açar sözlər: Əkinçilik mədəniyyəti, taxılçılıq, biçim, döyüm, təsərrüfat, səpin
Key Words: agricultural culture, grain farming, harvesting, milling, farmig sprouting
Ключевые слова: землеведческая культура, зерноводство, скашивание, обмола-
чивание, хоэяйство, посев
Naxçıvanın istər Babək rayonunda, istərsə Şahbuz rayonunda, istərsə də digər rayonlarda
təsərrüfat məişətində taxıl biçimi və döyümü zəngin etnoqrafik xüsusiyyətlərə malik olmuşdur.
Bu baxımdan XX əsrin əvvəlləri taxıl biçimində istifadə edeilən əmək alətləri, eləcədə biçim
üsulları daha çox diqqəti cəlb edir. Taxıl biçimində istifadə edilən əmək alətləri haqqında
danışarkən demək olar ki əsasən əl əməyinə əsaslanmaqla primitive xarakter daşıyırdı.
Babək və Şahbuz rayonlarında taxıl biçimində istifadə edeilən əmək alətləri haqqında
infarmator Babək rayonunun Sirab kənd sakini 1948-ci il təvəllüdlü Babayeva Səadət, Şahbuz
rayonunun Külüs kənd sakini 83 yaşlı Qızxanım arvadın dediklərinə görə, əsasən oraq, mərəndi,
taxta əlcək, dəryaz və başqalarından ibarət idi.
Arxeoloji və etnoqrafik tədqiqatlardan aydın olur ki, Naxçıvanda taxıl biçimində istifadə
edilən əmək alətləri, eləcədə biçim üsulları eradan əvvəl VI-I minilliklərdə Naxçıvan ərazisində
istifadə etdikləri əmək alətlərindən o qədərdə fərqləri yoxdur. Qeyd etmək olar ki, eradan əvvəl
birinci minilliyə qədər Azərbaycanda eləcədə, Naxçıvanda başlıca olaraq biçin aləti kimi istifadə
edilən quraşdırma oraqlar olmuşdur.
XX əsrin əvvəllərində isə Naxçıvan biçinçiləri qismən oraqla o cümlədən xüsusən dağlıq
rayon
olan Şahbuz rayonu ərazisində, düzən ərazidə isə əsasən Babək
rayonu ərazisində mərəndidən
biçməyə üstünlük
verilirdi
Azərbaycanın etnoqrafik bölgələri arasında, ancaq Naxçıvan bölgəsi üçün xarakterik olan
mərəndi biçin alətinin sapı ağacdan düzəldilən və uzunluğu dəyirmi olmaqla yetmiş səksən
santimetrə bəzən isə bir metrə qədər çatan itiləşdirilmiş tiyədən ibarətdir. Oraqdan fərqli olaraq
mərəndinin tiyəsi uzun olduğuna görə əkin sahəsinin taxılını tez biçmək mümkün olduğundan
Babək rayonunda ondan daha çox istifadə olunurdu.
Mərəndi ilə taxıl biçərkən biçinçi sol əlinə taxta əlcək geyinirdi. Bu əlcək vasitəsi ilə taxılı
dəstələyib biçmək üçün sərfəli olurdu və həm də əlin kəsilməsindən qoruyurdu.
İnfarmator Babək rayonunun Sirab kənd sakini 85 yaşlı Sona Qasımovanın məlumatına görə
Naxçıvanda taxılın biçilmə vaxtı gələndə yaşlı və biçini yaxşı bilən bir adamdan məsləhət alınırdı,
sonra isə biçin günü müəyyənləşdirilirdi. Adətən biçinə həftənin uğurlu günü hesab olunan cümə
axşamı başlanılırdı.
Biçim başlanmazdan əvvəl dərz bağlamaq üçün cavan oğlanlardan ibarət bəndamcı təyin
olunurdu. Onlar isə bəndam əvvəlcədən yaş yəni hələ tam yetişməmiş buğda və ya arpa küləsindən
hazırlayırdı, əgər yaş deyildisə su ilə isladıb eşirdilər.
Bəndami eşdikdən sonra biçinçilərin biçdikləri taxıl dəstələrini ( bu dəstələr bəzən də bafa
da adlanırdı) bəndəmin arasına qoyub bağlayırdılar. Adətən 10 bafadan bir bağ bağlanırdı sonra isə
hər 10 bağdan bir “pencə” düzəldilirdi. Həmin pencələrdən xüsusi qayda ilə xırmana daşınıncaya
qədər sahədə tayalar düzəldirdilər. Tayalar elə qoyulurduki taxılın sünbülləri içəridə qalırdı ki, yağış
xarab eləməsin və çöl quşları, eləcə də külək ziyan vurmasın deyə əkinçilər bir qayda olaraq əkin
- 131 -
sahələrini özləri biçirdilər, muzdla tutulmuş biçinçiyə isə əmək haqqı danışıq əsasında pencələrin
sayına görə müəyyən edilirdi.
Məhsuldarlıqdan asılı olaraq bağlanmış hər 20-25 bağdan ikisi, bəzən isə üçü natura
şəklində zəhmət haqqı verilirdi. Pencə taylarını xırmana daşınmasında dağlıq ərazidən, xüsusən
Şahbuz rayonunda at və ulağa bir və ya iki pencə yükləyib gətirilirdi, düzənlik ərazidən isə (istər
Babək, istərsə də Şahbuz rayonlarında) ustalar tərəfindən düzəldilmiş dörd təkərli araba vasitəsi ilə
daşınırdı.
Arabalara at, ulaq və ya iki öküz dartı qüvvəsi kimi qoşulurdu. Hər arabaya100-dən çox
“dərz” yəni bağ yüklənirdi. Dərzlər əsasən şana ilə qaldırılıb arabaya yüklənirdi. Bağlar arabaya
yükləndikdən sonra bağlar arabadan yerə tökülməsin deyə kəndirlə sarıyıb bərkidilirdi. Xırmana
göyüm üçün gətirilmiş dərzlər, yəni taxıl bağları burada dairəvi qaydada taylara vurulurdu və
tədricən döyülürdü. Taxıl əkinçiliyində başlıca əmək proseslərindən biri də taxıl döyümü hesab
olunur. Çünki taxılı biçdikdən sonra “dən” əldə etmək üçün bu üsul əsas şərtdir.
İnsanlar tərəfindən taxılı biçdikdən sonra taxılı döyüb dən əldə etməyin müxtəlif üsulları da
mövcud olmuşdur. Belə üsullardan biri hələ qədim zamanlardan əllə ovmaqla, qılçıqdan
çıxarılması, palaz üzərinə sərib ağac tokkacla (dəyənəklə) döyülməsi kimi primitiv döyüm üsul ilə
həyata keçirilirdi. Bu döyüm üsulundan sonralar da ailənin həm fərdi tələbatının ödənilməsində,
həm də gələcəkdə səpin üçün toxum əldə etmək üçün tətbiq olunurdu. Naxçıvanda XX əsrin birinci
yarısında ən çox yayılmış döyüm üsulu xırman döyüm üsulu olmuşdur.
İnfarmator Babək rayonunun Nehrəm kənd sakini 1932-ci il təvəllüdlü Həsənov Xaliqin
verdiyi məlumatdan aydın olur ki, Naxçıvan bölgəsində döyüm üçün əkinçilər xırman yerinin
seçilməsinə böyük əhəmiyyət verirdilər. Çünki xırman yeri əsasən külək tutan və sel tutmayan yer
əlverişli ərazi hesab edilirdi. Bundan əlavə xırman yerinin çevrəsi ən azı 80-120 metr arası olması
tələb
olunur ki, iş prosesi üçün əlverişli olsun.
Xırman yeri düzəldilərkən həmin sahə təmizlənir, sulanır və üzərinə narın saman səpib
döyəşlənib bərkidilir ki, taxıl torpağa qarışmasın. Bundan sonra, bəndamlar açılıb, sünbüllü küləş
xırmanda dairəvi şəkildə sərilirdi. Etnoqrafik araşdırmalardan aydın olur ki, bu üsula el arasında
“heşan salma” da deyilir.
Adətən bu üsul el ağsaqqalı və heşançı tərəfindən həyata keçirilirdi.
Döyüm əsasən taxtadan düzəldilmiş gəm (buna Naxçıvan bölgəsində həm də “vəl” də deyilir),
sonra döyüm üsulunu həm də “carcar” vasitəsilə (bunu rus carcarı da adlandırırdılar) həyata keçirilirdi.
Bu üsulla dən küləşdən ayrılır. Döyüm zamanı istər “vəl”, istərsə də “carcarı” hərəkətə gətirmək üçün
ya atdan, ya da ki, qoşqu aləti kimi iki öküzdən istifadə olunurdu. Öküzlər “carcar” və “vəl”ə
boyunduruq vasitəsi ilə qoşulurdu. “Carcar” və “vəl”i idarə edən adam əsasən orta yaşlı olurdu, onu
(hodak) xödək adlandırırdılar. “”Carcar döyüm aləti Zaqafqaziyada yalnız Naxçıvan bölgəsində geniş
yayılan alət olmuşdur. Bu döyüm aləti nisbətən mürəkkəb quruluşa malik olub, iki paralel çərçivə
taxtasından, iki ədəd mayallaq adlanan oxdan (topdan) və kürsü adlanan oturacaqdan ibarət olaraq
hazırlanırdı. Döyüm prosesi iki ədəd “dal və qabaq” yerləşdirilmiş mayallaq vasitəsi ilə aparılırdı.
Mayallaq oduncağı möhkəm ağacdan, əsasən Naxçıvan şəraitində öz möhkəmliyi ilə seçilən qarağac
ağacından usta dülgərlər tərəfindən düzəldilirdi. Mayallaq oduncağı girdə şəkildə yonulur, uclarındakı
çıxıntılar vasitəsi ilə çərçivə taxtalarında açılmış yuvalara (deşiklərə) geydirilirdi. Carcar
mayallaqlarının üstünə adda-budda pazşəkilli dəmir lövhələr çalınırdı. Öküz və ya at-ulax qoşulmuş
carcarın üstündə qurulan kürsüdə oturan (hodaq) öküzləri sürür və taxılı döyürdü.
Etnoqrafik araşdırmalardan aydın olur ki, bu döyüm üsulu Naxçıvan bölgəsinin bütün
rayonlarında, o cümlədən Babək və Şahbuz rayonlarında XX əsrin 50-ci illərinin ortalarına qədər
mövcud olmuşdur.
Carcar heşan salınmış küləşi doğrayıb kozar edirdi, amma dəni küləşdən tam ayıra
bilmədiyindən heşançı carcarın arxasınca gəm (vəl) salırdı. Vəl isə dəni sünbüllü kozardan ayıra bilirdi.
Döyüm aləti vəl isə yuxarıda qeyd olunduğu kimi (Naxçıvanda bu döyüm alətinə əsasən
gəm deyilirdi) bir və ya iki qoşa enli, qalın taxtadan düzəldilən və çivlər vasitəsi ilə bir-birinə
birləşdirilən döyüm aləti idi. Taxtaların altına isə xırdavari dəmir və ya daş pərçim olunurdu ki,
küləşi əzə bilsin. Çəmdən sonra isə əzilmiş və saman halına salınmış heşandan taxılı ayırmaq