- 34 -
Ədəbiyyat məlumatlarından məlumdur ki, emosional gərginliyin təsiri altında ilk növbədə
intellektual proseslərin normal gedişində dəyişiklik yaranır (8, 9).Yaranmış stres şəraitlərində insanın
normal fəaliyyəti məhz adaptasiya proses-lərinin gedişindən asılıdır. Eksperimentlər zamanı psixoloji
testləşdirmə üsulları ilə yanaşı, imtahan dövründə gənclərin davranışı müşahidə olunub. Praktik sağlam
məktəblilərin əksəriyyətində gözlə müşahidə oluna biləcək dərəcədə həyəcan hissi müşahidə olunmuş-
dur. Belə ki, imtahan prosesi zamanı psixoloji parametrlərin dəyişilməsi, vegetativ göstəricilərin dəyişi-
lməsi bir daha bu dövrdə orqanizmin tənzimləmə sistemlərinin gərginliyini sübut edir. Məlumdur ki,
orqanizmin xarici mühitlə sıx əlaqəsi homeostazın özünü tənzimləmə sistemləri ilə həyata keçir, bu za-
man müxtəlif funksional proseslərə nəzarət etmək və həmin prosesləri birləş-dirmək qabiliyyəti üzə
çıxır. Ətraf mühitin dəyişməsi homeostazın gərginliyinə səbəb olur. Hansı ki, ən yaxşı halda bütün para-
metrlərə və ya şəraitə müvafiq yeni funksional vəziyyət yaranır. Nəticədə, yaranmış emosional gərginlik
aradan götürülür. Beləliklə, stres prosesinə emosional gərgin vəziyyətlərdə homeostazın kompensasiya-
sına yönəldilən normal fizioloji adaptasiya reaksiyası kimi baxmaq olar (3). Şəxsi tədqiqat işlərinin nəti-
cələrindən məlum oldu ki, imtahan dövründə emosional gərginliyin təsiri altında psixofizioloji reaksiya-
lar yaranır. Bu zaman emosional oyanıqlığın dərəcəsi və davamiyyəti obyektiv təsir edən faktorun qav-
ranılma dərəcəsindən və şəxsiyyətin psixofizioloji xüsusiyyətlərindən asılıdır. Ədəbiyyatdan məlumdur
ki, stres bütün orqanizmə təsir edir və bu zaman canlıların reaksiyası da müxtəlifşəkilli olur (8). Stres
zamanı ən çox müşahidə edilən cavab - qorxu, həyəcan və s.-dir (6). Şəxsi təcrübələrimizin nəticələrin-
də sağlam yeniyetmələrdə adi dərs günündə psixoloji testləşdimə zamanı orta həyəcan səviyyəsinin
olması müəyyən edildiyi halda, imtahan prosesindən əvvəl həyəcanın yüksək səviyyəsi müşahidə edilib.
İmtahandan sonra isə həyəcanın orta səviyyəyə enməsi aydınlaşdırılıb. Alınmış faktlar bir daha
sübut edir ki, həyəcan səviyyəsinin dəyişməsi yaranmış vəziyyətin emosional qiymətləndirilməsindən
asılıdır. Həyəcan səviyyəsinin artması özünü davranışın dəyişilməsi, narahatlıq hissi və aydın təzahür
edən nevrotik hallarla əks etdirmişdir. Qeyd edildiyi kimi, stres özündə ətraf mühit faktorlarına qarşı
orqanizmin müdafiə sistemlərinin kompleks inteqrasiyasını əks etdirir. Ətraf mühit faktorlarına qarşı
orqanizm adaptasiyanın fizioloji və psixoloji mexanizmləri vasitəsilə reaksiya verir (7). Yəni, stres
zamanı orqanizm həm qeyri-psixi cavabla, həm də şəxsi psixi reaksiyalarla – mənfi emosiyalarla (hansı
ki, cavab çox vaxt məhdudlaşa bilir) reaksiya verir və müvafiq davranış aktı reallaşır. İmtahandan əvvəl
həyəcan səviyyəsinin artması məhz orqanizmi düşdüyü gərgin vəziyyətdən çıxarmağa xidmət edir.
Amma maraqlı fakt kimi qeyd etmək lazımdır ki, yeniyetmələrdə bütün eksperimentlər zamanı depres-
siv hal müşahidə edilməmişdir. Alınmış nəticə MSS-nin psixi funksiyalarının şəraitə adaptasiya olaraq
vəziyyətdən çıxa bilməsini sübut etmişdir. Adaptasiya proseslərinin, MSS-nin funksiyalarının tam
formalaşmaması nəticəsində psixi göstəricilərin gərginləşməsi və həyəcan göstəricilərinin yüksəlməsi
müşahidə edilir. (8). İmtahan zamanı bütün yaş qruplarında qeyd edilən göstəricinin adi dərs günü ilə
müqayisədə təxminən 18% enməsi müşahidə edilmişdir.
Bunu emosional gərginliyin təsiri nəticəsində MSS-də ləngimə proseslərinin sürətlənməsi və
orqanizmin müdafiə reaksiyaların inkişafı ilə əlaqələndirmək olar (2). İmtahandan sonra isə stres təsir
edən faktorların tam aradan götürüldüyünü dərk edən yuxarı son kurslarda göstəricinin giriş səviyyəsinə
yüksəlməsi müşahidə edildiyi halda, 17 yaşlılarda adi dərs günündən 17% aşağı olması qeyd olunub.
İmtahandan sonra bu proseslərin ləngiməsi stres yaradan faktorlardan birinin aradan götürülməsi kimi
rol oynaya bilər ki, bu da orqanizmin adaptik imkanları hesabına daimi vəziyyətinə qayıtmasına imkan
verə bilər. Aşağı kurslarda adaptasiya proseslərinin tam formalaşmaması səbəbindən tədqiq edilən
göstəricinin adi dərs günündə olduğu səviyyəyə qayıtması prosesinin ləngiməsi qeyd olunub. Belə ki,
adi dərs günündə qeyd edilən göstərici 3, 45±0, 72 bal olmuşdur, yəni normal səviyyədən 48, 8% aşağı.
Tələbələrdə imtahan zamanı yüksək nəaliyyət əldə etmək qarşıya məqsəd qoyulduğu üçün
onlarda emosional gərginliyin səviyyəsi də yüksək olmuşdur. Bir sıra tədqiqatçılar təhlükənin
təbiətindən asılı olaraq, nəinki həyəcan və narahatçılıq təhlükənin risk kimi qavranılması və onun
qiymətləndirilməsi prosesinin baş verdiyini qeyd etmişdir. Tədqiqatçıların fikrilə razılaşsaq,
insanda
stres faktora qarşı bir-birindən asılı olmayan iki reaksiya ayırd edilir: emosional (həyəcan və s.) və
intellektual (riskin qiymətləndirilməsi, mövcüd təhlükənin koqnitiv səviyyədə təhlili) (9).
Məlumdur ki, stres faktor təsiri altında həm fizioloji, həm də psixoloji proseslər eyni vaxtda
aktivləşir və birgə kombinə olmuş işləyir.
- 35 -
Alınmış nəticələrdə şəxsiyyətin fərdi inkişaf səviyyəsindən asılı olaraq emosional
gərginliyin gənclərin psixofizioloji proseslərinə təsirinin xüsusiyyətləri təqdim olunmuşdur.
ƏDƏBİYYAT
1. Белопольская Н.Л. Психологическая диагностика личности детей с задержкой
психического развития. М.:
Изд-во УРАО, 1999, 148 c.
2. Бодров В.А. Психологический стресс: развитие учения и современное состояние
проблемы. - М.:
Ин-т психологии РАН, 1995. - 128 с.
3. Дмитриева Е.С., Гельман В.Я., Зайцева К.А., Орлов А.М., Ланько С.В. Связь возрастных
изменений психофизиологических механизмов восприятия эмоциональной интонации
речи с адаптацией к среде обучения. Тезисы 13-го Международного совещания по
эволюционной физиологии. СПб.: ИЭФБ им. И.М.Сеченова, 2006.с.74
4. Переслени Л.И., Рожкова Л.А.Нейрофизиологические механизмы нарушений прогнос-
тической деятельности у детей с трудностями в обучении //Дефектология, 1996, №5, с.15
5. Петров В.П.Психология умственно отсталых школьников / Красноярск, 1995. - 106 с.
6. Щербатых Ю.В. Экзамен и здоровье // Высшее образование в России. 2000, №3, С.53-56
7. Canon A.V. Reaktion to “anxiety and motor behavior”. “Journal of Motor Behavior”, 1981.2.p 181-188.
8. Cohen S, Kamarck T, Mermelstein R. A global measure of perceived stress. J. Health. Soc.
Behav. 1983; 24: 385–396
9. Lazarius R.S. Progress on a cognitive motivational- relational theory of emotion // American
Psychology, 1991, Vol.46.P.819-837
10. Molen Van Der G. M., Нoit Van Den M. A. Cognitive determinants of lactate induced anxiety
// J. of behavioral research and therapy.1986, 24, 6, 677-680
11. Vedhara K, Nott K. The assessment of the emotional and immunological consequences of
examination stress. J. Behav. Med. 1996; 19: 467–478
12. Wolf TM, Heller SS, Camp CJ, et al. The process of coping with a gross anatomy examination
during the first year of medical school. Br. J. Med. Psychol. 1995; 68: 85–87.
ABSTRACT
Tukezban Rustamova
STUDYING THE PSYCHOLOGICAL INDICATORS OF STUDENTS
UNDER THE INFLUENCE OF EXAMINING STRESS
In order to increase self-confidence among adolescents in the pre-examination period, creating
conditions similar to the exam can be adapted to the process of this exam. During this period, you need
to conduct psychological conversations in order to reduce the level of emotional stress.
РЕЗЮМЕ
Тукезбан Рустамова
ИССЛЕДОВАНИЕ ПСИХОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ СТУДЕНТОВ
ПОД ВЛИЯНИЕМ ЭКЗАМЕННОЦЕННОГО СТРЕССА
С целью повышения самоуверенности у подростков в пред-экзаменационный период,
создавая условия похожие на экзамен возможно адаптировать к процессу настоящего
экзамена. В этот период нужно проводить психологические беседы, чтобы уменьшить
уровень эмоциональной нагрузки.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).
Məqaləni çapa təqdim etdi: Pedaqogika
üzrə fəlsəfə doktoru, professor E.Maqsudov