Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə31/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

 
110 
səbəb  oldu.  Belə  sistem  çox  cəlbedicidir:  bu  amonyakın 
yumşaq şəraitdə birbaşa sintezinə açılan yoldur.  
     Bu  vaxta  qədər  azotla  yalnız  qeyri-üzvi  maddələri  – 
nitridləri,  amonyakı  birləşdirmək  nəsib  oldu.  Sərbəst 
molekulyar  azotdan  üzvi  maddələrin  birbaşa  alınması  çox 
maraqlıdır. Azotun elementüzvi birləşmələrlə - fenillitiumla 
və  titan  birləşmələrinin  iştirakı  ilə  reaksiyası  nəticəsində 
gözə  çarpan  dərəcədə  anilin  və  az  miqdar  aminodifenollar 
alındı. Deməli, üzvi maddələrin molekulyar azotdan birbaşa 
sintezi də mümkün imiş. 
     Sonralar  isə  çoxsaylı  tədqiqatlar  nəticəsində  müəyyən 
olundu  ki,  rutenium  Ru  elementinin  bir  sıra  kompleks 
birləşmələri havanın azotu ilə kimyəvi reasiyaya girərək onu 
bir  sıra  bakteriyaların  həyata  keçirdikləri  funksiyanı  – 
azotun  fiksasiyasını  yerinə  yetirir  {101}.  1962-ci  ildə  əldə 
olunan  belə  birləşmələrdən  birinin  molekulyar  quruluşunu 
təqdim  edək:
[(NO)(NH
3
)
4
RuN
2
,Ru(NH
3
)
4
(NO)]Cl
6

1965-ci ildə kanadalı alim Albert Allen bu tipdən olan daha 
sadə 
formula 
malik 
kompleks 
birləşmə 
aldı: 
[Ru(NH
3
)
5
N
2
]Cl
2
.  
 
 
 
 
 
 


 
111 
 
 
Fəsil 5
 
Su 
     Canlı orqanizmin həyat və fəaliyyəti üçün havadan sonra 
lazım olan əsas qida maddələrindən ən vacibi sudur. Susuz 
həyat  yoxdur.  Lakin  indi  görək  bu  su  dediyimiz  kimyəvi 
birləşmənin  özü  nədən  ibarətdir  və  onun  fiziki  və  kimyəvi 
xassələri ilə yaxından tanış olaq. 
     Su  –  Yer  planetində  unikal  və  ən  qəribə  kimyəvi 
maddədir {105,106}. O, kütlə etibarı ilə Yer qabığının 70%-
ni,  insan  oranizminin  də  ümumi  kütləsinin  70%-ni  təşkil 
edir; embrion 95% sudan ibarətdir, yeni doğulmuş körpənin 
bədənində  75%,  yaşlı  adamın  isə  -  60%  su  vardır,  yalnız 
qocalıq  dövrlərində  onun  miqdarı  aşağı  düşür.    Zahiri 
görünüşcə, su çox sadə görünür, buna görə də uzun müddət 
onu bölünməz element kimi qələmə vermişlər və onun sirli 
təbiəti  hələ  də  axıra  kimi  tam  aydınlaşdırılmamışdır.Yalnız 
1766-cı ildə ingilis alimi Q.Kavendiş və sonra 1783-cü ildə 
fransız  alimi  A.Lavuazye  göstərdilər  ki,  su  bəsit  element 
olmayıb  hidrogen  və  oksigenin  müəyyən  nisbətində 
birləşməsidir. Bu kəşfdən sonra H ilə işarə edilmiş kimyəvi 
element  “hidrogen”  (yunanca  hydrogenes),  yəni  “su 
doğuran” adlandırıldı. Sonrakı tədqiqatlar göstərdi ki, bəsit 
Н
2
О  kimyəvi  formulu  arxasında  unikal  quruluşu  və  unikal 
da fiziki-kimyəvi xassələri olan qəribə bir maddə durur. 


 
112 
 İki  yüz  ildən  artıq  bir  müddətdə  suyun  sirrlərini  açmağa 
çalışan 
tədqiqatçılar 
tez-tez 
çıxılmaz 
vəziyyətlərə 
düşürdülər. Alimlərə suyun digər maye şəklində olan əksər 
kimyəvi  birləmələrdən  fərqli  66  cür  izahı  qeyri-mümkün 
olan xassələri məlumdur. Hətta indiki zamanda belə alimlər 
anlayırlar  ki,  su  tədqiqat  işləri  üçün  çətin  obyekt  olaraq 
gündəlikdə yenə də qalır, onun xassələri indiyədək sonadək 
proqnozlaşdırılmamışdır.  Qəribə  magiyaya  (ovsun,  sehr
malik  olan  su!  Nə  üçün  maye  su  qeyri-adi  xassələrə 
malikdir? Ənənəvi cavab belə ola bilər: hidrogen və oksigen 
atomlarının  xüsusiyyətlərindən,  onların  molekulda  struktur 
yerləşmələrindən, 
elektronların 
molekulda 
özlərini 
aparmasından və s. Yaxşı, hamının adət etdiyi və yaxından 
bəlli  olduğu  maye  suyun  qəribə,  qeyri-adi  xassələri  nədən 
ibarətdir?  Hər  şeydən  qabaq,  suyun  bütün  xüsusiyyətləri 
anomal xarakter daşıyır və onlardan çoxusu digər maddələri 
idarə  edən  fizikanın  qanunlarına  tabe  olmurlar.  Onlardan  – 
Yerdə  canlı  orqanizmin  mövcudluğunu  şərtləndirən  bir 
neçəsi ilə yaxından tanış olaq.   
Su –  duman (bulud) şəklində 
Elementlərin dövri sistemi cədvəlinə nəzər salsaq görərik ki, 
oksigenin  ətrafında  yerləşən,  ondan  əvvəl  və  sonra  gələn 
əsas  yarımqrup  elementləri  (flordan  başqa)  –  karbon, 
silisium,  azot,  fosfor,  xlor,  brom,  yod,  kükürd,  selen  və 
tellurun  hidrogenlə  birləşmələri  qazdırlar.  Əlbəttə,  bunun 
səbəbi  elmə  çoxdan  məlumdur.  Bu,  sayılan  elementlər 
içərisində  ən  çox  elektromənfiliyə  (elektronu  özünə  cəzb 
etməsi)  malik  flor  və  oksigendir.  Bu  səbəbdən  də  bunların 
hidrogenli  birləşmələrinin  (H
2
O  və  HF)  molekulları  qonşu 
eyniadlı molekullarla zəif hidrogen əlaqəsinə girərək dimer, 
trimer, tetramer, pentamer və s. kimi assosiatlar əmələ gətirə 
bilirlər.  Müəyyən  olunmuşdur  ki,  su  qaz  (buxar)  şəklində 


 
113 
monomerdir. Maye şəklinə keçdikdə isə üç su molekulu və 
ya  monomer  hidrogen  rabitələrinin  hesabına  birləşərək 
trimer  əmələ  gətirir.  Buz  halına  keçid  zamanı  isə  trimerlər 
öz  aralarında  yenidən  hidrogen  əlaqəsinə  girərək  sanki 
“polimerləşirlər”  və  karkasa  oxşar,  incə  quruluşa  malik 
klasterlər  əmələ  gətirirlər.  Lakin  maraqlısı  budur  ki,  elmi 
yazılarda  suyun  dimer  şəkilli  konfiqurasiyasından  söhbət 
edilmir.  Əgər  məsələyə  məntiqlə  yanaşılsa,  digər  qazlar 
kimi  (məs.,  metan,  amonyak,  hidrogen  sulfid  və  s.)  su 
molekulu  da  qaz  şəklində  vizual  olaraq  gözlə 
görünməməlidir. Həqiqətən də suyun çay, dəniz və okeanlar
torpaq  üzərindən  buxarlanaraq  fəzaya  uçması  gözlə 
müşahidə olunmur. Burada onu da qeyd etmək lazımdır ki, 
havaya  qalxa  bilən  qazların  molekul  çəkiləri  havanın  orta 
molekul çəkisindən (29 a.ç.v.) az olmalıdır. Monomer şəkilli 
suyun  molekul  çəkisi  18-ə  bərabər  olduğundan  asanlıqla 
səmaya qalxa bilir. Təbiətdə su dövranı dayanmadan özünü 
biruzə  verir.  Mənim  fikrimcə,  gözə  görünməyən,  havaya 
qalxan  su  molekulu  (monomer)  Yerdən  aralandıqca 
atmosferin  yuxarı  soyuq  qatlarında  (təxminən  1-10  km 
yüksəkliklərdə)  dimerləşir,  qaz  və  mayə  arasında  yerləşən 
xüsusi  –    qeyri-stasionar  aqreqat  halına  keçərək  duman 
(bulud)  şəklində  gözlə  görünməyə  başlayır.  Əgər  o,  dərhal 
trimerləşərdisə,  artıq  su  damcılarına  çevrilərək  Yerə 
tökülərdi.  Amma  bulud  topaları  uzun  müddət  göydən  asılı 
vəziyyətdə qala bilirlər. Fikrimcə, suyun bu cür aqreqat halı 
–  modifikasiyası  Yer  səthində  ya  alına  bilinmir  və  ya  da 
hələki  bu  istiqamətdə  tədqiqat  işləri  aparılmamışdır.  Çox 
güman  ki,  indiyədək  elmə  qaranlıq  qalan  ildırımın 
əmələgəlməsi prosesi də bununla əlaqədardır. Ola bilsin ki, 
suyun  dimer  şəklində  modifikasiyası  xüsusi  növ  elektrik 
dipolları  əmələ  gətirir  ki,  bu  da  toplum  şəkildə  böyük  bir 
elektrik  sahə  potensialının  (şimşəyin)  meydana  çıxmasına 
imkan yaradır. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə