17
Nəhayət ki, ilk dəfə polyak astronom Nikolay Kopernik
(1473-1543) “Günəşi dayandırıb Yeri hərəkətə gətirdi”. İndi
yəqin ki, Yer üzərində elə bir adam tapılmaz ki, Yerin kürə
şəklində olduğuna, həm öz oxu ətrafında, həm də Günəşin
ətrafına fırlanmasına inanmasın.
2000-ci ildə Roma papası II İohann Pavel kilsənin
tökdüyü günahsız qanlar üçün dünya ictimaiyyətindən üzr
istədi.
Yaxın keçmişdə SSRİ-də “kibernetika”, “genetika” kimi
elmləri rəsmi olaraq qadağan etmişdilər. İrsiyyət qanunları
“noxud qanunları” adlandırılaraq ələ salınırdı (Mendel,
Morqan irsiyyət qanunlarını noxudlar üzərində apardıqları
təcrübələrlə kəşf etmişdilər).
XIX əsrin holland filosofu Benedikt Spinoza deyirdi:
“beyinin fikrə münasibəti qara ciyərin ödə olan münasibəti
kimidir, yəni qara ciyər öd ifraz etdiyi kimi, beyin də fikir
ifraz edir”. Marksist filosoflar Spinozanı tənqid atəşinə
tutaraq, onu idealizmə yuvarlanmaqda, fikrin maddi
olmasını qəbul etməklə materiyanın fikirdən, şüurdan
yaradıla biləcəyinə inanmaqda günahlandırırdılar.
Volf Messinqin, həmyerlimiz Tofiq Dadaşovun və
başqalarının fikri məsafədən “oxumaları”, fikirlə işə salına
bilən robotların yaradılması, fikrin maddi olmasını sübut
etmirmi? Bu ucsuz-bucaqsız, bir yandan da genişlənməkdə
olan kainatda insanların, elə bəzi alimlərin də, öz məhdud
bilikləri ilə, bu gün üçün yeni, izahedilməz faktlarla
qarşılaşdıqda “yox, bu ola bilməz” hökmünü vermələri
olduqca gülünc və yersizdir.
Bunları nəzərə alaraq, kitabın müqəddiməsindəki: “o
alimlər alicənab sayılırlar ki, onların dilində “bu ola bilməz”
anlayışı yoxdur, əksinə, onlar: tədqiq etməyə çalışarıq,
müəyyən nəticəyə gəldikdən sonra sözümüzü deyərik”
ifadəsini işlədirlər”, cümləni kitaba epiqraf kimi verilməsini
müəllifə tövsiyyə edəcəyəm.
18
Kitabı oxuduqca məndə belə bir təəssürat yarandı ki,
kitabın yazılmasının əsas səbəbi insanların heterotrof
qidalanmaları ilə başqa canlılara (heyvanlara və bitkilərə)
qənim kəsilməsidir.
Müəlifin
daxili
saflığının,
mənəvi
təmizliyinin,
insanpərvərlikdən də o yana, bütün canlı varlıqlara
(bitkilərə, heyvanlara) olan rəğbətinin, əsl insani
münasibətinin bəhrəsi olan bu kitab, eyni zamanda
insanların bu günkü yaşayış, davranış tərzinə, onların
“vəhşilər” kimi qidalanmasına müəllifin daxilindən gələn
etirazıdır, üsyanıdır, kinidir, hətta nifrətidir!
İndiqo uşaqların tez-tez doğulmaları, günəşiyeyənlərin
sayının 30 minə çatması, bəlkə doğrudan da yeni irqin, yeni
insan növünün yaranmasının başlanğıcıdır və yaxın
gələcəkdə bütün insanlar Günəş enerjisi ilə, kosmik enerji
ilə qidalanacaqlar. Belə olarsa, onda Yer üzü, Adəmlə
Həvvanın ilk dəfə göndərildikləri behiştə çevrilərdi. Hər
mənada...
Kimya elmləri namizədi: Abdullayev Dəmir
19
O alimlər alicənab sayılırlar ki, onların dilində “bu ola bilməz”
anlayışı yoxdur, əksinə, onlar: “tədqiq etməyə çalışarıq, müəyyən
nəticəyə gəldikdən sonra sözümüzü deyərik” ifadəsini işlədirlər
Müəllif
Müqəddimə
Bilavasitə daxilində yaşadığımız ətraf təbii mühitin
problemləri nəinki alimlərin, həmçinin planetimizdə
məskunlaşmış bütün bəşəriyyətin böyük həyəcanına və
qayğısına səbəb olmuşdur. Axı yaxın onilliklərdə nəinki
müasir formalaşmış sosial struktura və həm də biosferaya
qarşısıalınmaz dərəcədə fəlakət gətirə bilən, bütün
bəşəriyyəti Yer üzündən silə bilən ekokatastrof baş verə
bilər. Artıq planetin bir sıra regionlarında ekoloji böhran
katastrof halına keçmişdir. İndi çoxlarına məlumdur ki,
insanlığın ənənəvi inkişaf yolu – biosferaya antropogen
təsir üsulu son iki yüzillikdə onu yaşadan canlı təbiətin –
həmin biosferanın məhvinə gətirib çıxarır. Lakin bu yolu
necə dəyişməli, hansı istiqamətə getməli – bu vaxta kimi
hələ məlum deyildir. Biz artıq kəskin şəkildə belə ekoloji
qarmaqarışıqlığı duyur və anlayırıq, amma hələki ətraf
mühitin ekoloji problemlərini necə həll edək – bilmirik.
Əlbəttə, söhbət açıq-aşkar təsərrüfatsızlıqdan və təbiətə
qarşı səhvlərimizdən gedəndə, o saat qəti şəkildə belə
mülahizələr irəli sürürük ki, bir zavodun işləməsini
dayandıraq, o birini tikməyək, üçüncüsünü daha müasir,
təmiz texnologiya əsasında yaradaq. Lakin bəlli ekoloji
20
səhvlərin və neqativlətrin aradan qaldırılması ətraf mühitin
problemlərinin tam həllini göstərmir, çünki bu problem yeni
yanaşma tərzinin, hətta cəmiyyətin təbiətə münasibətində
yeni üsulların işlənib hazırlanmasını tələb edir.
Köhnə, ənənəvi təbiətdən istifadə üsulu min illər bundan
öncə “yığıb-toplamaq” halından “istehsal təsərrüfatına”
keçmişdir. Hal-hazırda bu şəkildə mövcud olan istehsal
münasibətləri təbiəti məhv edir, bəşəriyyətin və bütün
canlıların planetdə həyatfəaliyyətlərinin təbii şərtlərini –
biosferanı dağıdır. İndi bu sahədə bütün dünya alimləri,
ekoloqları, fauna və flora üzrə mütəxəssislər baş sındırırlar,
bir sıra təkliflər və modellər irəli sürülsə də hələki qəti
olaraq bir çıxış yolu tapılmamışdır. Məsələn, belə bir fikir
irəli sürülür ki, insanın təbiəti qoruması üçün ona fasiləsiz
və balans şəklində öz münasibətini dəyişməlidir (“Dayanıqlı
inkişaf modeli”). Prinsipcə bu mümkündürmü və ya bəlkə
problem düzgün qoyulmamışdır? Əgər mümkündürsə, onda
bütün insan fəaliyyətinin ekoloji strategiyası necə olmalıdır?
Bu suallara müasir elm tərəfindən hələ cavab alınmamışdır.
Lakin buna baxmayaraq, bu qlobal problemin həlli üzrə
ümumbəşəri inkişaf modellərinin yeni konsepsiyaları,
dayanıqlı ekoinkişafın strategiyasının formalaşması işlənib
hazırlanmaqdadır. K.E. Siolkovski adına kosmonavtika
Akademiyasının prezidenti, akademik A.D.Ursula görə, bu
ekoloji
kataklizmdən
yaxa
qurtarmağın
yolu
kosmonavtikanı daha da inkişaf etdirmək, insanları Yerdən
kənar məkana – kosmosa köçürmək gərəkdir (“Kosmos”
modeli”) {181-183}. Bu fərziyyəyə görə, insan Yerdən
kənar məkanda özünə sığınacaq taparaq, oranın təbii
sərvətlərindən
(Ayın,
asterodlərin,
meteoritlərin,
kometaların) istifadə edə bilər. Düzünə qalsa, bu ideya
müasir sivilizasiya dövründə hələki utopiyadan başqa bir
şeyə oxşamır. Akademik V.İ.Vernadskiyə görə isə {164-
168} (ilk dəfə insanın avtotrof yaşaya bilməsinin
Dostları ilə paylaş: |