143
Eritrositlərdə bikarbonatın qatılığının aşağı düşməsi ilə
qanın plazmasından oraya yeni hissə НСО
3
–
ionları qəbul
olunur, plazmaya isə ekvivalent miqdarda Сl
–
ionları daxil
olur. Natrium bikarbonatın qatılığı qanın plazmasında, ciyər
kapilyarlarında dərhal düşür, amma plazmada natrium
xloridin qatılığı artır, eritrositlərdə isə sərbəst hemoqlobin
oksihemoqlobinin kalium duzuna çevrilir.
Beləliklə, eritrosit hemoqlobininin iştirakı ilə ümumi
karbon qazının 80%-i bikarbonat formasında qandan
ciyərlərə ötürülür.
144
Sxem 2. Qanın tənəffüs funksiyasında plazma-eritrosit
sisteminin rolu (Q.E.Vladimirov və N.S.Panteleyevə görə)
a – ciyər kapilyarlarında gedən
kimyəvi proseslər;
б – toxuma kapilyarlarında gedən
kimyəvi proseslər
146
1,8·10
11
t biokütlə əmələ gətirir; təxminən elə bu qədər də
Dünya okeanında hər il bitki biokütləsi əmələ gəlir. Tropik
meşənin quruda fotosintezin ümumi məhsuluna verdiyi pay
29%-dirsə, amma bütün tip meşələrin bu baxımdan payı
68%-dir. Atmosferin yeganə oksigen (O
2
) mənbəyi – ali
bitkilərin və yosunların fotosintezidir.
Fotosintezin oksigen əmələ gətirməklə gedən əsas
reaksiyasını belə yazmaq olar:
Su + Qeyri-üzvi maddə. + İşıq → Üzvi maddə. + oksigen
Üzvi maddələrə karbonun oksidləri və nitridləri müstəsna
olmaqla bütün birləşmələri aiddir. Fotosintezdə əsas üzvi
maddələr kimi, karbohidratlar (ilk növbədə şəkər və
nişasta), aminoturşular (zülal kərpicləri) və nəhayət, yağ
turşuları (qliserofosfat ilə birləşmələri yağların sintezi üçün
materialdır) əmələ gəlir. Qeyri-üzvi maddələrdən bu
göstərilən maddələrin hamısının sintezi üçün su (Н
2
О) və
karbon-4 oksid (СО
2
) tələb olunur. Aminoturşular üçün
bunlardan əlavə azot və kükürd də tələb olunur. Bitkilər bu
elementləri onların oksidləri, nitratları (NO
3
–
) və sulfatları
(SO
4
2–
) və ya başqa reduksiya olunmuş – amonyak (NH
3
),
hidrogen sulfid (H
2
S) şəklində mənimsəyə bilir. Üzvi
birləşmələrin tərkibinə fotosintez zamanı həmçinin fosfor
(bitki onu fosfat şəklində qəbul edir) və dəmir (Fe),
maqnezium (Mg) kimi metal ionları da daxildir. Manqan
(Mn) və başqa elementlər də cüzi miqdarda fotosintez
zamanı gərəkdir.
Yerüstü bitkilərdə bütün qeyri-üzvi birləşmələr, СО
2
müstəsna olmaqla, bitkinin kökləri vasitəsi ilə qəbul edilir.
Bitki СО
2
-ni orta qatılıq miqdarı 0,03% olan atmosfer
havasından alır. СО
2
yarpaqlar tərəfindən qəbul edilir, О
2
isə yenə də yarpaqlarda epidermisin
“ağızcıq” adlanan kiçik
dəliklərindən bayıra çıxır. Bu ağızcıqların açılıb yumulması