Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə114/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   110   111   112   113   114   115   116   117   ...   540
1027 (1)

5.

 

Sufizm (təsəvvüf) 

VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində 

ən  çox  yayılmış  dini-fəlsəfi,  mistik  dünyagörüşüdür.  Tə- 

səvvüfün  həm  Şərq,  həm  də  Qərb  tədqiqatçılarının  çoxu  bu 

fikirdədir ki,  bu təlim islam  dini zəminində meydana gəlib və 

onun  iki  əsas  mənbəyi  var:  Quran  və  sünnət.  Başqa  kənar 

təsirlərin o qədər də əhəmiyyəti yoxdur. 

Аверроэс. Опровержение опровержения, с. 13. 

Sinkretizm (yun. «synkretismos» - qovuşma) ■ 

fikirlərin, təlimlərin birləşdirilməsi deməkdir. 

müxtəlif elementlərin, 

107 



Sufizm  təmsilçiləri  hesab  edirdilər  ki,  şəxsi  ruhi-psixoloji 

təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti, 

heç  olmasa  hələlik  kənardan  seyr  etməsi,  sonra  isə  tamamilə 

qovuşması  mümkündür.  Bu  ünsiyyət  ürəyində  dərin  ilahi 

məhəbbət  olan  insanın  ehtiraslı  vəcd  (ekstaz)  və  mənəvi 

işıqlanma vasitəsilə yaranır. Orta əsrlərdə belə cərəyanlar nadir 

hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük 

dini  sistemlərdə  (buddizmdə,  hinduizmdə,  iudaizmdə, 

xristianlıqda)  müəyyən  yer  tutur.  Lakin  təsəwüf  özəllikləri  ilə 

onlardan  kəskin  surətdə  fərqlənir.  Amerika  tədqiqatçısı 

Annemari Şimmel  yazır:  «Mistisizmə Mütləqə məhəbbət kimi 

tərif  vermək  olar,  belə  ki,  əsl  mistisizmi  asketizmdən 

fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin 

təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna 

sevinmək qabiliyyətini axtaranlara güc verir».“*' 

Sufilərə  görə  həqiqi  bilik  ilahi  nurlanma  yolu  ilə,  mistik 

məhəbbətlə, Allaha  yaxınlaşmaq və nəhayət.  Ona qovuşmaqla 

əldə edilir. Ona görə də sufilər intuitiv idraka can atırlar. Onlar 

hesab  edirlər  ki,  Allah  yeganə  substansiyadır  və  dünya  bu 

yeganə,  bütöv  substansiyanın  təzahürləridir;  bütün  cisimlər, 

təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcından aynlırlar, 

danxır-  lar,  qayıtmaq  istəyirlər  və  nəhayət,  qayıdırlar 

(vəhdəti-vücud). 

Dünyanın 

vəhdəti, 

insanın 


Allaha 

qovuşmasının  yalnız  bir  yolu  var  -  məhəbbət.  Burada  ağıl 

gücsüzdür. 

Sufizmin üç mərhələdən keçdiyini daha çox qeyd edirlər: 1) 



şə-riət -

 islamın bütün hüquq qaydalanmn yerinə yetirilməsi; 2) 



təriqət  -

  hörmətli,  tanınmış  şeyxin,  pirin  yanında  şagirdlik 

(müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr

rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv 

etmək; 3) 

mərifət -

 Allahı ağılla yox, qəlblə dərk etmək; 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə