Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə115/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   111   112   113   114   115   116   117   118   ...   540
1027 (1)

həqiqət 

- m\sX\\a

 üsullarla mərifətlə həqiqəti Allahda tapmaq. 

Yeni  platonçuluq  ilə  təsəwüf  arasındakı  əsas  fərq  ondan 

ibarətdir  ki,  təsəwüf  hər  şeydən  əvvəl  dini  mistisizmdir,  yeni 

platonçuluq isə fəlsəfi mistisizmdir; yeni platonçuluğun əsa- 

А.Шиммель. Мир исламского мистицизма. M., «Алетейя», «Энигма», 1999. с. 14. 

108 



sında ağıl, təsəvvüfün əsasında isə inam dayanır. Çünki ağıl nə 

qədər uca olsa da Allaha çatdıra bilmir. Həqiqəti dərk etməyin 

əsas yolu İlahi eşqdir. 

Böyük sufı-filosof əl-Ərəbinin fikrincə məhəbbətin müxtəlif 

növləri son nəticədə Yaradan ilə yaradılanlar arasında qarşılıqlı 

məhəbbətə  müncər  edilir  və  yalnız  insanda  məna  kəsb  edir. 

Əgər  məhəbbət  səmimidirsə  o  insan  şəxsiyyətini  inkar  edir 

(fəna)  və  onu  Allahın  varlığında  əridir  (beka).  O,  deyirdi: 

«Sevən  insanın  ağlını  almayan  və  ona  sevdiyindən  başqa 

nəyinsə haqqında fikirləşmək imkanı verən hər hansı məhəbbət 

səmimi deyil. Bu yalnız özünü inandırmaqdır. Kimsə demişdi: 

Ağılla idarə edilən məhəbbətdə 

Yaxşı heç nə yoxdun).“*^ 

Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir: 1) günaha 

görə peşmançılıq; 2) sufinin yeganə qoruyucusu Allahdır; 

3)

 



Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz

4)

 



sufi yalnız Allahın köməyinə arxalanır; 5) sufi daim Allaha 

yaxınlaşır, onu ağıl ilə deyil, qəlbi ilə görür, daim hiss edir, sevir 

və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur. 

Sufilərin  fikrincə,  yalnız  bir  Mütləq  Varlıq  var.  O  təkdir, 

şəriksizdir, əbədidir, məkansızdır. Bu Allahdır. Bütün Kainat - 

canlı  və  cansız  təbiət,  tək-tək  əşyalar,  cəmiyyət,  o  cümlədən 

insanlar  şərti  olaraq  «varlıq»  adlandırılsa  da  onlar  fanidir, 

keçicidir, əvvəli və axırı var. Beləliklə, tək Varlıq və yoxluq var, 

mövcud  olan  hər  şey  sözün  həqiqi  mənasında  varlıq  deyil, 

yoxluqdur. Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu 

yalnız  insana  aiddir.  Hər  bir  insan,  artıq  deyildiyi  kimi, 

çalışmalıdır  ki,  öz  mənliyini  yox  etsin,  varlığını  atsın,  maddi 

dünyaya  aludə  olmasın,  mənəvi  cəhətdən  saflaşsın,  nəticədə 

İlahi  məhəbbət  yolu  ilə  özünü  yox  edərək  Allaha  qovuşsun. 

Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın, yəni əsl Varlığa 

H6




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə