Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə230/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   226   227   228   229   230   231   232   233   ...   540
1027 (1)

9.2.

 

İndustrial və postindustrial cəmiyyət 

nəzəriyyəsi 

İndustrial  cəmiyyət

  nəzəriyyəsi  gerilikdən  qabaqcıl,  səna- 

yecə  inkişaf  etmiş,  kütləvi  bazar  iqtisadİ

3

^atı  və  demokratik 

quruluşu olan industrial cəmiyyətə keçidi sosial tərəqqinin əsası 

sayır.  Bu  keçidin  mərkəzində  ardıcıl  olaraq  yeni  texnikanın 

tətbiq edilməsi prosesi durur. 

İndustrial  cəmiyyət  termini  fransız  mütəfəkkiri,  qraf  Sen- 

Simonun (1760-1825) sayəsində ictimai elmlərə daxil oldu. Onu 

Kont,  Spenser,  Dürkheym  müdafiə  etdilər.  Bu  təlimin 

tərəfdarları yalnız bir sıra Qərbi Avropa ölkələri üçün xarakterik 

olan 


kapitalizmi 

industrializasiyanın 

(sənayeləşmənin) 

başlanğıcı hesab edirdilər. 



206 


Müasir  sənayeləşmə  İngiltərədə  XVIII  əsrdə  baş  verən 

«sənaye  inqilabı»  nəticəsində  meydana  gəldi.  Bu  termin  ilə 

yaşamaq üçün lazım olan vəsaitin əldə edilməsi üsullarında baş 

verən bir sıra mürəkkəb texnoloji dəyişikliklər ifadə edilirdi. Bu 

dəyişikliklər - yeni maşınların ixtira edilməsi (məsələn, toxuma 

dəzgahı),  istehsalatda  yeni  enerji  mənbələrindən  istifadə 

edilməsi  (xüsusən  su  və  buxardan),  həmçinin  istehsalı 

təkmilləşdirmək  üçün  elmi  metodların  tətbiq  edilməsi  ilə 

əlaqədardır. İndustrial cəmiyyətlərdə texnoloji yeniləşmə tempi 

ənənəvi cəmiyyətə nisbətən daha yüksəkdir. Belə ki, bu sahədə 

ixtira  və  kəşflər  başqa  sahələrdə  daha  çox  kəşflərə  gətirib 

çıxarır. 

İndustrial  cəmiyyətin  daha  bir  xüsusiyyəti  -  ənənəvi  idarə 

formasına nisbətən daha inkişaf etmiş və təsirli siyasi sistem ilə 

bağlı  olmasıdır.  Ənənəvi  sivilizasiyalarda  siyasi  hakimiyyətin 

kral  və  yaxud  imperatorun  simasında  müstəqil  məntəqələrdə 

yaşayan əhalinin əksəriyyətinin davranış və adətlərinə praktiki 

olaraq birbaşa təsir etmək imkanı olmur. Sənayeləşmə prosesi 

ilə əlaqədar nəqliyyat və rabitə daha sürətli olur ki, bu da «milli» 

birliklərin  böyük  inteqrasiyasına  təkan  verir.  İndustrial 

cəmiyyətlər  ilk 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə