Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə228/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   224   225   226   227   228   229   230   231   ...   540
1027 (1)

9.

 

Elmi-texniki inkişaf və fəlsəfə 

9.1.

 

Stsientizm və antistsientizm 

Stsientizm

  (lat.  «scientia»-bilik,  elm)  konsepsiyasında  elmi 

bilik ən yüksək mədəni dəyər hesab edilir. Elmi-texniki tərəqqi 

nəinki problemlər və ziddiyyətlər doğurur, o eyni zamanda yeni 

elm  sahələri  və  yeni  texnikanın  köməkliyi  ilə  nəhayət  insan 

həyatının  çətin  problemlərini  və  ziddiyyətlərini  həll  etmək 

ümidi də yaradır. Bir sözlə, elmi-texniki zəkaya pərəstiş təbliğ 

edilir. 


Fəlsəfədə  stsientizmin  yaranmasını  Kant  fəlsəfəsinin 

parçalanması  və  yeni  kantçılığın  müxtəlif  məktəblərinin 

meydana  gəlməsi  timsalında  izləmək  olar.  Məsələn,  G.Kogen 

(1842-  1918),  P.Natorp  (1854-1924),  E.Kassirer  (1874-1945) 

kimi  böyük  təmsilçiləri  olan  Marburq  məktəbində  Kant 

fəlsəfəsinin  antipsixoloji  fikirləri  özünün  sonrakı  inkişafını 

tapır. Burada elm kimi çıxış etmək qabiliyyəti olan və müvafiq 

meyara cavab verən fəlsəfə təfəkkürün rasional-nəzəri forması 

kimi  izah  edilir.  Bu  məktəbin  nümayəndələri  üçün  elm  insan 

mədəniyyətinin  ali formasıdır və ağılın  birbaşa ifadəsidir,  ağıl 

isə  elmdə  özünə  əsl  sığınacaq  yeri  tapır.  Ağıl  elm  ilə 

eyniləşdirilir, 

ağıl 

mütləqləşdirilir, 



təfəkkür 

obyekti 


müəyyənləşdirən  yeganə  meyar  elan  edilir  (Kogen).  Nəticədə 

elmi  fikrin  inkişaf  məntiqi  gerçəkliyin  inkişaf  məntiqinə 

keçirilir,  dəqiq  elmi  qurmaq  fəlsəfə  qurmağın  nümunəsinə 

çevrilir. 



205 


Bu məsələdə pozitivizm də oxşar mövqedə durur. Neopozi- 

tivizm  konsepsiyalarında  isə  elmi  və  qeyri-elmi  bilikləri 

fərqləndirməyin  effektli  metodlarını  yaratmaq  problemi  ön 

plana çəkilir. 

Eyni vaxtda əks dünyagörüşü mövqeyində duran 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə