Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə231/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   227   228   229   230   231   232   233   234   ...   540
1027 (1)

milli  dövlətlər

  oldular.  Bu  dövlətlər  elə  siyasi 

birliklərdir ki, bir-birindən dəqiq sərhədlərlə aynlırlar. Ənənəvi 

dövlətlərdə  isə  sərhəd  anlayışı  qeyri-müəyyən,  dumanlı  olur. 

Milli  dövlətlərin  hökumətləri  öz  vətəndaşlarının  həyatlannın 

çox  sahələri  üzərində  müstəsna  hakimiyyətə  malikdir  və 

dövlətin  ərazisində  yaşayanlann  hamısı  üçün  məcburi  olan 

qanunlar qəbul edir. 



Postindustrial  cəmiyyət

  konsepsiyası  industrial  cəmiyyət 

konsepsiyasının  daha  da  inkişaf  etdirilməsidir.  Cəmiyyətin 

inkişafının  əsasında  istehsalın  texniki  səviyyəsi,  əməyin 

sahələrə  və  peşələrə  görə  bölünməsi  durur.  Bu  konsepsiya 

müasir cəmiyyətin sosial və iqtisadi problemlərini elmi-texniki 

tərəqqinin  xarakteri  ilə  müəyyənləşdirir;  cəmiyyətin  sənaye 

istehsalından  asılılığını  azaltmağı,  yeni  xidmət  sahələrinin 

meydana gəlməsini, biliyin istehsalda, məişətdə və asudə vaxtda 

əhəmiyyətini ön plana çəkir. 



207 


Yeni  sosial-iqtisadi  qaydalan  təsvir  etmək  üçün  bir  sıra 

terminlər  icad  edilib:  xidmət  cəmiyyəti,  informasion  cəmiyyət, 

bilik  cəmiyyəti  və  s.  Sənayenin  inldşafmm  əvvəlki  formalarm- 

dan kənara çıxması bir çox tədqiqatçılarda əvvəlcə qəbul edilmiş 

terminlərə  «posb>  («sonra»)  önşəkilçisini  əlavə  etmək  fikrini 

yaratdı.  Lakin  amerikalı  Daniel  Bell  (1919)  və  fransız  Alen 

Turen (1925) tərəfindən təklif edilən  «postindustrial cəmiyyət» 

ən çox işlədilən termin oldu. Bu konsepsiya Daniel Bellin 1974- 

cü ildə çap olunan «Gələcək postindustrial cəmiyyət» kitabında 

yetkin  nəzəriyyə  şəklini  aldı.  Rus  alimi  V.L.İnozemtsev  yazır: 

«Postindustrial  cəmiyyət  nəzəriyyəsi  bu  gün  Qərb  sosioloji 

ənənəsi  tərəfindən  bütövlükdə  qəbul  edilən  yeganə  sosial  me- 

tanəzəriyyədir».*'*^  «...Postindustrial  cəmiyyət  nəzəriyyəsinin 

Qərb sosiologiyasında heç vaxt açıq müxalifətlə qarşılaşmaması 

sosial təlimlərin inkişaf tarixində unikal fakt kimi qəbul edilməyə 

bilməz».*“*^ 

Şimali Amerika və bir çox Avropa ölkələri getdikcə daha artıq 

dərəcədə informasion cəmiyyət olur, əldə edilmiş bilik və daha 

yeni bilik istehsalı diqqət mərkəzinə gətirilir. Bu prosesin əlaməti 

kimi  ali  təhsilin  əhəmiyyətinin  artmasını  göstərmək  olar.  Bilik 

yeniliyin  və  sosial  təşkilatlanmanın  qaynağına  çevrilir.  Biliyə 

əsaslanan  professional  qruplar  bu  cəmiyyətin  sosial-sinfi 

çərçivəsində üstünlük təşkil edir. 

D.

 



Bell  postindustrial  cəmiyyətə  belə  tərif  verir:  «Bu  ilk 

növbədə  məlumatlann  işlənib  nizama  salınması,  idarəetmə  və 

informasiya  ilə  bağlı  olan  fəaliyyətdir.  Bu  həyat  tərzidir  və 

getdikcə  «insanların  qarşılıqlı  əlaqədə  olması»na  daha  çox 

müncər edilir. Daha mühüm odur ki,  yeniləşmənin,  hər şeydən 

əvvəl  texnologiyaya  münasibətdə  biliyin  yeniləşməsinin  yeni 

prinsipi  meydana  gəlir».D.Bellin  fikrincə  postindustrial 

cəmiyyətdə  hakimiyyət  mülkiyyətə  deyil,  biliyə  əsaslanır.  Bu 

cəmiyyətdə  alimlər,  mühəndislər  və  texniki  mütəxəssislər 

(texnokratlar) aparıcı sinif olur, intellektual təşkilatlar (univer- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə