Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə411/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   407   408   409   410   411   412   413   414   ...   540
1027 (1)

” Ycno orada, s.217. 

369 


3.2. Cəmiyyət 

Cəmiyyət  geniş  mənada  bütün  bəşəriyyət,  ardıcıl  olaraq 

bir-birini əvəz edən, tarixən əlaqədə olan və keyfiyyətcə müxtəlif 

olan sosial orqanizmdir. 

Geniş  mənada  «sosial»  sözü  «cəmiyyət»  sözü  ilə 

eyniləşdirilir.  Belə  yanaşmada  sosial  münasibətlər  ictimai 

münasibətlərin  bütün  cəmi  kimi  qəbul  edilir.  Dar  mənada  isə 

sosial  münasibətlər  ümumiyyətlə  cəmiyyət  ilə  deyil,  ictimai 

həyatın  qalan  sosial  sferası  ilə  müqayisə  edilməlidir.  Başqa 

ictimai  münasibətlər  ilə  müqayisədə  belə  münasibətlər  iqtisadi, 

siyasi, hüquqi, əxlaqi və başqa ictimai münasibətlərin müəyyən 

tərəflərini  özündə  birləşdirir,  yəni  təcrid  olunmuş  halda  deyil, 

başqaları ilə birlikdə mövcud olurlar. 

Canlı fəaliyyətdə olan sosial orqanizm kimi cəmiyyət insanlar 

arasındakı  əlaqələr,  münasibətlər  sistemi  ilə  xarakterizə  edilir. 

K.Marks  yazırdı:  «Cəmiyyət  fərdlərdən  ibarət  deyil,  əlaqə  və 

münasibətlərin  elə  cəmidir  ki,  orada  insanlar  bir-birinə  qarşı 

dururlar»Onun  fikrincə  istehsal  münasibətləri  bütün  başqa 

münasibətləri  müəyyən  edən  əsas,  başlanğıc  münasibətləridir; 

onlar  insanların  iradəsindən  və  şüurundan  asılı  olmayaraq 

formalaşır. 

Bir 


çox 

filosoflar 

insanın 

tamamilə 

istehsal 

münasibətlərindən  asılı  olması  haqqında  marksist  fikri  inkar 

edirlər.  Çünki,  onların  fikrincə,  təbii  qanunların  fəaliyyət 

göstərdiyi  təbiətdən  fərqli  olaraq^əmiyyət,  onun  münasibətləri 

insanların  məqsədəuyğun,  şüurlu  fəaliyyəti  nəticəsində 

formalaşır. 

Bir  sıra  alimlər  isə  göstərirlər  ki,  sosial  sistemlərin  sayı 

çoxdur,  cəmiyyət  onların  ən  mürəkkəbi  və  əhəmiyyətlisidir. 

Məsələn, T.Parsons  yazırdı:  «Biz cəmiyyətə sosial  sistemin  elə 

tipi kimi tərif veririk ki, o başqa sosial sistemləri də birləşdirən öz 

mühitinə  nisbətən  ən  yüksək  dərəcədə  öz-özünə  kifayət  edir. 

Lakin  tamamilə  öz-özünə  kifayət  etmək  cəmiyyətin  fəaliyyət 

sisteminin yarım sistemi olması ilə bir araya sığışa bilməz. Hər 

bir cəmiyyət sistem kimi özünü saxlamaq üçün ətraf sistemlər ilə 

qarşılıqlı mübadilə vaxtı nə almasından ası- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə