Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə419/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   415   416   417   418   419   420   421   422   ...   540
1027 (1)

384 


4.

 

Cəmiyyətin sosial sferası 

4.1.

 

Sosial sfera anlayışı 

Sosial  struktur  cəmiyyətin  ayrı-ayrı  təbəqə  və  qruplara  , 

bölünməsini  göstərir.  Həmin  təbəqə  və  qruplar  bir  və  ya  bir  neçə 

əlamətə  görə  birləşir,  özlərinin  ictimai  mövqelərinə  görə  fərqlənirlər. 

Bu, sosial sistemdə elementlərin sabit əlaqəsidir. Sosial münasibətlərin 

əsas  elementləri  -  sosial  birliklərdir  (millət,  sinif  və  başqa  sosial 

təbəqələr, peşəyə görə birliklər, demoqrafik və s. qruplar). 

Sosial  struktur  təklərin  sadəcə  olaraq  cəmi  deyil,  qarşılıqlı 

əlaqədə  olan  elementlərin  üzvi  birliyidir.  Bu  elementlər 

arasındakı münasibətlər müxtəlif tipli, yəni əməkdaşlıq və yaxud 

münaqişə şəklində ola bilər.^ 

Hər  bir  cəmiyyət  insanların  məlum  çoxluğundan  yaranır. 

İnsan çoxluğunda biri o birindən fərqlənən, bir-biri ilə və bütün 

cəmiyyət ilə əlaqədə olan müəyyən sosial qruplar əmələ gəlir. Bu 

planda insan cəmiyyəti müxtəlif qrupların, onlann əlaqəsinin və 

qarşılıqlı təsirinin mürəkkəb cəmidir. 

Beləliklə, müxtəlif tendensiyalann çoxplanlı, dolaşıq, qanşıq 

olmasına baxmayaraq sosial sfera tam, vahid bir sahədir. Başqa 

sözlə,  sosial  sfera  müxtəlif  sosial  birliklərin  sadəcə  çoxluğu 

deyil,  bu  birliklərin  və  onlar  arasındakı  münasibətlərin 

keyfiyyətcə  müəyyən  sistemidir.  Sosial  struktur  anlayışı  sinfi 

struktur anlayışından daha genişdir, çünki sosial struktur həm də 

demoqrafik, peşə, etnik və b. qrupları da birləşdirir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə