Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə418/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   414   415   416   417   418   419   420   421   ...   540
1027 (1)

3.5.

 

Demoqrafiya: sosial-fəlsəfi problemlər 

Demoqrafiya  (yun.  «demos»  -  xalq  və  «grafo»  -  yazıram) 

əhalinin  artımını,  sayını,  sıxlığını  və  strukturunu,  dinamikasını, 

miqrasiyasını  (yer  dəyişməsini  və  s.)  öyrənir.  Bu  termin  XIX 

əsrin ortalarında dövlətlərin əhalinin strukturu və yerləşməsi 

Bax: Журн. «Вопросы философии». № 9, 2000, с. 17. 

Yenə orada, s.5. 

381 



haqqında  rəsmi  statistik  qeyd  apardığı  vaxt  meydana  gəlibdir. 

Demoqrafiyanın  vəzifəsi  əhalinin  ölçüsünü  müəyyənləşdirmək, 

onun  artmasını  və  ya  azalmasını  izah  etməkdir.  Əhalinin 

strukturu  üç  amil  ilə  müəyyən  edilir:  doğum,  ölüm  və  köçmə 

prosesi. 

Demoqrafik  faktorlar  cəmiyyətin  həyatında  mühüm  rol 

oynayır; onlar cəmiyyətin iqtisadi və sosial tərəqqisini ləngidə və 

yaxud sürətləndirə bilər. Lakin əhalinin sayı, onun çox və yaxud 

az sıxlığı ölkə və xalqlann inkişaf səviyyəsini müəyyənləşdirmir. 

Məsələn,  Rusiyada,  Azərbaycanda,  Norveçdə,  Mozambikdə 

əhalinin  sıxlığı  təxminən  eynidir  (1  km^-ə  10-12  nəfər),  lakin 

onların inkişaf səviyyəsi müxtəlifdir. 

İnsanın  doğulması  və  ölməsi  bioloji  qanunlara  uyğun  baş 

versə də əhali hər şeydən əvvəl sosial bir hadisədir, onun artımı 

da  təbiətin  deyil,  əsasən  cəmiyyətin  inkişaf  qanunlan  ilə 

tənzimlənir. 

Bununla yanaşı müəyyən minumum sayda əhali olmasa əmək 

bölgüsü,  əməyin  ixtisaslaşması  və  kooperasiyası,  istehsal 

fəaliyyətinin genişlənməsi, yeni torpaq sahələrinin və başqa təbii 

sərvətlərin istifadə edilib mənimsənilməsi mümkün deyil. 

BMT-nin  hesablamalarına  görə  dünyanın  əhalisi  sürətli 

templə artaraq 2030-cu ildə 8,5 mlrd., 2050-ci ildə isə 9,3 mlrd, 

olacaq.  Dünyanın  zəngin  azlığa  və  yoxsul  çoxluğa  bölünməsi 

daha  kəskin  hiss  ediləcək.  2050-ci  ildə  inkişaf  etmiş  Şimal 

ölkələrində  əhalinin  sayı  təxminən  indiki  səviyyədə  qalacaq, 

dünyanın yerdə qalan hissəsində isə 8-9 mlrd, insan yaşayacaq. 

Hər il təkcə Hindistanda əhali 14 mln. artır və yaxın vaxtda onun 

əhalisi 1 mlrd, olacaq. Qərb ölkələrində yaşayan 1,2 mlrd, insan 

onların  orqanizminin  tələb  etdiyindən  qat-qat  artıq  ərzaq  qəbul 

edir.  Yer  kürəsinin  yandan  çoxu  -  3  mlrd,  adam  isə  ərzaq 

çatışmazlığından əzab çəkirlər. 

Dünyada  elə  vəziyyət  yaranıbdır  ki,  zəif  inkişaf  etmiş 

ölkələrdə  uzun  illər  əhali  artımının  sürəti  ərzaq  istehsalının 

artımından  çox  olmuşdur.  Hələ  XIX  əsrin  əvvəllərində  ingilis 

iqtisadçısı  T.R.Maltus  (1766-1834)  sübut  etməyə  çalışırdı  ki, 

əməkçi xalqın acınacaqlı vəziyyəti (işsizlik, aclıq, dilənçilik 



382 


və  s.)  ictimai  münasibətlərlə  deyil,  «əbədi  təbii  qanun»la 

şərtlənir.  Bu  qanunun  mahiyyəti  aşağıdakı  kimidir:  əhali  - 

həndəsi silsilə, yaşayış vasitələri isə - ədədi silsilə ilə artır. Ona 

görə  də  əhalinin  ixtisar  edilməsi  zəruridir.  Maltus  aclığı, 

yoluxucu  xəstəlikləri,  müharibəni  bəzi  hallarda  «müsbət  amil» 

adlandırırdı.  Onun  indiki  davamçıları  da  hesab  edirlər  ki.  Yer 

üzərində  əhalinin  sayı  həddən  artıqdır,  maddi  ehtiyatlar  isə 

olduqca  məhduddur.  Bu  vəziyyət  isə  cəmiyyətin  gələcəyi  üçün 

fəlakətdir. Onlar əsasən doğru deyirlər. 

Aclıq, dilənçilik, xəstəlik və savadsızlıq indiki dövrdə dünya 

əhalisinin beşdə bir hissəsinin nəsibidir. Əhalinin sayının artma 

tempi  cəmiyyətdə  yaranmış  istehsal  və  istehlakm  həcmi  və 

strukturuna böyük təsir göstərir. Lakin onların da müəyyən həddi 

var, onu aşanda təbii ehtiyatlara, suya, havaya, meşə sahələrinə, 

faydalı qazıntıya mənfi təsir göstərilir. 

Nəzarət  edilməyən  demoqrafik  proseslər  əhalinin  zəruri 

xidmətlərlə  (o  cümlədən  təhsil  və  səhiyyə  sahəsində)  təmin 

edilməsi  işində  cəmiyyətin  imkanlarını  iflic  vəziyyətə  gətirir. 

Lakin  Çində,  Hindistanda,  bir  çox  Afrika  ölkələrində  doğumu 

məhdudlaşdırmaq  sahəsindəki  tədbirlər  hələ  ki,  elə  bir 

əhəmiyyətli nəticə verməmişdir. 

Qərb  ölkələrində  demoqrafik  proseslər  yüz  illərdir  ki, 

cəmiyyət  tərəfindən  çox  ciddi  şəkildə  tənzim  edilir.  Bu  ölkələr 

üçün  son  onilliklərdə  iqtisadi  və  ekoloji  cəhətdən  əlverişli 

olmayan  ölkələrdən  gizli  olaraq  gələn  əhali  axınının  getdikcə 

çoxalması  çox  ciddi  problemlər  yaradır.  Böyük  şəhərlərə  arası 

kəsilmədən  gələn  əhali  şəhər  strukturlarına  həddən  artıq  təzyiq 

göstərir,  sanitar-gigiyena  şəraitini  pisləşdirir,  şəhərlilərin 

həyatının  rahatlıq  səviyyəsini  aşağı  salır.  Yay  aylarında  böyük 

əhali  kütləsi  əhalinin  çox  sıx  olduğu  şəhər  mərkəzindən  ətraf 

ərazilərə yığılır, oranın da ekoloji vəziyyətini mürəkkəbləşdirir. 

Keçid mərhələsində olan ölkələrdə, hətta böyük əhali artımına 

məruz qalmasalar da, qəflətən meydana çıxan iqtisadi çətinliklər

həmçinin  dərin  sosial  çaxnaşmalar,  nisbətən  çox  əhalisi  olan 

ölkələrin  həll  edəcəyi  problemlərə  oxşar  problemlərlə 

qarşılaşırlar. 



383 


Fəqət  indiki  zamanda  əhali  artımının  bir  qədər  azalması 

müşahidə  edilir.  Ölkələrin  çoxunda  əhali  artımını  tənzimləmək 

istiqamətində  bəzi  tədbirlər  görülür.  Məsələn,  yüksək  inkişaf 

etmiş ölkələrdə əhali artımı stimullaşdırılır (həvəsləndirilir), geri 

qalmış ölkələrdə isə, əksinə, onun qarşısı alınır. 

Əhalinin təkrar istehsalı sosial orqanizmin bütün tərəfləri ilə 

əlaqədədir:  insanın  maddi  təminat  dərəcəsi,  təhsilin  səviyyəsi, 

qanunvericilik, təbabətin və səhiyyənin vəziyyəti, qadının ictimai 

vəziyyəti, ailə və məişət ənənələri, din və s. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə