Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə415/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   411   412   413   414   415   416   417   418   ...   540
1027 (1)

3.4.

 

Ekologiya: sosial-fəlsəfi problemlər 

Ekologiya  (yun.  «oikos»  -  məskən,  yer)  təbiət  ilə  cəmiyyət 

arasında dinamik tarazlığı saxlamaq məqsədilə canlılar ilə onların 

məskunlaşdığı  xarici  şərait  arasındakı  qarşılıqlı  təsirin 

qanunauyğunluqlarını öyrənən elmdir. 

«Ekologiya»  termini  elmə  1866-cı  ildə  alman  darvinist 

bioloqu  E.Hekkel 

(1834-1919)  tərəfindən  gətirilib. 

O, 

ekologiyaya  orqanizmin  xarici  aləm  ilə  olan  bütün  əlaqələrini 



öyrənən elm kimi tərif vermişdir. Xarici aləm deyəndə o, sözün 

geniş mənasında mövcud olmağın bütün şəraitini, həm üzvi, həm 

də qeyri-üzvi aləmi buraya aid edirdi. 

Elm  kimi  ekologiyanın  vəzifəsi  yalnız  fəlakətli  nəticələri 

aradan qaldırmaq deyil, həm də Yer üzərindəki bütün insanların 

və  canlı  varlığın  bioloji  və  sosial  inkişaf  şəraitini  əhəmiyyətli 

dərəcədə yaxşılaşdırmaq məqsədilə ətraf mühitə təsir vasitələrini 

axtarmaq və təklif etməkdir. 

Ekoloji  fəaliyyət  elə  prosesdir  ki,  cəmiyyət  və  təbiət 

arasındakı müvazinəti saxlamağa, əgər bu müvazinət pozulubsa 

onu bərpa etməyə yönəldilir. Ekoloji fəaliyyətin nəticələri heç də 

həmişə  qoyulan  məqsədə  uyğun  gəlmir.  Əgər  bu  və  ya  digər 

səbəbə görə məqsədə nail olunmasa, onda müsbət nəticə əvəzinə 

təbii  mühiti  poza  bilən  nəticə  alınması  realdır.  Bu  işdə  həddən 

artıq diqqətli olmaq lazımdır. 

Hava, su və torpağın çirklənməsi iqlim, bioloji növlər, bərpa 

olunan və olunmayan təbii ehtiyatlar üçün təhlükə yaradan qlobal 

dəyişikliklər - iri tankerlərin qəzaya uğraması nəticəsində neftin 

dənizə  axması,  atom  elektrik  stansiyalarında  baş  verən  qəza  və 

yaxud kimya zavodlarındakı fəlakət kimi hadisələr ilə şərtlənmir. 

Bu  əsasən  bizim  texnologiyanın  normal  fəaliyyətindən  istifadə 

etməyimizin, 

sənaye  və  kənd  təsərrüfatının  gündəlik 

praktikasının,  həmçinin  bizim  adi  istehlak  vərdişlərimizin 

nəticəsidir. 

376 



Cəmiyyət  ilə təbiət  arasındakı  qarşılıqlı təsirin xarakteri, bir 

tərəfdən  istehsal  üsulu,  digər  tərəfdən  isə  daxilində  cəmiyyətin 

inkişaf  etdiyi  və  təmasda  olduğu  təbii  mühitin  xassələri  ilə 

müəyyən  edilir.  Qarşılıqlı  təsir  prosesinin  idarə  edilməsi  həm 

istehsala  təsir  etməklə,  məsələn,  texnologiyanın  dəyişməsi  yolu 

ilə, həm də təbiətə təsir etməklə, məsələn, canlı ehtiyatlan yenidən 

yaratmaq  prosesini  qaydaya  salmaq  və  idarə  etmək  metodu  ilə 

həyata keçirilməlidir. 

İnsan müasir sivilizasiyaya təbiəti öz məqsədinə uyğun olaraq 

daim  dəyişməklə  gəlib  çıxmışdır.  Məlumdur  ki,  insan  dəfələrlə 

yaxın  məqsədini  həyata  keçirmək  üçün  təbiətin  dağıdıcı 

qüvvələrinin əl-qolunu açmışdır. Bu mənada təbiət insanın ağılsız 

hərəkətlərinə  görə  ondan  qisas  alır.  K.Marks  yazırdı: 

«...Mədəniyyət  kortəbii  inkişaf  edirsə, 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə