Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


orta  sinif   («ağ  yaxalı»  adlanan  məmurların  çoxu  və  mütəxəssislər);  fəhlə  sinfi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə425/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   421   422   423   424   425   426   427   428   ...   540
1027 (1)

orta  sinif

  («ağ  yaxalı» 

adlanan  məmurların  çoxu  və  mütəxəssislər); 

fəhlə  sinfi

  («göy 


yaxalılar»).  Yüksək  texnologiyanın  tətbiqi 

kəndlilərin

  sayını 

olduqca  azaldıbdır.  Lakin  inkişaf  etməkdə  olan  ölkələrdə  bu 

günə qədər kəndlilər daha çoxsaylı sinif olaraq qalır. 

Elə  fikirlər  də  var  ki,  sinif  heç  də  insan  qrupları  deyil, 

müəyyən mövqe tuta bilmək imkanı yaradan sistemdir. Məsə- 



388 


lən,  ABŞ  sosioloqu  Daniel  Bell  yazır:  «Son  nəticədə  sinif 

konkret  insan  qrupu  deyil,  müxtəlif  səlahiyyətlər  və  onlarla 

bağlı  olan  imtiyazları  əldə  etmək,  onlara  sahib  olmaq  və 

ötürmək üçün əsas qaydaları yaradan sistemdir».^'^ 

Fikirlər  müxtəlif  və  bəzən  bir-birinə  zidd  olur.  Bir  sıra 

müəlliflər təsdiq edirlər ki, müasir Qərb cəmiyyətlərində siniflər 

öz  əhəmiyyətini  ümumiyyətlə  itirib.  Onlar  razılaşırlar  ki,  yüz 

əlli  il  bundan  əvvəl  sənaye  kapitalizmi  inkişaf  edərkən  sinfi 

fərqlər  özünü  kəskin  şəkildə  göstərirdi.  Hətta  marksizm 

nəzəriyyəsinə  daha  tənqidi  yanaşanlar  da  etiraf  edirlər  ki, 

həqiqətən  də  zəhmətkeş  yoxsullar  ilə  zəngin  işverənlər  - 

sənayeçilər  arasında  kəskin  ziddiyyətlər  mövcud  olmuşdur. 

Lakin  o  dövrdən  indiyə  qədər  keçən  vaxt  ərzində  sənaye 

ölkələrində maddi bərabərsizlik əhəmiyyətli dərəcədə azalıbdır. 

Varlılardan  alınan  yüksək  vergi,  işsizlərə  və  əmək  qabiliyyəti 

olmayanlara  verilən  mükafat  yuxarı  və  aşağı  təbəqələr 

arasındakı  fərqi  azaldır.  Üstəlik,  təhsilin  hamı  üçün  mümkün 

olması amili istedadı və qabiliyyəti olan hər bir kəsə sosial və 

iqtisadi nərdivanın ən yüksək pilləsinə qalxmaq imkanı yaradır. 

Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  mülkiyyət,  sərvət 

fərqi insanlar arasında bərabərsizliyi saxlayır. İngilis sosioloqu 

Entoni  Giddens  yazır:  «Var-dövlət  konkret  insana  aid  olan 

bütün  əmlaka  deyilir:  səhm,  qənaət  yolu  ilə  yığılan  sərvət, 

daşınmayan mülk, məsələn, ev və yaxud torpaq - bir sözlə satıla 

bilən  hər  şey.  Gəlir  çəkilən  zəhmətə  görə  verilən  əmək 

haqqından, həm də kapital qoyuluşundan (faiz və dividenddən) 

əldə  edilən  «zəhmətsiz  qazanılan»  puldan  ibarətdir.  İnsanlann 

əksəriyyəti gördüyü iş üçün aldığı pul ilə yaşadığı halda, varlılar 

öz  gəlirlərinin  əsas  hissəsini  investisiyalardan  əldə 

edirləD>.‘*‘* 

Lakin Qərb alimlərinin əksəriyyəti sosial qruplar arasındakı 

bərabərsizliyi təbii hesab edirlər. 

Sahibkarların  getdikcə  sıxışdırılması  və  nəzarətin  tədricən 

kapital  funksiyasından  çıxaraq  daimi  maaş  alan  muzdlu  əmək 

adamları olan peşəkar idarəçilərin texniki kompetensiyasına 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə