Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə527/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   523   524   525   526   527   528   529   530   ...   540
1027 (1)

«aksioloji 

(dəyər)  modeli»

  insan  varlığının  dəyərlər  aləmi  adlandıra 

biləcəyimiz sahəsini xüsusi  olaraq  ayırır. Onun əsas problemi 

dəyərlərin təbiətini, onların qaynağını və ümumi əhəmiyyətini 

başa düşməkdir; 6. 

«Fəal

 

” Ycno orada, s.49-55. 



Yenə orada, s.l73. 

Yenə orada, s.203. 

486 


münasibət»

 

vəziyyətində 



mədəniyyət 

insanın 


həyat 

fəaliyyətinin spesifik üsulu kimi çıxış edir; 7. 



Semiotik

 (işarələr) 

baxımdan  mədəniyyət  özünün  mahiyyət  xarakteristikası  kimi 

qeyd  edilir,  yəni  təcrübənin  bioloji  vəziyyətdən  kənarda  olan 

işarə  mexanizmi  ilə  ötürülməsi  kimi  baxılır;  8. 

Strukturalist 

baxımdan  mədəniyyət  şəxsi  faktor  nəzərə  alınmadan  insan 

fəaliyyətini nizamlayan dəyər münasibətlərinin daşıyıcıları olan 

sosial  elementlərin,  «mədəni  «nümunələr»in  məcmusu  kimi 

başa düşülür (kəbin, ailə, adət, mətnlər, simvollar və s.); 

9.

 



Sosioloji

  baxımdan  mədəniyyət  sosial  təsisat  kimi  şərh 

edilir; yəni təbiətdən fərqli olan sabit, dayanıqlı tam kimi başa 

düşülür;  10. 



Humanitar

  baxımda  əsas  diqqət  mədəniyyətin 

mənəvi-əxlaqi  subyekti  kimi  insanın  daha  da  kamilləşməsi 

istiqamətinə yönəldilir.^ 

Bir sıra Qərb alimləri təsdiq edirlər ki, standart və dəyərlər 

müxtəlif mədəniyyətlərdə spesifik xarakter daşıyır. Ona görə də 

insan  haqlarını  yalnız  bir  mədəniyyətin  əxlaqi  kodeksinə 

əsaslanaraq  müəyyənləşdirmək  və  onları  bütün  bəşəriyyətə 

tətbiq  etmək  cəhdi  lüzumsuzdur.  Bu  məsələdə  azadlıq  və 

ədalətin ümumdünya standartlarına əsaslanmaq lazımdır. 

İndiki  dövrdə  mədəniyyət  kommunikasiya  texnologiyası 

sayəsində  geomədəniyyətə  (geokulturaya)  çevrilir  və 

dövlətlərin  strateji  siyasətində  getdikcə  daha  çox  rol  oynayır. 

Bir çox alimlərin fikrincə bu meqakultura milli mədəniyyətlərin 

təkcə  qovuşması  xəttində  deyil,  həm  də  onların  içərisində 

formalaşır. 

İctimai  və  fərdi  həyatın  hansı  sferasını  və  ya  hadisəsini 

götürsək,  biz  hər  yerdə  ilk  növbədə  mövcud  cəmiyyətin, 

həmçinin müəyyən fərdin inkişaf səviyyəsindən asılı olan insan 

fəaliyyətinin  müxtəlif  variantlarını  müşahidə  edirik.  Məsələn, 

əmək sahəsində bu özünü əmək mədəniyyətində göstərir. 

Həyata  daxil  olarkən  insanlar  həmin  həyatın  mövcud 

şəraitinə  yiyələnmək  məcburiyyətindədir.  Həmin  şəraitə 

yiyələnmək dərəcəsi insanın mədəniyyətini müəyyən edir: dili 

mənimsəmə dərəcəsi - dil mədəniyyətini, əxlaqı mənimsəmək - 

əxlaq mədəniyyətini xarakterizə edir və s. Mənəvi fəaliyyət 



487 


sferasında «mədəniyyət» anlayışı da xüsusi məzmuna malikdir və 

yalnız  yaradıcılığın  xarakterini  deyil,  həm  də  bu  yaradıcılığın 

nəticələrini qavramağın xarakterini müəyyən edir. 

Əmək  mədəniyyəti,  davranış  mədəniyyəti,  təfəkkür  və  nitq 

mədəniyyəti,  hissetmə  və  qavrama  mədəniyyətindən  danışmaq 

olar. Bütün bu hallarda söhbət insanlar, onların inkişaf səviyyəsi 

haqqında  gedir.  Ona  görə  də  yalnız  insan  vasitəsilə  onları 

mədəniyyət  ünsürləri  kimi,  əşyalaşmış  mədəniyyət  kimi  qəbul 

etmək  olar.  Bilavasitə  mədəniyyət  isə  -  yalnız  insanın 

xarakteristikası  kimi,  onun  mənəvi,  əxlaqi,  peşə  inkişafının 

dərəcəsi və sintetik xarakteristikası kimi çıxış edir. Elə buna görə 

də 


«mədəniyyət» 

kateqoriyasının 

praktiki 

fəlsəfənin 

kateqoriyalar  sisteminə  daxil  edilməsinin  mümkünlüyü  və 

zəruriliyi müəyyən edilir. 

Bir  sıra  heyvanlar  mədəniyyətə  oxşar  nə  isə  yarada  bilirlər. 

Məsələn, anlar gözəl memarlıq tikilisi - şanı yaradırlar, hörümçək 

şikarını  tutmaq  üçün  gözəl  tor  toxuyur,  qarışqalar  özləri  üçün 

böyük yuva tikirlər və s. Deməli onlar təbiətdə hazır olmayan şey 

yaradırlar. Lakin həmin canlı varlıqların fəaliyyəti təbii instinkt 

ilə  proqramlaşdırılır  və  bundan  kənarda  onlar  heç  nə  yarada 

bilməzlər. Onlar, insan kimi azad yaradıcılıq fəaliyyətinə malik 

deyillər. 

Deməli,  maddi  və  mənəvi  dəyərlərin  məcmusu,  həmçinin 

yaradılma  üsulları,  onlardan  insan  üçün  istifadə  etməyi 

bacarmaq, onları nəsildən-nəslə ötürmək qabiliyyəti mədəniyyət 

deməkdir (lat. «cultura» - becərmə, emal etmə). 

■ 

Dəyər

 mədəniyyət hadisəsidir və öz mahiyyətinə görə həm 

sosial, həm də fərdidir, o maddi və mənəvi dünya obyektlərinin 

ümumi cəhətdən müəyyənləşdirilməsi, onların insan və cəmiyyət 

üçün  müsbət  və  mənfi  tərəflərinin  üzə  çıxarılmasıdır.' 

Öz-özlüyündə əşyaların, hadisələrin insanlara aidiyyəti yoxdursa, 

onlar  dəyər  anlayışına  daxil  olmurlar.  Dəyər  anlayışı  - 

«əhəmiyyət», «fayda» və ya «ziyan» anlayışı ilə əlaqədədir. 

Bir-birinə  qarşı  qoymadan  maddi  və  mənəvi  mədəniyyətləri 

ayırmaq  olar.  Maddi  mədəniyyətdə  onu  formalaşdıran  mənəvi 

başlanğıc var, çünki burada insanın ideyasının, biliyinin. 

488 



məqsədinin  ifadəsi  olduğu  üçün  onu  mədəniyyət  adlandmrlar. 

Mənəvi mədəniyyət məhsulları da çox vaxt maddi forma kəsb 

edirlər. Başqa sözlə, mədəniyyət ünsürü cismanidirsə - o maddi 

mədəniyyət,  əgər  o  ideyalar,  obrazlar,  nəzəriyyələr  və  b. 

formada mövcud olursa  -  o halda o mənəvi mədəniyyət hesab 

edilir., 

Cəmiyyətdə  insanlar  tərəfindən  yaradılan  maddi  sərvətlər 

mədəniyyətin  mövcudluğunun  yalnız  xarici  formasıdır.  Onun 

əsl məzmunu isə insanın özünün inkişafındadır. 

Maddi  mədəniyyət  insanın  praktiki  cəhətdən  təbiəti 

mənimsəmək  səviyyəsinin  göstəricisidir.  Mənəvi  mədəniyyətə 

isə  elm  və  onun  nailiyyətlərinin  istehsala  və  məişətə  tətbiq 

edilməsi  dərəcəsi,  təhsilin  səviyyəsi  və  keyfiyyəti,  maarifin 

vəziyyəti,  tibbi  xidmət,  incəsənət,  əxlaq  normaları,  insanların 

davranışı,  onların  tələbat  və  maraqlarının  inkişaf  səviyyəsi 

daxildir. 

Mədəniyyətin  sabit  tərəfi  mədəni  ənənələrdir.  Mədəni 

ənənələrin diapazonu nə qədər zəngin və genişdirsə, bütövlükdə 

bəşəriyyətin mənəvi həyatı da o qədər zəngindir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   523   524   525   526   527   528   529   530   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə