Nəsirəddin Tusidir.^^
O, dünya şöhrətli Marağa
rəsədxanasının əsasını qoymuş astronom, riyaziyyatçı,
coğrafiyaçı, filosof-şair olmuşdur. N.Tusinin fəlsəfi fikirləri
Bəhmənyar yaradıcılığının təsiri altında formalaşmışdı. O, İbn
Sinanın fəlsəfəsini geniş təfsir etmiş, orijinal fikirlər irəli
sürmüş, mükəmməl əxlaqi-etik sistem yaratmış, məntiqə həsr
edilmiş bir sıra əsərlər yazmışdır.
N.Tusi varlıqları iki qismə bölürdü: insanların şəxsi
iradəsindən asılı olmayanlar və insanlann iradəsindən asılı
olanlar. O, müvafiq olaraq elmləri də iki qrupa bölürdü: 1)
insanın iradəsindən asılı olmayanlan alim nəzəri hikmət
adlandınrdı. Buraya Tusi aşağıdakı elmləri daxil edirdi:
ilahiyyat və ilkin fəlsəfə, riyaziyyat, təbiət elmləri. 2) insanlann
iradəsindən asılı olanlan Tusi əməli hikmət adlandırırdı. Əməli
hikməti o, üç qismə bölürdü: əxlaqın saflaşdınlması, evqurma
qaydaları, şəhərsalma siyasəti.
N.Tusi geniş elmi-təbii, fəlsəfi görüşlərlə yanaşı ictimai-
siyasi məsələlərə aid qiymətli fikirlər də söyləmişdir. Onun
siyasət, hüquq və dövlət haqqında yazdıqlan əsasən «Əxlaqi-
Nasiri» əsərində toplanmışdı. N.Tusinin dediyinə görə
insanların əməlləri iki yerə - xeyir və şərə bölündüyü kimi insan
icmaları da buna uyğun olaraq iki yerə bölünür: səbəbi xeyir
olanlar və səbəbi şər olanlar.
Dostları ilə paylaş: |