2.
Sufizm (təsəvvüf)
Təsəwüf (sufizm) müsəlman Şərqi ölkələrinin, o cümlədən
Azərbaycanın fəlsəfə tarixində böyük yer tutur.
Azərbaycanda
Eynəlgüzat Miyanəci
(öl. 1132) sufizm
fəlsəfəsinin özünəməxsus sistemini işləyib hazırlamışdı. Onun
sistemində sufi ideyalan ilə ərəbdilli peripatetizmin təbii-elmi
görüşləri arasında sıx əlaqə yaradılmışdı.
Azərbaycanda sufizmin görkəmli nümayəndələri həmçinin
Baba Kuhi Bakuvi
(öl. 1051) və
Mahmud Şəbüstari
(öl. 1320)
olmuşdur.
Bakuvi dünyada vahid varlığın mövcud olduğunu və bu
varlıqdan kənarda heç nəyin olmadığını təsdiq edirdi. Vahidliyi
Bakuvi vəhdəti-vücud kimi başa düşürdü. Bu vəhdəti yalnız
Allah təmin edir. Yalnız Allah mövcuddur, onun varlığından
başqa heç bir varlıq yoxdur, bu birlikdən kənarda heç nə
mövcud ola bilməz. \
M.Şəbüstərinin təfəkkür tərzinin çıxış nöqtəsini və əsas
istiqamətini bütün mövcudatın təsəvvüf baxımından izahı təşkil
edir. O, müstəqil varlıq kimi insanın Allaha qovuşmasının
mümkün olmadığını deyirdi. O, sübut edirdi ki, insanın müstəqil
varlıq olması fikri varlığın vəhdəti təliminə ziddir. Onun
fikrincə yuxarıdakı konsepsiya ilə razılaşsaq, onda varlığın iki
forması olduğunu qəbul etməliyik, yəni Allahın varlığı və
insanın varlığı. Bu isə yolverilməzdir. Allahda yaradan və
yaradılan birləşib, ona görə də insanı yalnız Allahla vəhdətdə
şərh etməliyik.
Dostları ilə paylaş: |