Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə127/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   123   124   125   126   127   128   129   130   ...   540
1027 (1)

Fəzlul- 

lah  Nəimidir

  (1339-1394).  Onun  təliminin  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  mistik  dünyagörüşü  sisteminə  yeni  tərkib  hissə 

daxil etmişdi. 

Hürufiliyin  görkəmli  təmsilçilərindən  biri  də  böyük 

Azərbaycan  şairi 



İmadəddin  Nəsimidir

  (1369-1417).  Onun 

dünyagörüşü hürufilik ilə məhdudlaşmır və bütövlükdə təsəvvüf 

fəlsəfəsini əhatə edir. 

Rəsmi  dini  təlimin  əsas  tələblərindən  kənara  çıxan  fikir 

təbliğ  etdiyinə  görə  Nəsimi  Suriyanın  Hələb  şəhərində  edam 

edilmişdi.  O,  əslində  qatı  dindar  olub.  Nəsimi  Allahı  nəinki 

inkar  etməyib,  əksinə  öz  varlığını  Allaha  qovuşduraraq  yox 

etməyə  çalışıb.  Onun  dünyagörüşünə  məşhur  İlahi  eşq  şairi 

Mənsur  əl-Həllacm  (859-912)  Ənəlhaq  (Mən  Həqiqətəm) 

təliminin həlledici təsiri olmuşdu. Nəsimi göstərirdi ki, insan öz 

mənliyindən  imtina  edib  Allahla  birləşəndən  sonra  yalnız  bir 

Mən - Allah qalır. Onun əsərlərində «Haqq» (Allah) ilə «cümlə 

aləm»  arasındakı  vəhdət  üçün  «İnsan»  (Mən)  anlayışı  vasitə 

olur.  İnsan  ən  geniş  mənada  Allah,  həm  də  «cümlə  aləm»dir. 

Lakin  hər  insan  yox,  ən  kamil,  təmiz  mənəviyyata  nail  olub 

ilahiyyata  qovuşan  insan  belə  çıxış  edə  bilər.  Belə  «Mən» 

«Haqq» (Allah) ilə eyniləşdirilir: 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə