Mənsur ənəlhəq ayidər, yəniki,
Həq mənəm Həq,
Surəti Rəhman buldum, surəti-Rəhman mənəm.
Mən həm də bütün dünyanı əhatə edir:
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən Həqqa məkan, məkan mənəm, mən!
Mən cümlə cahanü kainətəm.
Mən dövrü zaman, zaman mənəm, mən!
«Mən» (Allah) kainata yerləşmir, əksinə, bütün kainatı
özündə yerləşdirir. «Sığmazam» rədifli qəzəl bu münasibətlə
deyilmişdi:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.
Əlbəttə «Gövhəri laməkan» (məkansız substansiya), yəni
Allah öz yaratdığı iki dünyaya (bu dünya və o dünyaya) və
«kövnü məkana» (var olan məkana) sığa bilməz.
Dostları ilə paylaş: