N.Tusinin dövlətin yaranması haqqındakı fikirləri də
maraqlıdır. O, yazırdı: «Dövlətin bünövrəsi ittifaqdır. Bunun
səbəbi odur ki, hər adamın gücü təklikdə az olur. Hamısı ittifaq
bağlayıb çoxaldıqca onlann qüvvələri ən azı hər adamın gücü
qədər artiD>.®^ Bir qrup adam qələbə çalıb hakimiyyəti ələ
alsa, nizam-intizam yaradıb əhali ilə xoş rəftar etsə, ədalətli olsa,
etibar qazansa onların dövləti nisbətən çox yaşaya bilər, əks
halda dağılar. N.Tusi ilahi ədaləti ən yüksək ədalət hesab edir,
insana ədalət ruhunun Allah tərəfindən verildiyini göstərirdi.
Dostları ilə paylaş: