IV
BOLMƏ
Cəmiyyət və insan fəlsəfəsi
1. Sosial fəlsəfə
1.1.
Sosial fəlsəfənin ümumi özəllikləri
Sosial fəlsəfə ictimai həyatın ayrı-ayrı tərəflərini və
proseslərini deyil, onu qarşılıqlı təsirdə və əlaqədə olan bütün
tərəfləri ilə birlikdə bütöv bir proses kimi öyrənir. Deməli, sosial
fəlsəfə ictimai inkişafın ümumi nəzəriyyəsi kimi çıxış edir; onun
özünün xüsusi tarixi təfəkkür təcrübəsi olmalıdır. Bununla yanaşı
o bu təcrübəni öyrənməli, onu özünün tədqiqat obyektinə
çevirməlidir.
Cəmiyyət haqqında idealist görüş fəlsəfə tarixinin bütün
mərhələlərində çox geniş yayılıb. Belə görüş təsdiq edir ki,
ictimai həyatın bütün hadisələri son nəticədə mənəvi
başlanğıcdan asılıdır. (Mütləq ideya, görkəmli şəxsiyyətlərin,
qəhrəmanların, rəhbərlərin və başqalarının iradəsi). Bir çox
böyük mütəfəkkirlərin fikrincə, insan fəaliyyəti adətən mənəvi
sahə ilə məhdudlaşır, köklü, zəruri ictimai dəyişikliklər isə -
cəmiyyətin mənəvi sferasının dəyişməsindən asılıdır.
İnsanlar üçün aşağıdakı sualların cavabını bilmək çox
vacibdir: cəmiyyətdə baş verən dəyişikliklər təsadüfıdirmi? Tarix
bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı hadisələrin baş verməsi-
dirnıi? İctimai hadisələr arasında müəyyən qarşılıqlı əlaqə
mövcuddurmu və tarixin gedişi zəruri və qanunauyğun xarakter
daşıyırmı? Bu suallara ən aydın və sadə cavabı ilk dəfə din
veribdir: hər şey Allah tərəfindən müəyyənləşib və onun
iradəsindən asılıdır. İnsan Allah tərəfindən yaradılıb və onun
taleyi də Allahdan asılıdır. İnsanların bir hissəsinin zəngin, bir
hissəsinin kasıb yaşaması da ilahi iradənin işidir.
İdealist fəlsəfə çox hallarda birbaşa Allaha müraciət etmir.
İdealist filosoflar hesab edirlər ki, cəmiyyətdə hər şey şüurdan
asılıdır, dünyanı ideyalar idarə edir. Bu şüur, ideya həm insandan
asılı olmayan, hətta onun yaranmasından əvvəl mövcud
331
olan şüur (obyektiv idealizm), həm də insanın şüuru, ideyası,
onun öz mənliyinin təzahürü ola bilər (subyektiv idealizm).
İdealistlərin çoxu hesab edir ki, cəmiyyət və onun inkişafı
prinsip etibarilə dərkedilməzdir, çox şeylər təsadüflərdən, insan
şüurunun çıxardığı bu və ya digər nəticələrdən asılıdır. Onlar
deyirlər ki, cəmiyyət təbiət kimi deyil, burada insan şüurundan
kənarda heç bir obyektiv qanun və inkişaf ola bilməz.
Göstərmək lazımdır ki, sosial hadisələrin izah edilməsi işində
idealist mütəfəkkirlərin əldə etdiyi elmi nailiyyət sosial- fəlsəfi
fikrin irəliyə doğru sonrakı hərəkətini şərtləndirdi.
İndiki dövrdə bizə hansı sosial fəlsəfə lazımdır? Əlbəttə,
«sülh fəlsəfəsi», «keçid dövrünün fəlsəfəsi», «milli həmrəylik
fəlsəfəsi» və s. adlandırılan sahələr sosial fəlsəfənin ayrı-ayrı
fraqmentləri olsa da, sözün əsl mənasında fəlsəfə deyil. Bizim
müasir həyatımızın fəlsəfi cəhətdən əsaslandırılması o zaman
mümkün olacaq ki, humanizm dəyərlərinin və demokratiyanın
həyata keçirilməsinə yol açmağa qadir olan yeni tarix fəlsəfəsi
yaradılsın. Humanizm və demokratiyaya zidd siyasət və onun
yaratdığı mənəvi, o cümlədən fəlsəfi atmosfer gec-tez iflasa
uğrayır. Böyük fəlsəfi və etik ideyalar isə ağır sınaqlara məruz
qalsalar da keçici olmur və əbədi yaşayır.
Dostları ilə paylaş: