sanlann özündən asılı olmur. Ona görə də bu münasibətlərdə bir
damla maddə olmasa da onları marksistlər maddi münasibətlər
adlandırırlar.
Beləliklə, K.Marks və F.Engels tərəfindən işlənib hazırlanan
tarixə materialist baxış bir sistem kimi aşağıdakı müddəaları
özündə birləşdirir: tarix - qanunauyğun prosesdir; maddi istehsal
tarixi - prosesin əsasıdır; bazis - üstqurumu müəyyən edir (yəni
maddi münasibətlər ideoloji münasibətləri şərtləndirir); tarixdə
həlledici rolu xalq kütləsi oynayır; ictimai varlıq ictimai şüuru
müəyyən edir.
Marksizmin tənqidçiləri tarixi materializmi fatalizmdə
günahlandırırlar (zərurətin hökmranlığı, hər şeyin əvvəlcədən
müəyyənləşməsi - alın yazısı). Əgər cəmiyyətdə hər hansı
vəziyyətin yaranması üçün obyektiv zərurət varsa, əgər bu
vəziyyət zəruri olaraq cəmiyyətin maddi şəraitindən doğursa,
onda insan zərurətin passiv alətinə çevrilir və onun fəaliyyəti
yaradıcı müstəqillikdən məhrum olur.
Dostları ilə paylaş: