Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə375/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   371   372   373   374   375   376   377   378   ...   540
1027 (1)

Əvvəlcədən  görmək

  gələcək  haqqında  bilikdir,  yəni 

gerçəklikdə  hələ  mövcud  olmayan,  lakin  inkişafın  gözlənilən 

gedişinin  obyektiv  və  subyektiv  zəmini  formasında  potensial 

olaraq  hal-hazırda  mövcud  olan  haqqında  bilikdir.  Əvvəlcədən 

görməyin qnoseoloji əsasını şüurun gerçəkliyi qabaqlayaraq əks 

etdirmək qabiliyyəti təşkil edir. 

Nisbətən yaxın gələcək haqqında elmin əlində çoxlu konkret 

məlumatlar var ki, onlar 20-30 il öncədən əsaslandırılmış, dürüst 

proqnoz

  vermək  imkanı  yaradır.  Məsələn,  demoqraflar  inamla 

göstərirlər ki,  2025-ci  ildə dünyada 8 milyard  adam  yaşayacaq. 

30-40  il  əvvəldən  dünyanın  mineral  xammal  ehtiyatı  da 

müəyyənləşdirilir. 

Proqnozlaşdırmaq  -  sosial  sferada  əvvəlcədən  görməyin  bir 

forması  kimi  ehtimal  etmək,  planlaşdırmaq,  proqramlaşdırmaq, 

layihələşdirmək, idarə etmək ilə əlaqədədir. 

İzah  etmək  və  qabaqcadan  xəbər  vermək  nəzəriyyənin  əsas 

funksiyasıdır və bir-biri ilə qınlmaz surətdə bağlıdır. Bu qarşılıqlı 

əlaqə  hər  şeydən  əvvəl  onunla  şərtlənir  ki,  izah  etmək  və 

qabaqcadan  xəbər  vermək  mahiyyəti  bilməyə  əsaslanır,  bu  isə 

mahiyyətin  təzahür  etməsini,  obyektin  fəaliyyət  və  inkişafının 

qanunauyğunluqlarını  izah  etmək,  onun  gələcək  vəziyyətini 

proqnozlaşdırmaq  imkanı  yaradır.  Nəzəriyyənin  izahı  nə  qədər 

dolğun və dərin olarsa, qabaqcadan xəbər vermək də bir o qədər 

etibarlı və dəqiq olar. 

İnsanın  öz  əməli  fəaliyyətinin  nəticələrini  əvvəlcədən 

görmək,  gələcək  real  obyektlərin  ideal  modelini  yaratmaq 

qabiliyyəti  imkan  və  gerçəkliyin  dialektikasında  özünün  nəzəri 

əsasını tapır. Gələcək çox imkanlardan biri kimi çıxış edir; bu 

337 



imkan gerçəklikdə gizlənir, insan zəkası vasitəsilə üzə çıxarılır, 

tələb formasında dəqiq ifadə edilir və məqsəd kimi irəli sürülür. 

İmkanı  reallaşdırmaq,  gerçəyə  çevinnək  əməli  fəaliyyət 

prosesində həyata keçirilir. 

Elmi öncədəngörmə gələcəyi tamamilə dəqiq və tam bilmək, 

özünün  mütləq  həqiqət  olması  iddiasında  deyil.  Hətta  diqqətlə 

yoxlanılan  və  ölçülüb-biçilmiş  proqnozlar  yalnız  müəyyən 

dərəcədə özünü doğruldur. Beləliklə, elmi öncədəngörmə ehtimal 

olunan bilikdir. 

Futurologiya

  (lat.  «futurum»  -  gələcək,  yun.  «logos»  -  söz, 

təlim)  hərfi  mənada  gələcək  haqqında  təlim  deməkdir;  geniş 

mənada  futurologiya  vəziyyətin  gələcəyi  haqqında  təsəvvürlər 

məcmusudur, dar mənada isə sosial proseslərin gələcəyini əhatə 

edən  elmi  bilik  sahəsidir.  Futurologiya  tez-tez  proqnoz- 

laşdırmanın sinonimi kimi işlədilir. 

Bir  çox  filosoflar  gələcəyi  elmi  baxımdan  görməyi 

ümumiyyətlə  inkar  edirlər.  Məsələn,  K.Popper  gələcəyi 

əvvəlcədən görməyin mümkünsüzlüyünü sübut edir, çünki onun 

fikrincə,  tarixi  prosesin  vahid  məntiqi  yoxdur,  indi  baş  verən 

tarixi  hadisə  özünə  qapanmış  fraqmentdir  və  yalnız  empirik 

fraqment kimi dərk edilə bilər. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə