Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə376/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   372   373   374   375   376   377   378   379   ...   540
1027 (1)

2. Cəmiyyət 

və 


onun tarixinin 

fəlsəfi 


təhlili 

2.1.

 

Tarixin fəlsəfəsi 

«Tarixin fəlsəfəsi» termini fransız maarifçisi Volterə məxsus 

olsa  da,  tarixi  inkişafın  ümumi  qanunları  haqqında  məsələni 

birinei dəfə alman maarifçisi İohan Qotfrid Herder (1744- 1803) 

«Bəşəriyyətin tarix fəlsəfəsi ideyasına dair» (1784) əsərində irəli 

sürmüşdür.  O,  həm  də  belə  bir  fikri  əsaslandırırdı  ki,  bütün 

xalqların  iştirak  etdiyi  və  nəticədə  vahid  ümumbəşəri  gələcəyə 

aparan ümumi tarixi proses baş verir. 

«Tarix» deyəndə daha çox: 1) ümumiyyətlə keçmiş

2)

 



keçmişin  yazılı  şəkildə  təsviri;  3)  keçmişin  öyrənilməsi  ilə 

bilavasitə əlaqədə olan peşəkar akademik fənn nəzərdə tutulur. 



338 


Avropa filosoflarının fikrincə tarixin fəlsəfəsi üç mərhələdən 

keçib:  Hegelə  qədər  olan  dövr,  Hegel  dövrü  və  ondan  sonra 

başlayıb indiyə qədər davam edən müasir dövr. 

Fransız sosioloqu R.Aron (1905-1983) yazır: «Ənənəvi tarix 

fəlsəfəsi Hegelin sistemində yekunlaşır. Tarixin müasir fəlsəfəsi 

hegelçilikdən imtina ilə başlayır. İdeal indi bəşəriyyətin təşəkkül 

tapmasının mənasını dərhal müəyyən etmək deyil, və filosof da 

artıq özünü əvvəldən görməyin (bəsirət) sirlərini saxlayan hesab 

etmir».^ 

Kant fəlsəfəni keçmişi mühakimə edən və məqsədi göstərən 

etika ilə qarışdırır, Hegel nə baş vermişsə onunla da kifayətlənir, 

Marks  müasir  dünyadakı  ziddiyyətlərin  müəyyənləşdirdiyi 

gələcəyi yozur. 

Tarixçini isə tarixin məqsədi maraqlandırmır. O, hadisələri və 

onların  nəticələrini  izləyir,  hərəkətin  az  və  ya  çox  adekvat 

zəruriliyini  və  yaxud  əksinə,  hadisələrin  sərbəst  axannda  baş 

verən  gözlənilməyən  halları  üzə  çıxarır.  Deməli,  tarixçi  faktları 

üzə çıxarır və bərpa edir, filosof isə faktları təhlil edir və qiymət 

verir;  tarixçi  keçmiş dünyanı  yenidən quraşdırır,  filosof isə ona 

tənqidi 


münasibət 

bəsləyir 

və 

öz 


mühakimələrini 

məhdudlaşdırmır.  Bununla  yanaşı  sosial  fəlsəfənin  obyekt  və 

subyekti tarixin obyekt və subyektindən fərqlənmir. İnsan idrakı 

da elə tarixin insan tərəfindən dərk edilməsidir. Ona görə ki, insan 

tarixi  varlıqdır  və  yalnız  tarix  vasitəsilə  öz  həyatının  son-  lu 

olmasını dərk edir. 

Tarixin XX əsr fəlsəfəsində əsas aparıcı tendensiyalardan biri 

bütün  mövcudatın  universal  tarixilik  ideyasına  malik  olması 

ideyasıdır. Belə hesab edirik ki, tarixilik anlayışı ilk dəfə Hegelin 

fəlsəfəsində  əsaslandırılıb.  Hegeldə  söhbət  ilk  növbədə  «yalnız 

tarixilik» adlanan xarici və təsadüfi tərəfin əksinə olaraq ağıl və 

zərurətə  əsaslanan  tarixi  anlayış  məntiq  ilə  eyni-  ləşdirilərək 

«əsl», «həqiqi» tarixilikdən söhbət gedir. 

Tarixi  obyektivizmi  tənqid  edən  K.Yaspers  təsdiqləyirdi  ki, 

tarix xarici «obyekt» kimi insana qarşı duran formada dərk edi- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə