Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə384/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   380   381   382   383   384   385   386   387   ...   540
1027 (1)

347 


min 

0

  qədər  də  çox  işlədilmirdi.  O  dövrə  qədər  «inqilab» 

(«revolyusiya») termini əsasən öz əvvəlki mənasını saxlamışdır: 

«dairəvi  hərəkət»  (ingiliscə  «revolve»  -  fırlama  deməkdir). 

Amerikan və fransız liderləri həqiqətən inanırdılar ki, onlar təbii 

vəziyyətə qayıdırlar. Onlar bəyan edirdilər ki, bütün insanlar azad 

və  bərabər  doğulurlar,  lakin  sonra  onlar  kral  və  başqa  yalançı 

hökmdarların  zülmü  altına  düşürlər;  inqilab  xoşbəxt  təbii 

vəziyyəti bərpa etmək vasitəsi olmalıdır. 

70  ildən  çox  bütün  Sovet  İttifaqında  olduğu  kimi 

Azərbaycanda da sosial inqilab haqqında marksist təlim ictimai 

və elmi fikirdə hökmran mövqe tutmuşdur. K.Marksın aşağıdakı 

fikri  rəsmi  göstəriş  kimi  qəbul  edilirdi:  «Öz  inkişafının  məlum 

mərhələsində  maddi  məhsuldar  qüvvələr  mövcud  istehsal 

münasibətləri ilə ziddiyyətə girirlər... Bu münasibətlər məhsuldar 

qüvvələrin  inkişaf  formasından  onların  buxovuna  çevrilir.  Bu 

vaxt sosial inqilab dövrü başlayır».^ Marksistlər hesab edirlər ki

sosial inqilab olmadan heç bir sosial-iqtisadi formasiya özündən 

əvvəl gələn formasiyanın yerini tuta bilməz. 

İnqilab - mövcud quruluşun əsaslannı sarsıdan, sosial-siyasi 

həyatın  bütün  sahələrinin  və  ya  çox  hissəsinin  kompleksli 

dəyişdirilməsidir.  İnqilab  sıçrayışlı  xarakter  daşıyır  və 

cəmiyyətin  bir  keyfiyyət  vəziyyətindən  başqasına  keçməsidir. 

İnqilabın  sosial,  elmi,  dini,  idarəetmə,  texniki,  siyasi,  iqtisadi, 

mədəni  formaları  var.  Sosial  və  siyasi  inqilablar  sosial-siyasi 

quruluşun dəyişməsinə səbəb olur, başqa formalar isə eyni sosial 

quruluş çərçivəsində də baş verə bilər. 

Hər  bir  inqilab  sıçrayışdır,  lakin  hər  sıçrayış  inqilab  deyil. 

İnqilabi sıçrayış öz kəskinləşməsi ilə sistemin əsas ziddiyyətinə 

toxunur.  İnqilab  yalnız  mütərəqqi  inkişaf  ilə,  ibtidaidən  aliyə 

keçid  ilə  əlaqələndirilir.  Əgər  sıçrayış,  ziddiyyətlərin  həll 

edilməsi,  keçmişin  inkan  geriyə  aparırsa,  əgər  ictimai  sistemi 

yüksək inkişaf səviyyəsindən aşağıya sürükləyirsə, belə sıçrayış 

inqilabi dəyişiklik xüsusiyyətini itirir. 

Bəzi  siyasətçilər  inqilabı  guya  sürətləndirmək  üçün  bəzən 

«tezləşdirilmiş vaxt» mifindən istifadə edirlər. «Böyük sıçra- 

K.MapKC II 3ıırenbC. CoHHHCHHfl, T.I3, 

c.7. 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   380   381   382   383   384   385   386   387   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə