Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


•* К.Ясперс. Смысл и познание истории. М., 1994, с.240



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə380/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   376   377   378   379   380   381   382   383   ...   540
1027 (1)

•* К.Ясперс. Смысл и познание истории. М., 1994, с.240. 

^ Р.Дж.Коллингвул. Идея истории. Автобиография. М.. 1980, с.122. 

341 


2.2.

 

Cəmiyyət tarixi proses kimi 

A.

 



Ümumdünya tarixinin əsas pillələrinin 

müəyyən edilməsi problemi 

Marksizmin ictimai-iqtisadi formasiya anlayışı.

 Cəmiyyətin 

bütün tərəfləri - istehsal üsulu, elmin vəziyyəti, incəsənət, mənəvi 

sferanın bütün müxtəlifliyi və dəyərləri, insanların həyat tərzi ilə 

birlikdə  götürülən sosial sistemin  keyfiyyətcə müəyyən, tarixən 

konkret  tipi  -  ictimai-iqtisadi  formasiya  adlanır.  Marksa  görə 

ictimai-iqtisadi  formasiyaların  tarixi  tipləri  aşağıdakılardır: 

ibtidai  icma,  quldarlıq,  feodal,  kapitalist,  kommunist 

cəmiyyətləri. 

«Formasiya»  (lat.  «formatio»  -  əmələ  gəlmə,  törəmə) 

terminini  Marks  geologiya  elmindən  götürmüşdü.  Bu  elmdəki 

«formasiya» kateqoriyası ilə fəlsəfədə «formasiya» kateqoriyası 

arasında  oxşarlıq  ondan  ibarətdir  ki,  hər  iki  halda  söhbət  təşkil 

olunmuş bir şeyin, törəmənin dəyişməsindən gedir (geologiyada - 

Yerin süxur qatları, fəlsəfədə - cəmijo^ətin inkişaf mərhələləri). 

İlk dəfə «formasiya» sözü K.Marksm «Lüi Bo- napartın on səkkiz 

brümeri» kitabında işlədilmişdi. 

Ümumdünya tarixinin gedişində sosial orqanizmin bir dünya 

sistemi başqası ilə əvəz olunur. Tarixdə aparıcı rol yeni yaranan 

sistemə  keçir.  Sistemlərin  dəyişməsi  ilə  bərabər  dünya  tarixinin 

dövrləri də dəyişir. 

Marksistlərin fikrincə, tarixdə «təmiz» şəkildə ictimai-iqtisadi 

formasiya  mövcud  olmur.  Hər  bir  cəmiyyət  keçmiş  və  hətta 

gələcək formasiyanın elementlərini ehtiva edir. 

İctimai-iqtisadi  formasiya  kateqoriyası  ictimai  inkişafın 

müəyyən tarixi pilləsini, konkret cəmiyyətin tarixi tipini, ictimai 

quruluşu ifadə edir. Marksistlərin dediyinə görə, məhz keyfiyyət 

müəyyənliyinə  istiqamətləndiyi  üçün  bu  kateqoriya  bütövün 

bütün tərkib hissələrini nəzərə almağı tələb edir, çünki onlardan 

hətta birini də unutmaq bütöv haqqında düzgün məlumat almağa 

imkan vermir. 

Elə bir cəmiyyət yoxdur ki, başqasını olduğu kimi dəqiq, xırda 

hissələri ilə birlikdə təkrar etsin. Belə müxtəlif olduqları 

342 



və  bir-birinə  oxşamadıqları  üçün  cəmiyyətlər  özlərində  çoxlu 

mümkün inkişaf variantlarını birləşdirirlər. 

Marksist filosoflar təsdiq edirlər ki, ictimai-iqtisadi formasiya 

kateqoriyası  imkan  verir  ki,  bütün  konkret  tarixi  müxtəliflik 

arasında  tarixi  prosesin  özünəməxsus  xırda  hissələrindən  təcrid 

olunaraq, inkişaf məntiqində onu yenidən quraşdırmaq mümkün 

olsun. 

Bəzi xalqlar formasiya inkişafının bu və ya başqa mərhələsini 

keçməsələr də, tarixi proses bütövlükdə ardıcıl olaraq bir- birini 

əvəz edən mütərəqqi formasiya tipləri ilə müəyyən edilir və bu 

proses  tarixin  irəliyə  doğru  mütərəqqi  hərəkətini  ifadə  edir. 

Formasiya  adı  altında  Marks  məhz  bəşəriyyətin  yüksələn 

mütərəqqi inkişafının böyük mərhələlərini başa düşürdü. 

Bir  tərəfdən,  ictimai-iqtisadi  formasiya  kateqoriyası  ictimai 

inkişafın  bir  pilləsini  o  birilərindən  ayırmaq,  ictimai  inkişafın 

eyni pilləsində olan müxtəlif xalqların tarixindəki ümumi, təkrar 

olunan  cəhətləri  müəyyən  etmək,  yəni  konkret  tarixi  tipləri  və 

istehsal  üsulunun  fonnalarmı  bir-birindən  ayırmaq,  nəhayət 

bütövlükdə  cəmiyyət  həyatını  müəyyənləşdirmək  üçün  meyar 

(kriteri)  rolunu  oynayır.  O  biri  tərəfdən,  bu  kateqoriya  dünya 

tarixini özünün mütərəqqi inkişaf çərçivəsində dövrlərə bölmək 

imkanı verir. 

Bəşəriyyət  tarixi  ayrı-ayrı  cəmiyyətlərin  tarixindən  yaransa 

da,  bir  tam  kimi  çıxış  edir.  İctimai-iqtisadi  formasiya 

nəzəriyyəsində  məhz  ayrılıqda  götürülmüş  sosial  orqanizmin 

inkişafı  deyil,  birlikdə  götürülmüş  sosial  orqanizmlərin 

bütövlükdə  qanunauyğun  inkişafı,  yəni  bütöv,  tam  kimi  bütün 

insan cəmiyyətinin təkamülü ifadə edilir. 

Marksistlər  hesab  edirlər  ki,  bununla  yanaşı  yalnız  ictimai- 

iqtisadi  formasiya  nəzəriyyəsi  mövqeyindən  tarixi  faktları  başa 

düşmək,  tarixi  prosesin  mərhələlərinin  xüsusiyyətlərini,  tarixi 

dövrləri,  bölgələrin  və  ayrı-ayrı  ölkələrin  ictimai  inkişafını, 

həmçinin  bu  və  ya  başqa  səbəblər  üzündən  inkişafı  keçmiş 

dövrlərdə  ləngiyən  xalqların  tərəqqi  yollarını  aydınlaşdırmaq 

olar. 

343 



Bu  konsepsiya  Qərbi  Avropanın  nəzəri  fikri  çərçivəsində 

meydana  gəlmiş  və  formalaşmışdı.  Avropanın  tarixi  yolunun 

ümumiləşdirilməsi  kimi  irəli  sürülən  formasiya  nəzəriyyəsi 

sonralar  sadəcə  olaraq,  heç  bir  qeyd-şərtsiz  bütün  dünyaya  aid 

edilmişdi. 

Tarixi  inkişafın  sonrakı  gedişi  Marksm  formasiya 

nəzəriyyəsinin  universal  xarakter  daşıdığı  fikrinin  əsassız 

olduğunu göstərdi. Doğrudur, 70 ildən çox bir müddətdə keçmiş 

Sovet  İttifaqında  qəti,  ehkamçı  (doqmatik)  tarixi-fəlsəfi  sxem  - 

beş formasiya sxemi hökmran olmuşdu. Bu təlimi bayağı şəkildə 

izah edən, onu bütün ölkələr və xalqlar üçün ümumi, məcburi yol 

hesab  edən  nəzəriyyəçilər  yaddan  çıxarırdılar  ki,  Marksm  özü 

belə «ümumi yol»un labüdlüyünü, bütün xalqların hök- mən, tale 

qisməti kimi bu yolla getməsini inkar etmişdir. 

K.Marks üç böyük ictimai  formasiyanın  olduğunu demişdir. 

Son  variantda*’  o,  aşağıdakı  formasiyalan  ayırır:  ilk  -  ictimai 

formasiya (ümumi mülkiyyət), ikinci - ictimai formasiya (xüsusi 

mülkiyyət)  və  üçüncü  -  ictimai  formasiya  (ictimai  mülkiyyət). 

Bununla belə  yalnız ikinci  formasiya  iqtisadi-ictimai  formasiya 

kimi  xarakterizə  edilir.  Bu  formasiyanın  ardıcıl  mütərəqqi 

mərhələləri  kimi  ümumi  şəkildə  Asiya,  antik,  feodal  və  buıjua 

istehsal  üsullanm  ayırmışdır.  Bu  dövrləri  də  o,  dar  mənada 

ictimai formasiya adlandırırdı. 

Lakin XX  əsr marksistlərinin əksəriyyəti hesab  edirdilər ki, 

hər bir cəmiyyət guya bu və ya digər dərəcədə beş formasiyadan 

birinin xarakterinə uyğun gələn əlamətlərə malikdir. Əgər tarixi 

gerçəkliyin  «ideal  tipə»  uyğun  gəlməsinə  nail  olunması  (belə 

hallar kifayət qədər var) çətin olsa və yaxud heç mümkün olmasa, 

onda  qeyd  edilirdi  ki,  həmin  ictimai  struktur  özünəməxsus 

məhəlli  (lokal)  cəmiyyətdir  və  yaxud  lazımi  ictimai  inkişaf 

səviyyəsinə çatmayan quruluşdur. Belə izahlara baxmayaraq elə 

0 dövrdə də bu nəzəriyyənin universal xarakter daşıdığına şübhə 

vardı. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə