Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə383/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   379   380   381   382   383   384   385   386   ...   540
1027 (1)

informasion cəmiyyət

 də adlandınrlar. Bu 

anlayış  XX  əsrin  60-cı  illərinin  ikinci  yarısında  yarandı  və 

bəşəriyyət  ilk  dəfə  olaraq  informasiya  partlayışının  mövcud 

olduğunu  gördü.  İnformasiyanın  nəhəng  axınına  tab  gətirmək 

üçün onun qaydaya salınması, saxlanması və istifadə edilməsini 

təmin  edən  vasitələr  lazımdır.  Bəşəriyyət  tarixində  yaxınlaşan 

eranı yalnız informasion cəmiyyət deyil, həm də bilik cəmiyyəti, 

postindustrial  cəmiyyət,  infosfera  adlandırmağa  başladılar. 

Yuxarıda  adı  çəkilən  A.Toffler  üç  inqilab  nəzəriyyəsini  işləyib 

hazırladı. Bu nəzəriyyəyə görə bəşəriyyət  artıq aqrar və sənaye 

(industrial)  inqilab  dövrünü  keçib,  indi  isə  informasiya  inqilabı 

ərəfəsindədir. 

Beləliklə,  insan  cəmiyyətinin  stabil,  harmonik  həyat  ümidi 

texnika ilə əlaqələndirilir və texnika məlum mənada özünü aradan 

götürməli,  bəşəriyyəti  texniki  rasionallıq  buxovundan  azad 

etməli,  industrial  dövrün  insanından  daha  humanist  olmalıdır. 

Başqa sözlə, hər şey informasiyaya pərəstiş və onun daxilindəki 

süni intellekt ilə əlaqələndirilir. 

Təhsil  və  elmi  fəaliyyətin  təşkili  sahəsində  əhəmiyyətli 

dəyişikliklər gözlənilir. Yeni informasiya texnologiyası və robo- 

totexniki  sistemlər  sənayedə  əməyin  xarakterini  kökündən 

dəyişir,  bu  sahədə  işləyənlərin  sayını  kəskin  surətdə  azaldır, 

texnologiyanın özünü və istehsalın təşkilini dəyişir. Bütün bunlar 

əhəmiyyətli  dərəcədə  gözlənilməyən  sosial  nəticələrə  gətirib 

çıxara bilər. 

B.

 

Sosial inqilab anlayışı. Təkamül və inqilab 



«İnqilab»  termini  (qəd.lat.  «revolutio»  -  devirmək)  müasir 

anlamda «demokratiya» termini ilə eyni zamanda meydana gəlib. 

Şimali Amerikada və Fransada XVIII  əsrin axırlarında aparılan 

mübarizənin müvəffəqiyyəti tam aydınlığı ilə dünyanın tamamilə 

yeni bir vəziyyətə keçdiyini göstərənə qədər bu ter 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə