Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə385/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   381   382   383   384   385   386   387   388   ...   540
1027 (1)

348 


у  İŞ» 

utopiyası  məhz  belə  yaranmışdır  (Мао  Tszedun:  «On 



il 

gərgin  əmək  -  on  min  il  işıqlı  xoşbəxtlik»;  N.Xruşşov:  «20  ilə 

kommunizm 

qurulacaq»; 

M.Qorbaçovun 

«tezləşdirmə» 

mifologiyası). Tarix göstərir ki, hər bir «böyük sıçrayış» fəlakətlə 

nəticələnir, cəmiyyət geriyə atılır. 

Sankt-Peterburqlu professor C.A.Lantsev yazır: «İnqilab ikili 

xarakter  daşıyır.  Bir  tərəfdən  o  sürətli  və  kompleksli 

modernləşmənin  kifayət  qədər  olmasının  nəticəsidir,  digər 

tərəfdən  isə  -  modemizasiya  prosesinin  özünə  və  onun 

nəticələrinə  qarşı  yönələn  etirazın  təzahürüdür.  İnqilabın  real 

siyasi  nəticələri  onun  başlanğıcda  irəli  sürdüyü  şüara  tamamilə 

zidd  ola  bilər.  Əgər  söhbət  sosial-iqtisadi  modernləşmənin 

vəzifələrindən  gedirsə,  inqilab  hər  hansı  başqa  güclü  ictimai 

sarsıntı  kimi  onların  həyata  keçirilməsini  dayandıra  və  yaxud 

çətinləşdirə bilər. Buna müvafiq olaraq hər bir inqilabı çətin ki, 

ictimai  tərəqqinin  şərtsiz  forması  («lokomativi»)  hesab  etmək 

olar».® 


Sosial  inqilab  ictimai  ziddiyyətləri  həll  edərək  yeni  ictimai 

qüvvələrin hərəkəti üçün geniş imkanlar yaradır, insanların həyat 

tərzini  dəyişərək  onların  yeni  maddi  və  mənəvi  tələbatlarını 

meydana  atır,  sonrakı  ictimai  dəyişikliklər  üçün  perspektivlər 

açır. Bununla yanaşı qeyd etmək lazımdır ki, köhnəni dağıdarkən 

inqilab  çox  vaxt  artıq  formalaşmış  ictimai  strukturun  fəlakətlə 

nəticələnən  parçalanmasına  gətirib  çıxarır,  sosial-siyasi 

ziddiyyətləri  daha  da  kəskinləşdirir,  cəmiyyət  üçün  yeni 

problemlər yaradır. 

İngilis sosioloqu Entoni Giddensin fikrincə inqilab «elə siyasi 

dəyişiklik  prosesidir  ki,  burada  kütləvi  sosial  hərəkatlar  iştirak 

edir;  mövcud  rejimi  müvəffəqiyyətlə  devirmək  və  sonra  yeni 

hökumət  təşkil  etmək  üçün  zorakılıqdan  istifadə  edilir.  İnqilab 

sui-qəsddən  onunla  fərqlənir  ki,  o  kütləvi  xarakter  daşıyır  və 

bütün siyasi sistemdə əhəmiyyətli dəyişikliyə gətirir. Sui-qəsd isə 

idarə sistemində əsaslı dəyişiklik etmədən siyasi lideri dəyişmək 

üçün  hakimiyyətin  silah  gücünə  ələ  keçirilməsidir.  İnqilab 

qiyamdan da fərqlənir, baxmayaraq ki, qiyam da mövcud siyasi 

rejimə meydan oxumaq, təhlükədir, lakin onun 

*

 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə