Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


* Bax: Журн. «Полис», № 3. 2001, c,96



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə386/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   382   383   384   385   386   387   388   389   ...   540
1027 (1)

* Bax: Журн. «Полис», № 3. 2001, c,96. 

349 


məqsədi  daha  çox  siyasi  strukturu  transformasiya  etmək  deyil, 

liderləri dəyişməkdir».’ 

Sosial  tərəqqinin  bir  yolu  da  islahatdır.  İslahat  (reforma) 

mövcud  ictimai  quruluşu  təkmilləşdirmək  yolunda  tədricən  baş 

verən bir sıra ciddi dəyişikliklərə deyilir. 

İnqilab  -  kütləvi  hərəkat  liderləri  tərəfindən  dövlət 

hakimiyyətinin  zorla  ələ  alınması  və  həmin  hakimiyyətdən 

gələcəkdə həyata keçirilməsi planlaşdırılan ciddi sosial-siyasi və 

iqtisadi islahatların gerçəkləşməsi üçün istifadə üsuludur. Məhz 

bu cəhət inqilabı adi çevrilişdən fərqləndirir. Çevriliş zamanı da 

hakimiyyət  zorla  ələ  keçirilir,  lakin  ondan  siyasi  strukturu  və 

sosial  sistemi  dəyişdirmək  üçün  istifadə  edilmir.  İnqilab  geniş 

kütlənin köməyi ilə, çevriliş isə azsaylı qruplar tərəfindən həyata 

keçirilir.  XX  əsrdə  inqilablar  sənaye  cəhətdən  inkişaf  etmiş 

ölkələrdə  deyil,  daha  çox  kənd  təsərrüfatının  üstün  olduğu 

ölkələrdə  baş  verdi.  Məsələn,  Rusiyada  (1917),  Çində  (1949), 

Şimali Vyetnamda (1954) və b. 

İnqilab nəzəriyyələri ilə sosial hərəkat nəzəriyyələri haradasa 

mütləq kəsişirlər. 

İnqilabi  fəallıqdan  başqa  müasir  cəmiyyətlərdə  sosial 

hərəkatların  çoxlu  başqa  formaları  da  mövcuddur.  Onların 

bəzilərinin  uzun  tarixi  var,  başqaları  isə  yenicə  yaranıblar. 

Bütövlükdə  sosial  hərəkatlar  çox  vaxt  qarşı  durduqları  formal 

bürokratik 

təşkilatlar 

kimi 


müasir 

dünyanın 

əsas 

əlamətlərindəndir. 



Sosial hərəkatların əksəriyyəti çoxsaylı olmur, bəzilərində isə 

minlərlə, hətta milyonlarla adam iştirak edir. Bu hərəkatların bir 

qismi qanun çərçivəsində baş verir, digərləri isə qeyri- leqal və ya 

gizli olur. Bəzən sosial hərəkat nəticəsində qanunların hamısı və 

ya  bir  hissəsi  dəyişdirilir.  Məsələn,  tətillərin  təşkili  ilə  məşğul 

olan fəhlə birlikləri o vaxt qanunsuz fəaliyyət göstərirdi və hansı 

ölkədə fəaliyyət göstərməsindən asılı olaraq onları müxtəlif cəza 

növləri gözləyirdi. Lakin sonralar əlaqədar qanunlar dəyişdirilir 

və tətillər istehsalatda baş verən münaqişələrin həll edilməsi üçün 

məqbul taktika hesab edilir. 

ƏTHimeHC. Comıo;ıorna. M.. 

«ƏaıiTOpuajı 

VPCC». 1999. 

c.67I. 


350 


iqtisadi etirazın başqa formaları, məsələn, zavodlarda və yaxud iş 

yerində oturaq tətillər çox ölkələrdə qanunsuz sayılır. 

Cəmiyyətin iqtisadi və siyasi  böhranını ifadə edən obyektiv 

şəraitlərin məcmuu hər zaman inqilaba gətirib çıxarmır. İnqilab 

yalnız 

0

 zaman baş verir ki, obyektiv şəraitə subyektiv şərait də 

birləşir.  Subyektiv  amil  mübarizə  əzmini,  bu  mübarizənin 

məharətlə  təşkil  edilməsini,  onun  iştirakçılarının  şüurlu-  luğu, 

mübarizənin məqsəd və vəzifələrini başa düşməyi əhatə edir. Əks 

halda faciəli nəticə labüddür. 

Sosial  inqilabın  tələblərinin  həyata  keçirilməsi  işində  siyasi 

inqilabın  xüsusi  rolu  var.  Avropanın  ictimai  fikrində 

tədqiqatçıların  çox  hissəsi  siyasi  inqilabı  sosial  inqilab  ilə 

eyniləşdirirdilər.  K.Marks  yazırdı:  «Hər  bir  inqilab 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə