4.2. Şüur və dil
İnsanın həyat fəaliyyəti prosesində şüurun meydana gəlməsi
ilə əlaqədar fikir və ünsiyyətin universal ifadə vasitəsi olan dil
meydana gəlir və formalaşır. Dilin yardımı ilə insanlar arasında
fikir mübadiləsi həyata keçirilir.
Platon demişdi ki, təfəkkür «ruhun özü ilə səssiz danışması-
diD>.
Aristotel isə belə deyirdi: «Beləliklə, səs ahənglərində nə
varsa, təsəvvürlərin qəlbdəki işarələridir, yazılardäkılar isə səs
ahənglərində olanlann işarəsidir. Yazı hamıda eyni olmadığı
kimi, səs ahəngləri də eyni olmur. Lakin, eyni təsəvvürlərə uyğun
əşyalar eyni olduğu kimi, işarələri bilavasitə səs ahənglərindəki
kimi olan qəlbdəki təsəvvürlər də hamıda eynidir».^'
Platonun ideyalarından sonra başlayan və indiyə qədər öz
təsirini saxlayan belə anlayış yarandı: dil və təfəkkür qırılmaz
əlaqələrlə bağlıdır.
Dil və təfəkkürün qarşılıqlı əlaqəsi haqqında əsas müddəalar
bunlardır: 1) şüur və dil öz mənşəyinə görə qarşılıqlı əlaqədədir;
2) dil insanlann zehni fəaliyyətinin baş verdiyi maddi formadır; 3)
öz-özlüyündə dil praktiki, gerçək şüurdur; onun baş funksiyası
insan ünsiyyətinin ən əsas vasitəsi olmasıdır. Dili praktiki şüur
adlandırarkən, hər şeydən əvvəl onun məqsədyönlü, instrumental
fəaliyyətini nəzərdə tuturuq.
Dilin və təfəkkürün ümumiliyi o deməkdir ki, onlar bir-
birindən təcrid olunmuş şəkildə mövcud ola bilməzlər, onlar bir
bütöv halında birləşiblər. Təfəkkürün belə vəhdətdəki xüsusiyyəti
ondan ibarətdir ki, o ruhi fəaliyyətin ali formasıdır və ideal
hadisələr növünə aiddir. Əgər təfəkkür vahidləri (anlayış,
mühakimə və s.) gerçəkliyin ideal obrazıdırsa, dilin vahidləri
(söz, cümlə və s.) əşya və hadisələrin şərti obraz və modelləridir.
Onlar məna (məzmun) və səslənmənin, yazılış formasının
vəhdətidir. Bu vəhdətin maddi tərəfi işarədir.
Dilin aşağıdakı formalanm ayınrlar: ədəbi dil, xalq danışıq
dili, loru dil, ərazi dialekti, sosial dialekt. Dilin formaları daha
Dostları ilə paylaş: