Alfred Adlerin
(1870-
1937) fikirləri də maraqlıdır. O, yazır: «...Təsadüfi və mənasız
xatırlama yoxdur. Yaddaş seçicidir. Biz yalnız o halda bu və ya
digər xatırlamaya qiymət verə bilərik ki, onun məqsəd və
vəzifəsinin nə olduğunu qətiyyətlə deyə bilək. Soruşmaq lazım
deyil ki, biz bir şeyi yadda saxlaya bilirik, başqasmı isə
unuduruq. Biz o hadisələri yada salınq ki, onlan xatırlamaq
konkret psixoloji səbəbə görə bizim üçün vacibdir; çünki bu
xatırlama gözə görünməsə də hər hansı vacib impulsun
yaranmasına kömək edir. Analoji olaraq, hər hansı bir planı
həyata keçirməkdən bizi yayındıran hadisələri yaddan
çıxannq».^®
İradə
(volya) insanın bu və ya digər hərəkətləri icra etmək
üçün şüurlu olaraq müəyyən məqsədə doğru can atmasıdır. Lakin
hər bir şüurlu hərəkət - iradə deyil. İradə aktında əsas məsələ
hərəkətin məqsədini dəyərləndirməyi, həmin məqsədin
şəxsiyyətin prinsip və normalarına nə dərəcədə uyğun gəlməsini
başa düşməkdir.
Volyuntarizm adlanan fəlsəfə iradəni (volyanı) insanın
mənəvi həyatının bütün başqa təzahürlərindən, o cümlədən
təfəkkürdən üstün hesab edir. İradə, insana öz qanunlarını diktə
edən kor, ağılsız dünya başlanğıcı sayılır.
Emosiya
(frans. «emotion» - sarsıdan, həyəcanlandıran) insan
və heyvanların daxili və xarici qıcıqlandırmalara qarşı subyektiv
reaksiyasına deyilir. Belə reaksiya ləzzət almaq və yaxud əksinə,
ilo-ah, sevinmək və ya qorxmaq, sevmək və ya nifrət etmək və s.
formalarda təzahür edir.
Dostları ilə paylaş: |