əsas ilə əlaqəni saxlamalıyıq. Tarixi görüş elə sfera yaradır ki,
orada bizim insan təbiəti haqqında anlayışımız
oyaniD).'*
Bir çox alimlər hesab edirlər ki, tarix insan cəmiyyətinin
inkişaf mərhələlərini konkret faktlar əsasında xronoloji
ardıcıllıqla öyrənən elmdir. Dialektik materializm tərəfdarları
tarixi qanunauyğun, obyektiv, insan iradəsindən asılı olmayan
təbii proses hesab edirlər. İdealist filosoflar isə tarixi inkişafın
əsasında mənəvi başlanğıc - «dünya ağılı», «dünya ruhu»,
görkəmli şəxsiyyətlərin ideyaları olduğunu göstərirlər. Bu barədə
aşağıda bir daha bəhs ediləcək. Ona görə də burada hələlik
pozitivist filosofların fikri ilə kifayətlənirik.
İngilis filosofu və tarixçisi R.C.Kollinqvud (1889-1943)
hesab edirdi ki, «pozitivizmə özünü təbiət elminə xidmət etmək
işinə həsr edən fəlsəfə kimi tərif vermək olar...». Pozitivistlər
hesab edirlər ki, bu fəlsəfə «iki elementdən yaranır: birincisi,
faktların müəyyən edilməsindən; ikincisi, qanunların işlənib
hazırlanmasından.
Faktlar
bilavasitə
hissi
qavrayışda
müəyyənləşir.
Qanunlar
faktların
induksiya
vasitəsilə
ümumiləşdirilməsi yolu ilə aşkar edilir».^ Birinci faktın təsiri
altında pozitivist tarixşünaslıq yaranıb. Pozitivist filosoflar hesab
edirlər ki, bir halda ki, tarix qarşısına faktların sadəcə olaraq
açılması vəzifəsini qoyur, o elm ola bilməz. Təbii-elmi və tarixi
faktlar arasında yanlış oxşatma aparmaq aşağıdakı zəruri
məsələnin qoyuluşunu istisna edir: necə və hansı şəraitdə tarixçi,
onun üçün hissi qavrayış obyekti ola bilməyən, yəni yaddaşdan
çıxıb və yenidən yaradıla bilməyən faktları dərk etməyə qabildir.
Onların fikrinə görə tarixçi faktlara qiymət verməməlidir, onun
vəzifəsi həmin faktlann necə olmasını göstərməkdir.
Hətta, təbiət hadisələrini izah edərkən marksistlərdən başqa
materialist mövqedən çıxış edən filosoflar da tarix sahəsində
idealist olmuşlar, çünki onların fikrincə dünyanı insan ağılı idarə
edir.
•*
•* К.Ясперс. Смысл и познание истории. М., 1994, с.240.
^ Р.Дж.Коллингвул. Идея истории. Автобиография. М.. 1980, с.122.
341
2.2.
Cəmiyyət tarixi proses kimi
A.
Ümumdünya tarixinin əsas pillələrinin
müəyyən edilməsi problemi
Marksizmin ictimai-iqtisadi formasiya anlayışı. Cəmiyyətin
bütün tərəfləri - istehsal üsulu, elmin vəziyyəti, incəsənət, mənəvi
sferanın bütün müxtəlifliyi və dəyərləri, insanların həyat tərzi ilə
birlikdə götürülən sosial sistemin keyfiyyətcə müəyyən, tarixən
konkret tipi - ictimai-iqtisadi formasiya adlanır. Marksa görə
ictimai-iqtisadi formasiyaların tarixi tipləri aşağıdakılardır:
ibtidai icma, quldarlıq, feodal, kapitalist, kommunist
cəmiyyətləri.
«Formasiya» (lat. «formatio» - əmələ gəlmə, törəmə)
terminini Marks geologiya elmindən götürmüşdü. Bu elmdəki
«formasiya» kateqoriyası ilə fəlsəfədə «formasiya» kateqoriyası
arasında oxşarlıq ondan ibarətdir ki, hər iki halda söhbət təşkil
olunmuş bir şeyin, törəmənin dəyişməsindən gedir (geologiyada -
Yerin süxur qatları, fəlsəfədə - cəmijo^ətin inkişaf mərhələləri).
İlk dəfə «formasiya» sözü K.Marksm «Lüi Bo- napartın on səkkiz
brümeri» kitabında işlədilmişdi.
Ümumdünya tarixinin gedişində sosial orqanizmin bir dünya
sistemi başqası ilə əvəz olunur. Tarixdə aparıcı rol yeni yaranan
sistemə keçir. Sistemlərin dəyişməsi ilə bərabər dünya tarixinin
dövrləri də dəyişir.
Marksistlərin fikrincə, tarixdə «təmiz» şəkildə ictimai-iqtisadi
formasiya mövcud olmur. Hər bir cəmiyyət keçmiş və hətta
gələcək formasiyanın elementlərini ehtiva edir.
İctimai-iqtisadi formasiya kateqoriyası ictimai inkişafın
müəyyən tarixi pilləsini, konkret cəmiyyətin tarixi tipini, ictimai
quruluşu ifadə edir. Marksistlərin dediyinə görə, məhz keyfiyyət
müəyyənliyinə istiqamətləndiyi üçün bu kateqoriya bütövün
bütün tərkib hissələrini nəzərə almağı tələb edir, çünki onlardan
hətta birini də unutmaq bütöv haqqında düzgün məlumat almağa
imkan vermir.
Elə bir cəmiyyət yoxdur ki, başqasını olduğu kimi dəqiq, xırda
hissələri ilə birlikdə təkrar etsin. Belə müxtəlif olduqları
342
və bir-birinə oxşamadıqları üçün cəmiyyətlər özlərində çoxlu
mümkün inkişaf variantlarını birləşdirirlər.
Marksist filosoflar təsdiq edirlər ki, ictimai-iqtisadi formasiya
kateqoriyası imkan verir ki, bütün konkret tarixi müxtəliflik
arasında tarixi prosesin özünəməxsus xırda hissələrindən təcrid
olunaraq, inkişaf məntiqində onu yenidən quraşdırmaq mümkün
olsun.
Bəzi xalqlar formasiya inkişafının bu və ya başqa mərhələsini
keçməsələr də, tarixi proses bütövlükdə ardıcıl olaraq bir- birini
əvəz edən mütərəqqi formasiya tipləri ilə müəyyən edilir və bu
proses tarixin irəliyə doğru mütərəqqi hərəkətini ifadə edir.
Formasiya adı altında Marks məhz bəşəriyyətin yüksələn
mütərəqqi inkişafının böyük mərhələlərini başa düşürdü.
Bir tərəfdən, ictimai-iqtisadi formasiya kateqoriyası ictimai
inkişafın bir pilləsini o birilərindən ayırmaq, ictimai inkişafın
eyni pilləsində olan müxtəlif xalqların tarixindəki ümumi, təkrar
olunan cəhətləri müəyyən etmək, yəni konkret tarixi tipləri və
istehsal üsulunun fonnalarmı bir-birindən ayırmaq, nəhayət
bütövlükdə cəmiyyət həyatını müəyyənləşdirmək üçün meyar
(kriteri) rolunu oynayır. O biri tərəfdən, bu kateqoriya dünya
tarixini özünün mütərəqqi inkişaf çərçivəsində dövrlərə bölmək
imkanı verir.
Bəşəriyyət tarixi ayrı-ayrı cəmiyyətlərin tarixindən yaransa
da, bir tam kimi çıxış edir. İctimai-iqtisadi formasiya
nəzəriyyəsində məhz ayrılıqda götürülmüş sosial orqanizmin
inkişafı deyil, birlikdə götürülmüş sosial orqanizmlərin
bütövlükdə qanunauyğun inkişafı, yəni bütöv, tam kimi bütün
insan cəmiyyətinin təkamülü ifadə edilir.
Marksistlər hesab edirlər ki, bununla yanaşı yalnız ictimai-
iqtisadi formasiya nəzəriyyəsi mövqeyindən tarixi faktları başa
düşmək, tarixi prosesin mərhələlərinin xüsusiyyətlərini, tarixi
dövrləri, bölgələrin və ayrı-ayrı ölkələrin ictimai inkişafını,
həmçinin bu və ya başqa səbəblər üzündən inkişafı keçmiş
dövrlərdə ləngiyən xalqların tərəqqi yollarını aydınlaşdırmaq
olar.
343
Dostları ilə paylaş: |