sanlann özündən asılı olmur. Ona görə də bu münasibətlərdə bir
damla maddə olmasa da onları marksistlər maddi münasibətlər
adlandırırlar.
Beləliklə, K.Marks və F.Engels tərəfindən işlənib hazırlanan
tarixə materialist baxış bir sistem kimi aşağıdakı müddəaları
özündə birləşdirir: tarix - qanunauyğun prosesdir; maddi istehsal
tarixi - prosesin əsasıdır; bazis - üstqurumu müəyyən edir (yəni
maddi münasibətlər ideoloji münasibətləri şərtləndirir); tarixdə
həlledici rolu xalq kütləsi oynayır; ictimai varlıq ictimai şüuru
müəyyən edir.
Marksizmin tənqidçiləri tarixi materializmi fatalizmdə
günahlandırırlar (zərurətin hökmranlığı, hər şeyin əvvəlcədən
müəyyənləşməsi - alın yazısı). Əgər cəmiyyətdə hər hansı
vəziyyətin yaranması üçün obyektiv zərurət varsa, əgər bu
vəziyyət zəruri olaraq cəmiyyətin maddi şəraitindən doğursa,
onda insan zərurətin passiv alətinə çevrilir və onun fəaliyyəti
yaradıcı müstəqillikdən məhrum olur.
1.3.
Sosial idrakın obyekt və subyekti
İdrak prosesi dərk edən subyekt ilə dərk olunan obyekt
arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir formasında baş verir.
Dərk edən fərdin özü dərk olunan reallığın bir hissəsi olduğu
üçün tarixin dərk edilməsi eyni zamanda idrakı həyata keçirənin
özünün daxili aləminin formalaşması və ifadə olunması
prosesidir. Bu həm də o deməkdir ki, cəmiyyəti dərk edərək
subyekt insanlar arasındakı münasibətlərin xarakterinə öz
əlavəsini göstərir, özünün seçdiyi idrak üsulları ilə başqa insanlar
üçün belə münasibətlərin bu və ya digər nümunələrini verir.
Beləliklə, insan tarixin subyektidir, özünün tarixi
mövcudluğu üçün zəruri şəraiti və ilkin şərtləri özü yaradır.
Deməli, sosial-tarixi idrakın obyekti yalnız dərk edilmir, həm də
insanın özü tərəfindən yaradılır. Sosial idrakda insan öz
fəaliyyətinin nəticələri ilə iş görür. İdrakın subyekti olmaqla
yanaşı o eyni zamanda onun obyekti olur. Bu mənada sosial idrak
insanın mənlik şüurudur və burada o öz mahiyyətini açır və
tədqiq edir. Obyekt insanların özləri və onların fəaliyyətinin
nəticəsi
335
dir, idrak subyekti də insanların özləridir. Cəmiyyətdə kiminsə
mənafeyinə toxunmadan heç bir iş görmək olmaz. Sosial idrakın
spesifikası məhz bundan ibarətdir.
Sosial bilik - insan cəmiyyətinin obyektiv tendensiyalan və
insanların subyektiv məqsədləri haqqında bilikdir. Ona görə də
ictimai həyatın hansı sahəsi olursa olsun, sosial idrak subyekt ilə
obyektin qarşılıqlı münasibətini əks etdirir, çünki, yuxanda da
deyildiyi kimi, sosial idrakda elmi idrakın subyekti və obyekti
arasında kəskin ayrılma yoxdur. Bununla da sosial idrak ilk
növbədə subyektiv-obyektiv münasibətlərin dərk edilməsi kimi
çıxış edir.
Cəmiyyət təbiətdən fərqli olaraq məkan və zaman etibarilə
məhdud obyektdir. İlk baxışda belə görünə bilər ki, bu vəziyyət
cəmiyyətin tədqiqini asanlaşdırır. Əslində isə belə deyil.
Cəmiyyət hər hansı üzvi, xüsusən qeyri-üzvi aləm ilə müqayisədə
daha mürəkkəb bir varlıqdır.
1.4.
Sosial determinizmin özəllikləri. Sosial
hadisələri qabaqcadan görmək və proqnozlaşdırmaq.
Futurologiya
Tarixi idealistcəsinə və yaxud materialistcəsinə başa
düşməkdən asılı olaraq sosial determinizmin əsasən bir-birinə əks
olan iki prinsipi formalaşıb. Dialektik materializmə görə insanın
dünyaya münasibətinin başlanğıcı əşyalann mühitini praktiki
olaraq dəyişdirməkdir. Özünün məzmununa və həmçinin həyata
keçirmək üsullarına görə praktiki fəaliyyət ictimai xarakter
daşıyır. Müasir praktika ümumdünya tarixinin nəticəsidir.
Marksist filosoflar hesab edirlər ki, ictimai-tarixi praktikanın həm
obyekti, həm də subyekti kimi ictimai münasibətlər çıxış edir.
Marksist fəlsəfə təsdiq edir ki, ictimai varlığın qanunauy-
ğunluqlannı və ziddiyyətlərini öyrənmək siyasi, hüquqi, fəlsəfi,
estetik, dini görüşləri və nəzəriyyələri başa düşməyin açandır.
Cəmiyyətin materialist anlayışı sosial determinizm prinsiplərini
ictimai
şüur
hadisələrinə
də
şamil
edir.
İctimai
qanunauyğunluqlardan kənarda insan həyatı yoxdur, əks halda
möh
336
kəm dayaq nöqtəsi olmadan heç bir yəqinlik olmazdı, heç nəyi
bilmək və əvvəldən görmək olmazdı, heç nəyə ümid etmək
mümkün olmazdı.
İdealistlər bu məsələdə tamamilə əks mövqedə dururlar.
Onlar ümumiyyətlə sosial determinizmin olmasını inkar edirlər.
İdealistlərin
fikrincə,
sosial
determinizm
və
sosial
qanunauyğunluqla razılaşsaq, biz faktiki olaraq ayrı-ayrı
adamların azad, yaradıcı fəaliyyət imkanlarını inkar etmiş olarıq.
Əvvəlcədən görmək gələcək haqqında bilikdir, yəni
gerçəklikdə hələ mövcud olmayan, lakin inkişafın gözlənilən
gedişinin obyektiv və subyektiv zəmini formasında potensial
olaraq hal-hazırda mövcud olan haqqında bilikdir. Əvvəlcədən
görməyin qnoseoloji əsasını şüurun gerçəkliyi qabaqlayaraq əks
etdirmək qabiliyyəti təşkil edir.
Nisbətən yaxın gələcək haqqında elmin əlində çoxlu konkret
məlumatlar var ki, onlar 20-30 il öncədən əsaslandırılmış, dürüst
proqnoz vermək imkanı yaradır. Məsələn, demoqraflar inamla
göstərirlər ki, 2025-ci ildə dünyada 8 milyard adam yaşayacaq.
30-40 il əvvəldən dünyanın mineral xammal ehtiyatı da
müəyyənləşdirilir.
Proqnozlaşdırmaq - sosial sferada əvvəlcədən görməyin bir
forması kimi ehtimal etmək, planlaşdırmaq, proqramlaşdırmaq,
layihələşdirmək, idarə etmək ilə əlaqədədir.
İzah etmək və qabaqcadan xəbər vermək nəzəriyyənin əsas
funksiyasıdır və bir-biri ilə qınlmaz surətdə bağlıdır. Bu qarşılıqlı
əlaqə hər şeydən əvvəl onunla şərtlənir ki, izah etmək və
qabaqcadan xəbər vermək mahiyyəti bilməyə əsaslanır, bu isə
mahiyyətin təzahür etməsini, obyektin fəaliyyət və inkişafının
qanunauyğunluqlarını izah etmək, onun gələcək vəziyyətini
proqnozlaşdırmaq imkanı yaradır. Nəzəriyyənin izahı nə qədər
dolğun və dərin olarsa, qabaqcadan xəbər vermək də bir o qədər
etibarlı və dəqiq olar.
İnsanın öz əməli fəaliyyətinin nəticələrini əvvəlcədən
görmək, gələcək real obyektlərin ideal modelini yaratmaq
qabiliyyəti imkan və gerçəkliyin dialektikasında özünün nəzəri
əsasını tapır. Gələcək çox imkanlardan biri kimi çıxış edir; bu
337
Dostları ilə paylaş: |